TARİX ¹
16.3K subscribers
459 photos
28 videos
261 files
310 links
Reklam / iş birliyi @Dreamer_888

Tarix Vastap qrupumuz 👇🏻
https://chat.whatsapp.com/JE7vh6AFPUr9KcxpZm5Izb

Kanalda Quizlər, Konspektlər, PDF sınaq testlər, qəbula düşmüş suallar📖 və lazımlı
məlumatlar 📚 mütəmadi paylaşılır.
Download Telegram
📚📚 MÜSTƏMLƏKƏ REJİMİNİN YARADILMASI 📚📚

✅Xanlıqların ləğv olunması
📌1806 il - Dərbənd və Bakı
📌1810 il Quba
📌1819 il Şəki
📌1920 il Şamaxı
📌1822 il Qarabağ
📌1826 il Lənkəram
📌1828 il Naxçıvan və İrəvan xanlıqları lığv edilir
📌Naxçıvan və İrəvan torpaqlarında qondarma Erməni vilayəti yaradılır
📌Xanlıqlar ləğv edildilərək KOMENDANT idarə üsulu yaradılır
📌Xanlıqların əvəzinə ƏYALƏT, DAİRƏ VƏ DİSTANSİYALAR yaradılır

1️⃣Müsəlman əyalətləri rəisliyi:
📌Mərkəzi Şuşa idi
📌Tərkibinə Qarabağ, Şəki, Şirvan, Lənkəran əyalətləri daxil idi

2️⃣Hərbi dairə rəisliyi:
📌Mərkəzi Dərbənd idi
📌Tərkibinə Bakı ,Quba əyalətləri daxil idi
🔴Dairə: Car Balakən, Yelizavetpol
🔴Distansiya:Qazax ,Şəmşəddil,Borçalı

📚Əyaləti idarə edirdi - Komendant- rus zabiti
📚Mahalları idarə edirdi - Naib - rusiyaya sədaqətli bəylər
📚kəndləri idarə edir - kəndxuda

✅Köçürmə siyasəti:
1️⃣Ermənilər
📌Türkmənçay və Ədirnə müqaviləsinə əsasən Qacarlar və Osmanlı dövlətində yaşayan erməni ailələri NAXÇIVAN, İRƏVAN, QARABAĞ ,BORÇALIya köçürülür

2️⃣Almanlar
📌Rusiya 1817 -1818 illərdə Vütemberq knyazlığı və Badendən almanların bir hissəsini Qafqaza köçürür
📌Göygöldə - Yelenendorf
📌Şəmkirdə - Annenfeld koloniyası salınır
📌Yerli əhali almanlar kimi Altı zirzəmili ,üstü çardaqlı kirəmitli evlər və dördtəkərli furqon tipli at arabaları düzəltməyə başlayır

3️⃣Ruslar
📌Çar l Nikolayın 1830 il 20 oktyabr fərmanı ilə ŞİRVAN ,QARABAĞ ,LƏNKƏRAN ərazilərinə təriqətçi və bidətçi ruslar köçürülür


@History_aze
❤3👍2
Forwarded from AZƏRBAYCAN DİLİ QAYDA
👍3
Forwarded from ƏDƏBİYYAT QAYDA
1️⃣ *Şeir və nəsr arasındakı fərq* - Şeir ritm, ölçü və qafiyə ilə yazılır, nəsr isə sərbəst ifadə tərzini seçir. 🎶📖

2️⃣ *Sözün düzgün seçimi* - Hər bir ifadə öz yerində və mənasında istifadə olunmalıdır. ⚖️💬

3️⃣ *Simvolizm və metafora* - Ədəbiyyatda simvollar və metaforalar güclü təsir bağışlayır. 🌟🔮

4️⃣ *Nəzəriyyə və təcrübə* - ədəbiyyat nəzəriyyəsi, təcrübə ilə birləşərək daha dərindən anlaşılır. 🧠📚

5️⃣ *Xarakterlər və obrazlar* - Bir əsərdəki xarakterlər və obrazlar oxucuda duyğusal təsir yaradır. ❤️👤

