Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
❗️❗️❗️ Bakı metrosunda qataraların hərəkətində gecikmələr var

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎10👍2❤1
Faktlarla - Operativ Xəbərlər 🇦🇿
❗️❗️❗️ Bakı metrosunda qataraların hərəkətində gecikmələr var “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu…
🔴YENİLƏNİB

Saat 17:03-də “Nərimanov” stansiyasında qatarda yaranan texniki nasazlıq səbəbindən Qırmızı və Yaşıl xətlərdə hərəkətdə gecikmələr müşahidə olunur. Nasaz qatar xətdən çıxarılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎6
❗️❗️❗️ Avropa İttifaqı İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatlarının siyahısına daxil edib.

Bununla bağlı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib.

"Repressiyalar cavabsız qala bilməz. Aİ xarici işlər nazirləri İran İnqilab Keşikçilərini terror təşkilatı kimi tanımaqla bağlı qətiyyətli addım atdılar. Öz xalqından minlərlə insanı öldürən hər bir rejim əslində öz sonunu hazırlayır", - deyə Kaya Kallas qeyd edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏21👍6🤬6🎉2🤣1
🇦🇿🔴🇴🇲 Sahibə Qafarova Oman Sultanlığı Dövlət Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Omana rəsmi səfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb.

Görüşdə ölkələr arasında dostluq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli münasibətlərin mövcudluğu vurğulanıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😁7👍5❤4👎3
🎖Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı Fuad Elxan oğlu Məmmədov ölkənin ən gənc generalı olub.

Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Ondan əvvəl isə ən gənc generallar Babək Ələkbərovla Fərid Əliyev idi. Hər ikisinin hazırda 39 yaşı var.  
Qeyd edək ki, Fərid Əliyevlə Babək Ələkbərova 36 yaşında general rütbəsi verilmişdi. (Qafqazinfo)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤡12❤6👍2😁2
❗️❗️Tramp Meksikanın Prezidenti ilə telefon danışığı aparıb

“Müzakirələrin əsas hissəsi sərhəd məsələlərinə, narkotik qaçaqmalçılığının qarşısının alınmasına və ticarətə həsr olundu. Yaxın zamanda yenidən danışacağıq və son nəticədə ölkələrimizdə qarşılıqlı görüşlərin keçirilməsi planlaşdırılır”,
— ABŞ Prezidenti deyib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮5❤2
❗️Tramp:

“Mən az əvvəl Venesuela prezidentilə danışdım və ona bildirdim ki, Venesuela üzərində bütün kommersiya hava məkanını açırıq. Amerika vətəndaşları çox qısa müddət ərzində Venesuelaya gedə biləcəklər və orada təhlükəsiz olacaqlar”.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🤮6👌1
🇦🇿Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮9❤7👍2👀1
❗️❗️❗️🚕 Taksilərə YENİ QAYDA: şəhərdən-şəhərə sərbəst gediş YOXDUR

Azərbaycanda taksi fəaliyyəti artıq yalnız buraxılış kartında göstərilən ərazi daxilində mümkün olacaq.

📩 Sürücülərə göndərilən bildirişlərdə xatırladılır ki:

🏙 Bakı sifarişləri – yalnız Bakı üçün buraxılış kartı olan maşınlara

🌆 Sumqayıt sifarişləri – yalnız Sumqayıt buraxılış kartı olan maşınlara icazəlidir


❌ Uyğun buraxılış kartı olmayan taksilərin həmin şəhərlərdə sifariş qəbul etməsi məhdudlaşdırılır.

📌 AYNA açıqlayır:

Qayda “Avtomobil nəqliyyatı haqqında” Qanunun 20.2-ci maddəsinə əsaslanır

Ərazi hüdudlarından kənarda sərnişin daşıyan sürücülər üçün
💵 50 manat cərimə nəzərdə tutulub

💬 Sürücülər fəaliyyət göstərmək istədikləri şəhər üzrə AYNA-ya müraciət etməklə ayrıca buraxılış kartı ala bilərlər.

ℹ️ Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən:

📍 Bakı üzrə buraxılış kartlarının sayı 25 minlə məhdudlaşdırılıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎31❤9🤮6👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴🔴Bakıxanov qəsəbəsində sahibsiz itlərin hücumu ilə bağlı ciddi problem var və bu, sakinlər üçün narahatlıq doğurur:

Bildirilir ki, sahibsiz itlər əsasən insanların gəzdiyi yerlərdə məktəbə gedərkən, valideynlərin işə gedib-gəlməsi zamanı hücumlar həyata keçirir və nəticədə dişləmə halları çoxalıb.

Bu, sadəcə bir neçə insident deyil eyni qəsəbədə qısa müddət ərzində onlarca nəfərin dişləməsi ilə bağlı şikayətlər qeydə alınıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬37❤2😱2👍1
⚠️Şəmkirdə DƏHŞƏT: "Ceyran" peçi kişini öldürdü

Hadisə Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Məmmədov Ruhlan Etibar oğlu yaşadığı evin yataq otağında quraşdırılmış qazla işləyən “Ceyran” tipli sobanın borusundan çıxan dəm qazından zəhərlənərək ölüb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢22❤2👍2
🔴🔴 Tanınmış iş adamı münaqişədə olduğu şəxslərin maşınına narkotik qoydurmaq istədiyi üçün həbs olunub

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperrasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.

Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.

Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.

Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.

Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16🤡4👌2
⚠️⚽️Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Qarabağ"ın rəqibi də bu mərasimdə məlum olacaq. Azərbaycan çempionu ya PSJ, ya da "Nyukasl"a rəqib olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤3
❗️❗️❗️ Azərbaycan Honqkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib

Honqkonq pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə bilərlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8
⚠️⚠️Sahibə Qafarovanın qardaşı vəfat edib

Milli Məclisin spikeri Sahibə Qafarovaya ağır itki üz verib.

Sahibə Qafarovanın qardaşı vəfat edib. Hadisə barədə detallı məlumat olmasa da, mərhumun Bakıda yaşadığı bildirilir.

Xatırladaq ki, Sahibə Qafarova 2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏9👍8❤1