Faktlarla - Operativ Xəbərlər 🇦🇿
21.8K subscribers
21.2K photos
16.6K videos
10 files
441 links
🇦🇿 Ən son xəbərlər, Qarabağ və dünya xəbərləri, eksklüziv siyasi və iqtisadi icmallar.

Kanalın chatı https://t.me/faktlarlachat

Əlaqə @Lineboot maraqlı məlumat və xəbər göndərə bilərsiz
Download Telegram
🇦🇿🇬🇪Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
👍10❤2👎1
🚨 Ata həbsdəki oğluna ayaqqabının içində narkotik keçirmək istəyib

• 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atasının gətirdiyi idman ayaqqabısının dabanında narkotik maddələr aşkarlanıb.

• 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram marixuana aşkar edilib.

• Faktla bağlı araşdırma aparılır.
🤬10👍1
🚨 Türkiyəli jurnalist barəsində cinayət işi başlanıb, beynəlxalq axtarışa verilib

• “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə və dini nifrətə çağırışlarda ittiham olunur.

• Baş Prokurorluq konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar, dini düşmənçilik və ekstremist materialların yayılması maddələri ilə cinayət işi başlayıb.
👍19👎1
🇮🇷🇦🇲 Paşinyan və Pezeşkian İrəvanda görüşüb
🤡4🤬2❤1🤔1
🛢🇦🇿 ARDNF neft-qaz satışından 4,58 milyard dollar gəlir əldə edib

• 2026-cı ilin yanvar–sentyabr aylarında dövlətin payına düşən karbohidrogenlərin satışından 4,58 milyard dollar (7,78 milyard manat) xalis gəlir əldə olunub.

• İllik gəlir planı 91% icra edilib.

• 2026-cı il üzrə ümumilikdə 5,03 milyard dollar (8,55 milyard manat) gəlir nəzərdə tutulub.
👍2❤1
🚨 İsmayıllıda ağır qəza: 1 ölü, 2 yaralı

• Balik kəndində “VAZ-2106” markalı avtomobil “DAF” yük maşını ilə toqquşub.

• Qəza nəticəsində 64 yaşlı Yasər Sadıqov həyatını itirib.

• Tural Alişov (37) və Orxan Həsənov (29) xəsarət alıblar.

• Faktla bağlı cinayət işi başlanılıb.
😢4❤1
🇷🇺🇺🇦 Zelenski: Putin müharibənin bitməsini istəmir, Donbas onlara kifayət etməyəcək

• “Putin müharibənin başa çatmasını istəmir. Donbas onlar üçün çox azdır”.

• “İndi Putin belə düşünür: ‘Yaxşı, müəyyən sanksiyalarla yaşaya və müəyyən çıxış yolları tapa bilərik’”.
❤3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚨 Moskva aeroportlarında xaos: 423 uçuş təxirə salınıb

• APA-nın Rusiya bürosu xəbər verir ki, Ukraynanın kütləvi dron hücumu səbəbindən Moskvanın bütün hava limanlarında uçuşlara məhdudiyyət qoyulub.

• Bəzi sərnişinlər 13 saatdan çox gözləyərək aeroportlarda yerdə yatıblar.

• Məhdudiyyətlər saat 05:00-da qaldırılsa da, hava limanlarında sıxlıq davam edir.
👍6❤1🙏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔥 Ukrayna PUA-larla sərhəddən 2400 km məsafədə yerləşən Surqut qaz kondensatı emalı zavoduna hücum edib.

Müəssisə qaz kondensatını emal edir, avtomobil və aviasiya yanacağı istehsal edir.
❤15👍4
📃📃📃 Türkiyənin İstanbul şəhərində Ermənistan müstəqilliyinin 35-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, doqquz illik fasilədən sonra ilk dəfə keçirilən Ermənistanın Müstəqillik Günü tədbirini Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Nairi Petrosyan aparıb.

Türkiyəni tədbirdə xarici işlər nazirinin müavini Berris Ekinci təmsil edib. Ekinçinin iştirakı ilə Türkiyə-Ermənistan münasibətlərində ilk dəfə bu səviyyədə təmsilçilik baş tutub.

Çıxışlardan sonra Türkiyə və Ermənistanın dövlət himnləri səsləndirilib.

✏️ Telegraf
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤮20👍12🤣7👎5🤬3🔥1
🇺🇦🇪🇺 Zelenski Avropadan əlavə 70 milyard avro yardım istəyib

• Zelenskinin sözlərinə görə, 2027-ci ildə müharibənin xərcləri 155 milyard avro təşkil edəcək.

• O, müdafiə, silahlanma və dayanıqlılıq üçün Avropadan ən azı 70 milyard avro əlavə dəstək istəyib.