6️⃣ *Məna və təfsir* - Hər bir sözün və cümlənin çoxqatlı mənası olur. 💭🔎

7️⃣ *Ədəbiyyatın sosial funksiyası* - Ədəbiyyat, cəmiyyətin problemlərini və fikirlərini ədəbli şəkildə işıqlandırır. 🌍✍️

8️⃣ *Jurnalistik ədəbiyyat* - Jurnalistik ədəbiyyat obyektiv məlumat verməklə yanaşı, eyni zamanda insani və sosial dəyərləri əks etdirir. 📰💬

9️⃣ *Xəyal gücü* - Yaradıcı düşüncə, ədəbiyyatın təməl daşlarından biridir. 🌈💡

🔟 *Sürətli oxuma və təhlil* - Ədəbiyyatın daha dərindən anlaşıla bilməsi üçün sürətli oxuma və təhlil vacibdir. 📖🔍


✨
@edebiyyattesti
Forwarded from ƏDƏBİYYAT QAYDA
Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Rusiya İmperiyası – 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933).

✨Tarixdəbugün
✨20Mart
✨CəfərCabbarlı


@edebiyyattesti
👍3❤1
*Hərbi vəziyyət elan olunmuşdur:*

📌


📌

1918 iyun 19-Bakı XKSnə qarşı


📌
1919 iyun 14-Denikinə qarşı


📌
1942 sentyabr 9-Azərbaycan SSR-də


📌
2020 sentyabr 28-Ermənilərə qarşı`


@History_aze
👍6
Forwarded from ƏDƏBİYYAT QAYDA
Bu gün Xalq şairi, dramaturq, publisist, tənqidçi-alim və ictimai xadim Səməd Vurğunun doğum günüdür.

“Azərbaycanın Xalq Şairi” fəxri adına layiq görülən ilk Azərbaycan şairi olan Səməd Vurğunun əsərləri təkcə milli ədəbiyyatımızın xəzinəsinə daxil olmaqla qalmayıb, həm də xalqın milli kimliyini, azadlıq və vətənpərvərlik ruhunu əks etdirib.

O, zəngin və çoxşaxəli yaradıcılığı ilə Azərbaycan şeirinin inkişafına və onun beynəlxalq səviyyədə tanınmasına əvəzsiz töhfələr verib.


✨21Mart
✨SəmədVurğun


🌿
@edebiyyattesti
🤔2❤1😱1🤡1
Forwarded from İNGİLİS DİLİ QAYDA
1️⃣ *İndiki sadə zaman (Present Simple*)

Adi, təkrarlanan və ümumi həqiqətləri ifadə edir.
Zaman zərfləri:
• Always (həmişə)
• Often (tez-tez)
• Usually (adətən)
• Sometimes (bəzən)
• Rarely / Seldom (nadir hallarda)
• Never (heç vaxt)
• Every day/week/month/year (hər gün/həftə/ay/il)

Məsələn:
• She always drinks coffee in the morning. (O, həmişə səhər qəhvə içir.)
• The sun rises in the east. (Günəş şərqdən doğur.)

2️⃣ *Keçmiş sadə zaman (Past Simple)*

Keçmişdə baş verən və bitmiş hadisələri ifadə edir.
Zaman zərfləri:
• Yesterday (dünən)
• Last week/month/year (keçən həftə/ay/il)
• Ago (əvvəl) → two days ago (iki gün əvvəl)
• In 2000 (2000-ci ildə)
• When I was a child (uşaq olanda)

Məsələn:
• She visited Paris last year. (O, keçən il Parisi ziyarət etdi.)
• We met two days ago. (Biz iki gün əvvəl görüşdük.)

3️⃣*Gələcək sadə zaman (Future Simple)*

Gələcəkdə baş verəcək hadisələr üçün istifadə olunur.
Zaman zərfləri:
• Tomorrow (sabah)
• Next week/month/year (gələn həftə/ay/il)
• In the future (gələcəkdə)
• Soon (tezliklə)
• In two days (iki günə)

Məsələn:
• I will call you tomorrow. (Mən sabah sənə zəng edəcəm.)
• She will travel next summer. (O, gələn yay səyahət edəcək.)


