Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
❗️🇦🇿İlham Əliyev Kambocanın Baş nazirini qarşılayıb

Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində rəsmi qarşılanma mərasimi keçirilib.

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3👍2🤡1
🇦🇿 Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb

🔴Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5❤4
📃📃📃 ⚡️Təhsil Şurasının məlumatı:

🔴 Dini hisslərdən və geyim azadlığından siyasi vasitə kimi istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, gənclərin milli şüuruna təsir göstərmək və xarici maraqlara xidmət edən gündəmləri ölkəyə yönəltmək cəhdləri yolverilməzdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍42👎30🤬5💯1
🇦🇿Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6
🎥📷 Hazırda Tiktok və İnstagramın fəaliyyətində problemlər dəvam edir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤9🤬7🤔2👍1
📃📃📃 Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Son günlər Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydaları və dünyəvilik prinsipləri ilə bağlı qəbul edilən qərarlar İranda fəal şəkildə müzakirə olunur və rəsmi-ideoloji resurslar tərəfindən kəskin reaksiya ilə qarşılanır.
Məsələ ilə bağlı əsas müzakirələr daha çox SEPAH və Qumda yerləşən ideoloji mərkəzlərə bağlı sosial media platformalarında aparılır.
Qeyd olunan qurumlara bağlı media resursları və sosial şəbəkə fəalları bu qərarı kontekstdən çıxararaq Azərbaycan Respublikasında guya “hicab qadağası” tətbiq edildiyi barədə məqsədyönlü materiallar yayırlar. Təbliğat xarakterli bu paylaşımlarda Azərbaycan dövləti islam dininə zidd siyasət yürütməkdə ittiham edirlər.
İranın daxilində məcburi hicab qanununa qarşı ciddi ictimai müqavimətin və narazılıqların olduğu bir vaxtda hakimiyyət mətbuatı bu mövzudan diqqəti yayındırmaq üçün bir fürsət kimi istifadə edir. Azərbaycanı hədəf göstərməklə öz daxili auditoriyalarına şəriət qaydalarının qorunmasının vacibliyi barədə ideoloji mesajlar verilir.
Həmin media və sosial media şəbəkəsində səsləndirilən ittihamlarla Azərbaycan daxilində süni şəkildə dini qarşıdurma və narazılıq görüntüsü yaratmağa çalışılır, ölkədə dünyəvi dövlətçilik modelini hədəf alaraq şəriət prinsiplərinə əsaslanan çağırışlar edilir.
Bununla yanaşı xarici ölkələrdə yaşayan müxalif şəxslər, blogerlər, sosial media kanallarının adminləri daha fəal olmağa çağırılır, məsələnin daha geniş işıqlandırılması ilə bağlı onlara istənilən dəstək verməyə hazır olduqları bildirilir.
Yerli mollalrın da çıxışlarının yayıldığı həmin platformalarda İranın dini və siyasi rəhbərliyinin Azərbaycan Respublikası və İsrail arasındakı münasibətləri barədə ənənəvi ittihamlar təkrar olunur.
İranlılarla yanaşı həmçinin Qum, Məşhəd, Qəzvin və Tehranın dini mərkəzlərində təhsil alan türkiyəli ələvi təriqətinə mənsub tələbə və dərnək rəhbərlərinin də oxşar çağırışları yayımlanır.
Bəzi sosial media və insan haqları fəallarının bildirdiyinə görə, azərbaycanlı sosial media kanalları, o cümlədən Təbrizin "Azərəncümən" və "Tabrizone" sosial media qurumlarına "Azərbaycan respublikasında hicaba qadağa" mövzusunda paylaşımlar etmədiklərinə görə təzyiq göstərilib, xəbərdarlıq edilib və fəaliyyət icazələrinin yenidən nəzərdən keçirilməsi barədə təhdid ediliblər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8❤4👎4
📃📃📃 Məktəblərdə etiraz edən 37 nəfər həbs olundu. Onlar məktəb şüşələrini qırıb və digər qanunazidd əməllər edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍28🤬15👎2❤1❤‍🔥1🤡1
📃📃📃 Hazırda bir neçə məktəbin qarşısında kiçik qız uşaqlarının əllərinə müxtəlif yazılar verərək piket keçirmək istəyənlərə səslənirik ki, ağlı kəsməyən 8-10 yaşlı uşaqları öz niyyətlərinizə qurban verməyin. Onlar zatən heç nə anlamırlar. Zatən bilirsiz ki, Azərbaycan polisi 8-10 yaşlı qız uşaqlarına heç nə edən deyil. Bundan sui-istifadə qanuna ziddir. Məktəbin məktəbli geyimi var. İllərdir biz müsəlman dünyasında 100% oxuma yazma savadı olmaqla birinci yerdəyik. Asayişi pozmayın. Uşaqları qabağa verib elm təhsil ocaqlarına zərər vurmayın.
İslam dininin müqəddəs kitabı Qurani-Kərim də belə ilk cümləsi. "Yaradan Rəbbinin adı ilə oxu!" (İqra bisimə rabbikə əlləzi xələq) İnsana oxumaq, öyrənmək, elm əldə etmək və bunu yaradan Allahın adı ilə (Onun razılığı və nuru altında) etmək əmr olunur.
Alimin mürəkkəbi şəhidin qanına bərabər tutulan, 1 saat elmlə məşğul olmağın 60 il ibatədən üstün olduğunu, rəsulumuz bizə bildirib.
Fitnə-fəsada uyaraq, uşaqları irəli verib cəmiyyətə, elm ocaqlarına zərər verməyin!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤42👎19👍5🤮4🤣3
📃📃📃 Bir nüansı heç kim anlamaq istəmir ki, hicab qadağan deyil. Küçədə bayırda heç kimə heç bir qadağa yoxdur. Məsələ vahid məktəb geyiminin tətbiq edilməsidir. Niyə məsələni konseptindən çıxarıb başqa yönə aparanların fitnəsinə uyursuz?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍40👎24❤2🤮2💯2🔥1
📃📃📃 Bəzi sosial media istifadəçiləri deyir ki, tutaq uşaq bilmir bəs müəllimələr niyə vahid geyim geyməlidir?
Ümumiyyətlə gözəl insanlar siz məsələyə düz yanaşmırsız. Müəllim evində bayırda yaxud digər yerdə nə istəsə edə bilər, geyinə bilər. Elm ocağında vahid geyim olmalıdır. İstər müəllim istər şagird.
İndi bu zamana qədər qanun tətbiq edilməyibsə bundan sui istifadə etmək olmaz.
Bəyəm allaha yaxın olanlar tək hicab taxanlardırmı? o qədər namaz qılan oruc tutan hərbçi zabitlər, əsgərlər var. Lakin qanuna əməl edirlər. Onlar məgər saqqal saxlayırlar? saqqal olsa hərbi salam verə bilməzmi?
Yəni məsələni konseptdən çıxarıb başqa məcraya yönəltmək istəyən qüvvələrin şayələrinə uymayın. Həmən qüvvələri görmüşük. Qarabağda erməni məscidə donuz salanda, müsəlman qardaşlarımızı çox yaxşı tanımışıq. Din başqa, din adı altında insanları qanuna zidd əməllərə yönəltmək başqa. Provakaslayarına uymayın!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍35👎17❤‍🔥4😁2❤1🤮1💯1
📃📃📃 Sepah Azərbaycanda hicab mövzusundan ölkəmizə qarşı istifadə edir

