Bildiyimiz kimi, "müddət" sözü müəyyən zaman aralığını bildirir. "Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir" cümləsində bu sözün işlənməsi doğru deyil, çünki burada məhz çağırış yaşı nəzərdə tutulur. Cümlə "Hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir” formasında yazıla bilər.
👍53❤🔥3
Orta məktəbdən bir qayda: cümlədə "ilə"ni "və" ilə əvəz etmək olursa, bağlayıcı, əvəz etmək olmursa, qoşmadır. Bu məsələ cümlənin xəbərinə təsir edir. Yəni:
• Aslan Teymur ilə (qoşma) iş görür.
• Aslan ilə (bağlayıcı) Teymur iş görürlər.
Yuxarıdakı ikinci nümunədə gördüyünüz kimi, həmcins mübtədaların hər ikisi III şəxsdədir, ona görə də xəbər III şəxsin cəmində işlənib.
Müxtəlif şəxslərdə olan mübtədalardan biri I şəxsdə olarsa, xəbər I şəxsin cəmində işlənir:
• Mən, sən, Aslan və Teymur iş görürük.
Müxtəlif şəxslərdə olan mübtədalar arasında I şəxs yoxdursa və həmcins mübtədalar II və III şəxsdədirsə, xəbər II şəxsin cəmində işlənir:
• Sən, Aslan və Teymur iş görürsünüz.

👍35👏2
Dilimizin kasıb və ya zəngin olması məsələsi maraqlı, amma faydasız müzakirə mövzusudur. Bu mövzu haqqında azərbaycanca danışa bilən hər kəs fikir bildirir. Hər kəs. İnsanlar var ki, "da"nı sözdən ayrı yaza bilmirlər, amma dilimizin imkanları haqqında müzakirələrə qoşulur, fikir bildirirlər. Fikir bildirmək hər kəsin haqqıdır, amma bundan öncə hər zaman özünün bu mövzuda hansı biliyə sahib olduğunu da düşünməlisən.
Hazırda sözügedən mövzu ancaq müzakirə, söhbət üçün lazımdır. Sosial şəbəkədə bu sualı paylaşın, çoxlu şərh yazsınlar. Elə biz də vaxtaşırı paylaşırıq. Əslində, məsələnin yaxşı və pis tərəfləri var. Yaxşı tərəf: bu mövzunun mövcudluğu onu bildirir ki, cəmiyyət dilin zənginlik səviyyəsinə biganə yanaşmır. Pis tərəf: bu mövzu cəmiyyəti narahat etsə belə, hər hansı irəliləyiş olmur. "Biz dilimizə nə verə bilərik?" sualı heç müzakirə olunmur. Çünki dilimizin kasıb olduğunu düşünən cəmiyyət, əslində, bundan bir əziyyət çəkmir. Əziyyət çəksə, problemin həlli üçün cəhd göstərər. Bəlkə də, əziyyət çəkir. Bəlkə də, cəhd göstərir, amma hər cəhd faydasız olur. Niyə? Çünki malik olduğu bilik hansısa xarici sözün dilimizdə qarşılığını tapmaq üçün iki-üç sözdən ibarət birləşmə yaratmaqdan o tərəfə keçmir. Halbuki dilimizdə, məsələn, mürəkkəb sözlər yaratmaq və ya feildən isim düzəltmək üçün üsullar çoxdur. "Dalğıc", "kəski", "yerləşgə" kimi sözlər buna misal ola bilər. Problem ondadır ki, bu üsullardan istifadə olunmur. "Dil xalqındır!" deyən xalqın əksər hissəsi ondan istifadə edə bilmir. Kasıb olan bizim biliyimizdir.

👍54👏9❤🔥6🤝2❤1
"Azerbaijan Cultural Society " tərəfindən təşkil olunmuş tədbirdə amerikalı dilçi Metyu Zaslanski dil müxtəlifliyinin və dilin qorunmasının əhəmiyyəti haqqında danışıb. Təqdimatında "preskriptivizm" və "deskriptivizm" anlayışlarını izah edərkən "Grammar Azi" səhifəsinin paylaşımlarından da istifadə edib. Xoş mənzərədir. 🙂
👍38🥰2❤1
Yeni orfoqrafiya lüğətinin hazırlanmasında süni intellektdən istifadə olunur.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli: “Bu, əvvəl-axır olmalı idi. Dünya dəyişir, Avropada bu təcrübə çoxdan var. Lakin burada çox həssas bir məqama diqqət çəkək: süni intellektin tapıb göstərdiyi hər bir təsadüfi söz lüğətə daxil ediləcəkmi? Əlbəttə ki, xeyr. Yaradılan qrup həmin sözün dildə işlək olub-olmaması ilə bağlı təftiş aparır. Əgər uyğundursa, söz işləkdirsə, qalır, deyilsə, çıxarılır”.

👍17🤔15👎11😢1
Ərtoğrol Cavidin əsgərlikdən ailəsinə yazdığı məktub (orfoqrafiya saxlanılıb):
"Pek hürmətli anam və bacım!
Salamlar.
Bir neçə gündür ki, məktub aldığım yoxdur, nigaranam. Mənim vəziyyətim pis deyil, bir neçə gündür ki, hərbi komissiyada katiblik vəzifəsini aparıram. Məzuniyyət ehtimalı var, təəssüf ki, “ehsanın” olmaması işi çətinləşdirir. Məktubunuzu gözlüyürəm, siz də mənimkini gözlüyün. Öpürəm sizləri.
Ərtoğrol. 23.6.1942"

😢39🙏7👍5👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycan dilindən bu cür istifadəyə münasibətiniz necədir?
💩40👎7🤬7😁3🤨3😢1
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan dili müəllimi Türkel Tağızadə ot yığımı zamanı.
👍34❤🔥4🥰1🤝1
Bu sözlərdən hansına yalnız mənsubiyyət şəkilçisi qoşulduqda son saiti düşür?
Anonymous Quiz
18%
sinif
14%
cisim
14%
zehin
39%
könül
16%
ömür
"Tibb elmləri namizədi" elmi dərəcəsi mövcud deyil. Bunun yerinə "tibb üzrə fəlsəfə doktoru" ifadəsindən istifadə olunmalıdır. Əlavə olaraq, elmi dərəcə və adların qısa yazılışı zamanı böyük hərflərə yol verilmir. Düzgün yazılışa aşağıdakılar nümunə göstərilə bilər:
Hüquq üzrə fəlsəfə doktoru - h.ü.f.d.
Kimya üzrə elmlər doktoru - k.ü.e.d.
Hüquq üzrə fəlsəfə doktoru - h.ü.f.d.
Kimya üzrə elmlər doktoru - k.ü.e.d.
👍38