• “Bu, real məbləğdir. Sizdən bu vəsaiti tapmağı xahiş edirəm. Bu, Rusiyanın qarşısını almağa kömək edəcək”, – Zelenski deyib.
❤4🤡2🤣2
❗️ Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib

Bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
❤4
⚡️🇦🇿 Celal Çiftçi Azərbaycan xalqından üzr istəyib

Celal Çiftçi Azərbaycan xalqından və dövlətindən üzr istəyib.

O, bu mövzuda etdiyi bütün paylaşımları sildiyini, peşman olduğunu bildirib və bağışlanmasını xahiş edib.
😁18❤6👍6👎2
❗️❗️❗️ İranın “Traktor” futbol klubunun adı ilə fəaliyyət göstərən “TRACTOR F.C.” sosial şəbəkə səhifəsində Türkiyədə Azərbaycanla bağlı baş örtüyü müzakirələrinə sərt reaksiya verilib. Paylaşımda İranda yaşayan milyonlarla türkün ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib.

✍Paylaşımda Türkiyədə bəzi dairələrin Azərbaycandakı məktəb geyimi qaydalarına etiraz etməsi ilə İranda türklərin dil hüquqları məsələsinə münasibəti müqayisə olunub.

“Müsəlman ölkəsində baş örtüyünə qadağa ola bilməz, amma türk düşmənçiliyi ola bilər?

🗣İranda 40 milyona yaxın türk yaşayır. Lakin 100 ildən artıqdır ki, məktəblərdə türk dilində təhsil qadağandır. Heç kim öz dilində danışa bilmir. Heç kim övladına türkcə ad qoya bilmir. Heç kim şirkətinə, mağazasına və digər obyektlərə türkcə ad verə bilmir. Yalnız fars və ərəb dillərinə icazə verilir. Hətta prezidentin öz dilində danışmasına belə çətinliklə icazə verilir”, – deyə paylaşımda iddia olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤37👍11👎5💯2🤣1
⚡️Prezident İlham Əliyev paylaşım edib:

🇦🇿"Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib!"
❤44👎14👍4🤡3❤‍🔥1
🇩🇪 Merts: Ukraynanın Rusiyanın döyüş qabiliyyətini zəiflədən hədəflərə zərbələri haqlıdır

💬 “Bu, həm rabitə sistemlərinə, həm də enerji mənbələrinə aiddir. Görünür, Ukraynanın özünü müdafiə etməyə hazır olduğunu Rusiyaya anlatmasının yeganə yolu budur”.
👍6❤3👌1
🇹🇷 Türkiyədə “WhatsApp”ın fəaliyyətində problemlər yaşandığı bildirilir.
👍3❤1
🇦🇿 Azərbaycanda da “WhatsApp”ın fəaliyyətində problemlər yaşandığı bildirilir.

💬 İstifadəçilər mesajların gecikmə ilə göndərildiyini bildirirlər.
❤4😱2👎1🤣1
🌍 QHT Koalisiyası COP17 ərəfəsində Ermənistana çağırış edib

📢 “Ətraf mühitin mühafizəsi birinci” QHT Koalisiyası Ermənistanda keçiriləcək COP17 öncəsi beynəlxalq ictimaiyyətə, dövlətlərə və beynəlxalq ekoloji təşkilatlara müraciət edib.

⚠️ Koalisiya Ermənistanı transsərhəd çayların çirkləndirilməsi, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda ekoloji dağıntılar, eləcə də sərhədyanı ərazilərdə sənaye layihələrinin yaratdığı risklərlə bağlı tənqid edib.

💧 Müraciətdə xüsusilə Oxçuçayın mədən tullantıları ilə çirkləndirilməsi, Ermənistanda mədənçilik fəaliyyəti nəticəsində yaranan ekoloji risklər və ölkənin BMT-nin Su Konvensiyasına qoşulmaması məsələləri vurğulanıb.

🌐 Koalisiya COP17 iştirakçılarını sammit zamanı bu məsələləri gündəmə gətirməyə çağırıb. Təşkilatın fikrincə, biomüxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdaşlıq şəffaflıq, dürüstlük və ortaq təbii sərvətlərin qorunmasına real öhdəlik tələb edir.
👍9
🇦🇿 Bu gün Füzuli Şəhəri Günüdür!

🎉 Oktyabrın 17-si Azərbaycanın Zəfər tarixinə yazılan əlamətdar günlərdən biridir. Füzuli şəhəri 2020-ci il oktyabrın 17-də Ermənistanın işğalından azad edilib. Bu tarix Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən hər il qeyd olunur.

💪 Füzuli əməliyyatı Vətən müharibəsinin cənub-şərq istiqamətində mühüm döyüşlərindən olub. Ordumuz düşmənin müdafiə xətlərini yararaq strateji üstünlük əldə edib, hərbçilərimiz böyük qəhrəmanlıq göstəriblər.
👍12❤6