Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
❗️❗️ Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

⚠️ Xocalıda 50 yaşlı kişi 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladığını hüquq-mühafizə orqanlarına verdiyi izahatda bildirib.

📌 O, sonradan yaxın qohum olduqları üçün bu nikahın mümkün olmadığını öyrəndiyini deyib.

Faktla bağlı protokol tərtib olunub. Məhkəmənin qərarı ilə ata 1000 manat cərimələnib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍9❤1
❗️❗️ Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan Zülfüqar Mansurova hökm oxunub.

💰 Məhkəmə onu əvvəlcə 9 min manat cərimə edib.

▪️ Həbsdə qaldığı müddət nəzərə alınaraq yekun cəza 6 min manat cərimə müəyyənləşdirilib.

🔸 Mansurov Əmlak Məsələləri Dövlət Xidmətində şöbə rəisinin müavini vəzifəsində çalışıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5🤡4❤1
❗️❗️Ukrayna HHQ: Rusiya dronlarının Moldovaya daxil olması planlaşdırılmış aksiyalardır
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤2
❗️❗️Müəllimlər üçün geyim qaydaları müəyyən edildi

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində müəllimlərin geyiminə dair tələbləri təsdiqləyib.

Yeni qaydalara əsasən, müəllimlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Geyim pedaqoji fəaliyyətə mane olmamalı və şagirdlərin diqqətini yayındırmamalıdır.

Müəllimlər həm məktəbdə işlədikləri müddətdə, həm də təhsil müəssisəsini təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə əməl etməlidirlər.

Milli-mənəvi dəyərlərlə bağlı tədbirlər zamanı isə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə icazə veriləcək.

Qeyd edək ki, qərar müəllimlər üçün vahid forma tətbiqini deyil, geyimlə bağlı ümumi dress-kod qaydalarını nəzərdə tutur.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👏6👍3👎3
❗️❗️XİN: Suriyadan 13 nəfər Azərbaycan vətəndaşının (6 nəfər qadın, 7 nəfər uşaq olmaqla) ölkəmizə repatriasiyası həyata keçirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️⚠️🇫🇷 Son sutkada Fransada tələbə etirazlarında 488 nəfər saxlanılıb

🔻Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 14 gündür davam edən etirazlarda saxlanılanların ümumi sayı 5 mini keçib.

📌Qeyd edək ki, etirazlar məktəblərin pis vəziyyəti, siniflərdə şagird sıxlığı və müəllim çatışmazlığına qarşı başlayıb və ölkənin müxtəlif bölgələrinə yayılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍7
🌧🌡 Bu gün Azərbaycanda intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir.Bəzi yerlərdə qısa müddətə güclü olacağı ehtimalı var.

Havanın temperaturu gecə 15-17°, gündüz 18-22° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə 2-7°, gündüz 13-18° isti olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺❗️🇺🇦 Rusiya Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirib

• Kiyevdə zərbələr nəticəsində 2 nəfər ölüb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬13❤3👎1
🇦🇿🇷🇺Rusiya Azərbaycanla münasibətlərin inkişafında yeni mərhələnin başladığını açıqlayıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10🤔5🤮5🔥1
🇦🇿DTX rəisi Əli Nağıyev: Müharibə başa çatsa da, itkin ailələr üçün gözlənti davam edir
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏8👍3
🇦🇿🇦🇿Bakıda itkin düşmüş şəxslər probleminin həllinə dair beynəlxalq konfrans keçirilir

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

@bakuplus
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤‍🔥2
📣📣🇦🇿 Media və Yayım Şurası: Azərbaycanın adı ilə bağlı yayılan məlumatlar dezinformasiyadır

Media və Yayım Şurası Almaniyanın Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri August Hanninglə bağlı istintaq çərçivəsində Azərbaycanın adının hallandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

⚠️ Şura iddiaları dezinformasiya kimi qiymətləndirərək bunun Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğunu bildirib.

📰 Qeyd olunub ki, “Der Spiegel”in yaydığı, daha sonra “Reuters”, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər media resurslarında yayılan məlumatlarda Azərbaycanın istintaq işi ilə əlaqələndirilməsi ilə bağlı əsassız iddialar yer alıb.

📌 Şura beynəlxalq media qurumlarını dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə riayət etməyə çağırıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4
❗️Binədə qadın əri tərəfindən bıçaqlanaraq öldürülüb

• 1986-cı il təvəllüdlü Museyib Əhmədov həyat yoldaşı, 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə çoxsaylı bıçaq xəsarətləri yetirib.

• Qadın xəstəxanada vəfat edib.

• Şübhəli polis tərəfindən saxlanılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤔5👎4❤1
Media is too big
VIEW IN TELEGRAM
🔴🔴🥀Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın həyatını itirdi

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢10❤2
❗️❗️Allahşükür Paşazadə: Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz

"Bu mövzuda ən mühüm məsələ mənəvi-etik hədlərin gözlənilməsidir. Eləcə də yaranma ehtimalı yüksək olan fəsadların önlənməsidir, xüsusilə süni intellektin ruhu olmadığı üçün insanı ibadət prosesində əvəz etməməlidir. Bu baxımdan, iclasımızda dini sahədə süni intellektdən istifadənin etik kodeksinin təqdimatını yüksək qiymətləndirirəm".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10😁7🤔1
❗️Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 10-11 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.

Bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤4
🇦🇿🇦🇿"Nənələr" folklor klubunun üzvünün oğlu Rusiya-Ukrayna müharibəsində öldürülüb

🚨 Lənkəranın Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Quliyev Ukraynadakı müharibə zamanı dron hücumu nəticəsində həyatını itirib.

🩺 Həkim kimi Ukrayna tərəfindən hərbi xidmətə çağırılan Vahab Quliyev xidmət müddətində iki dəfə yaralanıb, müalicə olunduqdan sonra yenidən döyüşlərə qayıdıb.

💥 O, bir neçə gün əvvəl Kupyansk istiqamətində xidməti vəzifəsini yerinə yetirərkən Rusiya PUA-sının zərbəsi nəticəsində həlak olub.

🎓 Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutuna daxil olub, Moskvada namizədlik dissertasiyası müdafiə edib. O, 30 ildən çox Ukraynada yaşayıb. Vahab Quliyev məşhur "Nənələr" folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.

🕊 Nəşinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢18❤4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🔴🔴🇷🇺 Zelenski: Ukrayna Rusiyadakı 4 hədəfə zərbə endirib.

• Zərbələr Perm, Samara və Həştərxan regionlarında yerləşən iki neft obyektinə və hərbi poliqona endirilib.

• Ukrayna tərəfi Qara dənizdə də Rusiya qüvvələrinə qarşı cavab zərbəsinin olduğunu bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍5🎉1
🦆🏹 Azərbaycanda oktyabrın 10-dan etibarən ov mövsümü açıq elan ediləcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6👍2👎2
⚡️ Tovuzda 9 yaşlı uşağı elektrik cərəyanı vurub

• Hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.

• 9 yaşlı Ə.Sofiyev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

• Faktla bağlı araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏5