"Sən bizimsən, bizimsən durduqca bədəndə can..." misrasında ikinci "bizimsən", "Bir kərə yüksələn bayraq bir daha enməz!" cümləsində isə "bayraq" sözündən sonra vergül lazım deyil.
Müstəqillik Günümüz mübarək!
Müstəqillik Günümüz mübarək!
👍64❤🔥30🥰2👏2🤝1
Don't talk bosh!
Bəli, dübbədüz təxmin etdiniz.
İngilis dilinin lüğətində olan bu ifadə dilimizdəki "Boş-boş danışma!" ilə eyni məna daşıyır.
İfadəni ingilis yazar Ceyms Castinian Morier 19-cu əsrdə öz kitablarında istifadə edib, populyarlaşdırıb.
➡️ https://t.me/mahammad_emin

👍35😁10🤯3💯2
Hansı yazılış forması yanlışdır?
Anonymous Quiz
13%
bərkdən-bərkdən
50%
bərkə-bərkə
14%
bərkdən-boşdan
23%
bərkə-boşa
👍12😱6🤔1
"Ümumiyyətlə" sözünün vergüllə işlənməsinin müəyyən məqamları var:
• Ümumiyyətlə (modal söz), ölkədə idmana maraq böyükdür.
• Onlar futbol oynamağı ümumiyyətlə ("heç" ədatı kimi) bacarmırlar.
#qaydadəftəri
• Ümumiyyətlə (modal söz), ölkədə idmana maraq böyükdür.
• Onlar futbol oynamağı ümumiyyətlə ("heç" ədatı kimi) bacarmırlar.
#qaydadəftəri
👍57
🤯9👍7🤔2😁1😢1
"Akif göl qırağına getməkdən balıq tutmaqdan zövq alırsanmı" cümləsində durğu işarələrinin işlənmə ardıcıllığını müəyyən edin.
Anonymous Quiz
5%
vergül, vergül, nöqtə
86%
vergül, vergül, sual
5%
vergül, tire, sual
1%
tire, vergül, nöqtə
3%
tire, vergül, sual
👍18🥰8🤡6
Tire ilə defis eyni işarə deyil. Defis orfoqrafik işarə (durğu işarəsi deyil), tire isə durğu işarəsidir.
Defisin işlənmə yerləri:
1) Rəqəmlə ifadə olunan sayla şəkilçi arasında: 5-ci;
2) Mürəkkəb sözün tərkib hissələri arasında: kağız-kuğuz;
3) İxtisarla şəkilçi arasında: ABŞ-nin;
4) Söz hecalara bölünərkən və ya sətirdən sətrə keçirilərkən: mə-ri-fət.
Tirenin işlənmə yerləri:
1) Məkan və zaman aralığı bildirən sözlər arasında: Bakı – Moskva reysi, XIX – XX əsrlər;
2) Ortaqlıq və ya qarşılıq bildirən sözlər arasında: Rusiya – Ukrayna müharibəsi.
Cümlə üzvləri ilə əlaqədə tire:
1) Cümlə üzvü ilə onun əlavəsi arasında: Tural – mənim dostum dünən Türkiyəyə yollandı.
2) Həmcins üzvlərlə ümumiləşdirici söz arasında: Atam, anam, qardaşım – hamı orada idi.
3) Vasitəsiz nitqdə:
• Dialoqda:
– Siz həmin məktəbdə işləyirdiniz?
– Yox, biz fəhləyik. (c)
• Vasitəsiz nitqlə müəllifin sözləri arasında: "Bu çox vacib oyundur", – deyə kapitan komandaya müraciət etdi.
Əlavələriniz varmı?

👍66❤🔥6👏4🤯1🤝1
Nə vaxtsa səlis Azərbaycan dili biliyi tələb olunan vakansiya üçün müsahibədə dil biliyinizi yoxlayıblarmı?
👎22👍7👏2
Xarici dildə və dırnaq işarəsi ilə yazılmış sözlərə şəkilçi qoşarkən həmin sözlərin tələffüzü nəzərə alınmalıdır. Məsələn: "Microsoft"un, "YouTube"a.
Bəzi sosial şəbəkə, platforma adları ümumi isim kimi də işlənə bilər: yutub, feysbuk, vatsap və s.
Bəzi sosial şəbəkə, platforma adları ümumi isim kimi də işlənə bilər: yutub, feysbuk, vatsap və s.
👍43
"ABŞ" abreviaturunun [A‐Be‐Şe] formasında tələffüzü ilə razısınızmı?
Anonymous Poll
36%
Bəli.
64%
Xeyr.
👍4