Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
🚨 Gəncədə teatr mühafizəçisini 15 yaşlı yeniyetmə bıçaqlayıb

📍 Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib.

⚡️1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun teatrda mühafizəçi işlədiyi bildirilir.

⚠️ İlkin məlumata əsasən, mühafizəçini 15 yaşlı yeniyetmə bıçaqlayıb. Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)
😱10❤2
⚽️🇦🇿 “Qarabağ” son dəqiqələrdə məğlubiyyətdən xilas oldu — 3:3!

🔥 Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” və “Neftçi” arasında keçirilən derbi heç-heçə ilə başa çatıb.

🏟 Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada “Neftçi” Qustavo Klismanın 11 və 34-cü, Draqolyub Saviçin isə 52-ci dəqiqədə vurduğu qollarla hesabda önə keçib.

⚡️ “Qarabağ”dan Aleksey Kaşuk 18-ci, Renaldo Sefas 89-cu, Kadi Borges isə 90+5-ci dəqiqədə fərqlənərək hesabı 3:3 edib.

📊 Hər iki komandanın 17 xalı var. “Neftçi” ikinci, ehtiyatda bir oyunu olan “Qarabağ” isə üçüncü pillədə qərarlaşıb.
❤8👍5
🇦🇿 Bu gün Müstəqilliyin Bərpası Günüdür!

🎉 Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 35 il ötür.

📜 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi təsbit olunub.

🇦🇿 2021-ci ildə qəbul edilən qanunla 18 Oktyabrın adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
❤15
🇦🇿 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.
❤9👍3🎉2
🇦🇿⚡️Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
❤7👍2
‼️ Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb

📍 Hadisə dəmir yolu xəttinin Kürdəmir rayonundan keçən hissəsində baş verib.

⚫ Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Şahverdiyev qatarın vurması nəticəsində aldığı ağır xəsarətlərdən həyatını itirib.

🔎 Faktla bağlı araşdırma aparılır.
🤬2
💥 Kanadada hərbi bazada baş verən yanğında yeddi nəfər həlak olub, onlarla insan yaralanıb.

Məlumata görə, hadisə atəş təlimləri zamanı baş verib.

İlkin məlumatlara əsasən, təlimlərin gedişində baza ərazisindəki qaz kəməri zədələnib. Bu isə partlayışa və ardınca yanğına səbəb olub.

Qeyd olunub ki, bazanın yerləşdiyi Alberta əyalətində əsən güclü külək alovun yayılmasını sürətləndirib.
❤2👍1
🇹🇷🇦🇿 Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

💬 “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək olsun!”, – paylaşımda bildirilib.
❤19👍5
🔴Sabah rayonlarda 30 dərəcə isti olacaq, arabir yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Lökbatanda anbarda yanğın baş verib – VİDEO

🚒 Qaradağ rayonunun Lökbatan qəsəbəsində 100 kvadratmetr sahəsi olan anbarda yanğın baş verib.

📍 Yanğın nəticəsində anbarın 40 kvadratmetrlik hissəsi yanıb. FHN əməkdaşları alovun digər anbarlara keçməsinin qarşısını alıblar.

✅ Hadisə zamanı xəsarət alan olmayıb.
🙏3👍2❤1
🇮🇷Mehrdad Əxlaqi Kitabçi İranın yeni müdafiə naziri olub
🤮4👍3❤1🤡1🤣1
⚽️🇦🇿 “Sabah” – “Borussiya” oyununa hakim təyinatları açıqlanıb

🏆 UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) matçını İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

🇪🇸 Baş hakim FIFA referisi Xavyer Alberola Roxas olacaq. Ona Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes kömək edəcəklər. Dördüncü hakim Viktor Qarsiya Verdura, VAR hakimi Sesar Soto Qrado, AVAR isə Valentin Qomes olacaq.

📅 Qarşılaşma oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:45-də başlayacaq.
❤4👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️Ekvadorda canlı yayım zamanı üstünə xaç aşan keşiş öldü
😱13❤2😢2🙏1