İranın Sepah-a bağlı *Sepah Pasdaran* kanalı Azərbaycanda hicab qadağasına qarşı etirazların artdığını iddia edir və bu iddiaları Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevirir.

Azərbaycanın quzeyində hicabın ümumi qadağası olmadığı halda, Sepah-a bağlı şəxslərin pul əskinaslarının üzərinə “Hicaba azadlıq!” şüarı yazdıqları, müxtəlif yerlərə bu şüarla divar kağızları yapışdırdıqları, onların şəklini çəkərək Sepah-a göndərdikləri bildirilir. Sepah isə bu görüntülərdən Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün istifadə edir.

Məqsəd hicab məsələsindən istifadə edərək Azərbaycanın daxili işlərinə müdaxilə etmək və ölkəmizdə ictimai rəyi manipulyasiya etməkdir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎21💯3❤2
📃📃📃 İran qadınları bunun üçün 50 il mübarizə apardılar. Düz 50 il öz azadlıqlarını, seçim hüquqlarını əldə etmək üçün döyüşdülər. Hicablarını çıxarmaq, necə geyinəcəklərinə özləri qərar vermək, azad yaşamaq uğrunda mübarizə apardılar.

Bu gün isə İrandakı bəzi qüvvələr Azərbaycanda hicabın məktəblərdə dominant olması üçün ideoloji mübarizə aparırlar.

İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!

Azərbaycan qadını!

Sən bu azadlığı Şərqdə ilk qazanmısan! Sən Şərqdə öz hüquqları uğrunda mübarizə aparan, təhsil almaq, seçmək və cəmiyyətin bərabərhüquqlu üzvü olmaq haqqını əldə edən ilk qadınların varisisən!

İndi də azadlığına sahib çıx!

Oxu, öyrən!

Səni məktəb partasına belə hicabla göndərmək istəyənlərə etiraz et! Məktəbli formanı geyin, gəncliyindən, gözəlliyindən, gözəl saçlarından zövq al!
Dostların, məktəb yoldaşların kimi oxu, oyna, gül, azad ol, gözəl böyü!

Qarşında böyük bir dünya var. Səni dünyanın ən yaxşı universitetləri, yeni texnologiyalar, elm, böyük imkanlar və tamam fərqli bir gələcək gözləyir.
50 il sonra bu gün İran qadınlarının apardığı mübarizəni aparmaq məcburiyyətində qalmamaq üçün bu gün azadlığına sahib çıx!

Məktəbli formanı geyin, dünyəvi təhsil al, bilik və bacarıqlarınla gələcəyini qur!

Qərarı sən ver!

Sənin nə geyinəcəyin, necə oxuyacağın, necə yaşayacağın barədə qərarı bu gün sənin məktəbli forman üzərindən ideoloji dava aparan kişilərə buraxma!
Bu, sənin həyatındır. Sənin təhsilindir. Sənin gələcəyindir. Sənin azadlığındır!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤37👍11😁4👎3❤‍🔥1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Nardaranda təsdiqlənmiş vahid məktəbli formasına etiraz edən bir qrup valideyn isə azyaşlıları da prosesə cəlb edərək dini şüarlar səsləndiriblər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬36❤18👎10🤡3
📃📃📃 Husilərin Səudiyyə Ərəbistanına hücum etməsi, regionda gərgimliyi daha da, artıracaqdır
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📃📃📃 İdarə edilən təxribatçıların hərəkətləri. Bu qruplar xüsusi olaraq sırf təxribat törətmək üçün bu addımları atırlar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤬19👏14❤2👍2👎1
🔴 Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb.

Bununla bağlı ümumi təhsil müəssisələrində məktəb rəhbərliyi tərəfindən monitorinqlər təşkil edilib, profilaktik söhbətlər aparılıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍21👎12❤‍🔥1👌1🤡1
🇦🇿🇦🇿Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4👍4👎4😍1