Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
😂 Gəncədə atasını yuxudan oyadan oğul həbs edildi

Gəncədə evdə səs-küy salaraq polisin qanuni tələbinə tabe olmayan 36 yaşlı kişi 25 gün müddətinə həbs olunub.

Atasının şikayəti əsasında saxlanılan şəxs əməlindən peşman olduğunu bildirib.
😁21👍4🤣4❤1😱1
🚨🚨🚨 Xətaidə yanğın başlayıb.

Hadisə 8 Noyabr prospektində taxta və təkər tullantılarının yığıldığı sahədə baş verib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3🙏1
🥈🇦🇿 Millimizin üzvü Uşanqi Kokauri gümüş medal əldə etdi

O, finalda rusiyalı İnal Tasoyevə məğlub olub.

Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizəni yeddi medalla başa vurublar.

Medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍12❤4
🇮🇷 Xameneyinin öldürülməsindən sonra Yəhya Rəhim Səfəvi və Əhməd Vəhidinin sistemdə təsirləri kəskin şəkildə artıb

Bu haqda 🇮🇱 İsrail kəşfiyyatının araşdırmaları məlumat verir.
Qeyd olunur ki, onlar həm hərbi, həm mülki sektorda qərarlarda təsir imkanları əldə ediblər

🇺🇸 ABŞ kəşfiyyatı əlavə edir ki, bu şəxslər heç də ABŞ ilə danışıqlara çox da qarşı çıxmırlar.

Vəhidi hətta Pezeşkianın ABŞ ilə dialoquna dəstək verib.

Səfəvi isə sistemdə prezidentin ən böyük dəstəkçisidir və radikal qanaddan ona qarşı hücumları önləyir.
Buna baxmayaraq onlar prezidentin də kursdan kənara çıxmasına imkan vermirlər.
İsrail kəşfiyyatı hesab edir ki, İranda onlardan daha radikal qrup var.
Bu isə sabiq nüvə məsələləri üzrə nümayəndə, son prezident seçkilərində namizəd Səid Cəlili və onun təmsil etdiyi qanaddır. (İsrail KİV)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3🔥1
📣📣Ər-Riyad hava limanına hücumlarda 12 nəfər həlak olub, 300-dən çox şəxs yaralanıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎4❤2
🇺🇸🇾🇪 Tramp ABŞ-ın husilərlə əlaqə saxladığını açıqlayıb.

🗣️ “Biz husilərlə əlaqə qurmuşuq. Bundan sonra nə olacağını görəcəyik. Lakin onların etdikləri çox pis idi”.

🔹 Tramp Səudiyyə Ərəbistanına hücumları dəhşətli adlandıraraq, ölkənin özünü müdafiə etmək hüququ olduğunu bildirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5🤣5
❗️❗️ Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb

Sumqayıtın Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində ölüm hadisəsi baş verib.

🚨 1994-cü il təvəllüdlü Məzahir Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️❗️Evinə aldığı üzümün rəngi çıxdı
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2🤬1
🔴🔴 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb. İlkin məlumata görə, hadisəni onun qardaşı törədib. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬8
🥋🇦🇿 Azərbaycan millisi dünya çempionatında Avstriyaya qalib gəldi – 4:0

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının son günündə Azərbaycan millisi qarışıq komanda yarışlarına inamlı qələbə ilə başlayıb.

Yığmamız 1/16 final mərhələsində Avstriya millisini 4:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

🥇 Komandamızın qələbələrini Madina Kaisinova, Zelim Kotsoyev, Xədicə Qədəşova və Rəşid Məmmədəliyev təmin ediblər.

🇯🇵 Azərbaycan millisi növbəti mərhələdə güclü Yaponiya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz dünya çempionatının fərdi yarışlarını rekord nəticə – 1 qızıl, 2 gümüş və 4 bürünc olmaqla ümumilikdə 7 medalla başa vurub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12👍2
🇮🇷 İranın 19 neft tankeri Şri-Lanka sahillərində köməksiz qalıb

🚢 ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi blokada səbəbindən İran tankerləri aylardır beynəlxalq sularda qalıb.

⛽️ Gəmilərdə ərzaq, su və yanacaq çatışmazlığı yaşandığı bildirilir.

🇱🇰 Şri-Lanka ABŞ sanksiyalarından ehtiyat edərək yardım göstərməkdən imtina edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍3
🇺🇸🗣🗣Tramp Putinin münaqişənin həllini istədiyini, Zelenskinin isə razılaşmadan imtina etdiyini iddia edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎4❤3🤣2
📣📣 Beyləqanda sürücü avtomobildən çıxarkən elektrik cərəyanı vuraraq ölüb

🚗 Hadisə rayonun Təzəkənd kəndində baş verib. Bolsulu kənd sakini Məhəmməd Səfərəliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.

⚡️ Zərbədən sonra dirək aşaraq avtomobilin üzərinə düşüb. Sürücü maşından çıxmaq istəyərkən onu elektrik cərəyanı vurub və o, hadisə yerində həyatını itirib.

📌 Faktla bağlı araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢14
🚨 “İşə getsən, səni öldürəcəyəm” – Ağdamda kişi arvadını baltaladı

🪓Ağdamın Mahrızlı kəndində Ceyhun Salahov həyat yoldaşı Gülzəndə Salahovanı balta ilə vuraraq ağır xəsarətlər yetirib.

Hadisə kişinin həyat yoldaşından pul tələb etməsi və qadının işə getmək istəməsi üstündə yaranan mübahisədən sonra baş verib.

Əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş Ceyhun Salahov 9 il azadlıqdan məhrum edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢8👍3❤1
❗️Qazaxda 73 yaşlı Gürcüstan vətəndaşı TIR-ın sükanı arxasında ölüb

Hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢6👍1
❗️❗️Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 70-75 % təşkil edəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3❤2
🇵🇸 Fələstində prezident və parlament seçkiləri təxirə salındı

🗳 Fələstin Prezidenti Mahmud Abbas seçkilərin 2027-ci il sentyabrın 11-nə təxirə salınması barədə fərman imzalayıb.

▪️ Abbas qərarı İsrailin məhdudiyyətləri, təhlükəsizlik problemləri və Qəzzadakı ağır humanitar vəziyyətlə əsaslandırıb.

🇮🇱 İsrailin xarici işlər naziri Gideon Saar qərarı tənqid edib.

📌 Fələstində son prezident seçkiləri 2005-ci, parlament seçkiləri isə 2006-cı ildə keçirilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4❤2
⚡️Tramp Zelenskiyə müraciət edib:

Rusiyanın enerji obyektlərinə zərbələri dayandır! İstədiyini vur, amma bunu dayandırmalısan!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬17😁8
🇹🇷🇹🇷Türkiyədə sərnişin avtobusu ilə TIR toqquşub, 11 nəfər ölüb, 26 nəfər yaralanıb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢15👍1