💕
@ingilisdilitesti
📚📚      RUSİYA     📚📚

✅lll İvanın hakimiyyəti (1462-1505)

📌Monqol asılıĺığından çıxır(1480 Uqra görüşü )
📌Knyazlığı genişləndirir
📌Rus torpaqlarının Moskva knyazlığı ətrafında birləşdirilməsi davam edir
📌Mərkəzləşmiş dövlət yaradır
📌1497 ildə təhkimçklik hüququ bərqərar edilir

✅Ill Vasilinin hakimiyyəti (1505-1533)
📌Rus torpaqlarının vahid dövlətdə birləşdirilməsi başa çatdı

✅IV İvan Qroznı(1533-1584)
📌1547 ildə Çar titulunu qəbul
📌Mərkəzi hakimiyyətin əleyhinə olan boyar qüvvələrini ləğv etmək üçün YENİ QAYDALAR tətbiq edilir
📌Zemstvo məclisi çağırılır
📌Hərbi islahat --- orduda vəzifənin əsil nəcabətə görə tutulması ləğv edildi
📌QANUNNAMƏYƏ görə kəndlilər ildə bir dəfə Yuri günündə köçə bilərdi
📌islahatlar nəticəsində silki monarxiya quuluşunda mərkəzləşmiş monarxiya formalaşır
📌1565- 1572 illərdə əyanların xəyanət ehtimalına qarşı OPRİÇİNA həyata keçirilir

✅XVI əsrın ll yarısında xarici siyasət
📌1552 ildə Qazan xanlığı
📌1556 ildə Həştərxan
📌1598 ildə Sibir işğal edilir
📌1559 il Krıma yürüş uğursuz oldu

✅Livoniya müharibəsi (1558-1583)
📌Müharibədə Rusiyanın məqsədi Baltikyanı ərazilərə yiyələnmək idi
📌Lakin məğlub oldu

✅Romanovlar sülaləsi (1613-1917)
📌1598 ildə Ryuriklər sülaləsinin hakimiyyəti başa çatdı
📌Zemstvo məclisinin qərarı ilə Boris Qodunov çar elan edilir
📌Onun dövründə vətəndaş müharibəsi, xarici müdaxilə (Reç- Pospolita) əyanlarının özbaşınalığı baş vermişdir
📌1613 ildə Romanovlar sülaləsi Zemstvo məclisininqərarı ilə hakimiyyətə gəlir


@History_aze
👍5
ƏRƏB XİLAFƏTİ

📌Bədəvi - köçəri maldarlar
📌Dəvə - səhra gəmisi
📌Vl əsrdə Ərəbistandan keçən ticarət yollarına nəzarət edirdi - Bizans və sasanilər

✅MƏHƏMMƏD PEYĞƏMBƏR:

📌570 il - Məhəmməd peyğəmbər anadan olub
📌610 il -ISLAM dinini yaradır
📌613 il - İslamı yaymağa başlayır
📌622 il -Yəsribə (Mədinə)köçür
📌624 il - Məkkəlilərlə Mədinəlilər arasında BƏDR döyüşü baş verir.Müsəlmanlar qalib gəlir
📌630 il - İlk islam dövlətini yaradır

✅Xilafət tarixinin dövrləri:

📌Məhəmməd peyğəmbər və ondan sonrakı xəlifələrin dövrü (630 -661) Paytaxt Məkkə və Mədinə şəhəri olur
📌Əməvilər sülaləsinin hakimiyyəti dövrü (661 -750) Paytaxt Dəməşq(Şam) şəhəri idi
📌Abbasilərin hakimiyyəti dövrü (750 -1258) Paytaxt Bağdad (762) şəhəri olur

✅İlk Xəlifələrin (Əbu Bəkr Ömər Osman Əli) RƏŞİDİ xəlifələrin dövrü(632 - 661)

📌Sasanilər süquta (651) uğradıldı
📌Bizans və Azərbaycan üzərinə yürüş
📌Suriya Fələstin Misir ələ keçirildi
📌Şm Afrikada xeyli ərazi ələ keçirib
📌Xəzərlərlə ilk döyüşlər(l və ll Bələncər döyüşü )

✅Əməvilərin hakimiyyəti dövrü:

📌Şm Afrika işğal edildi(Vlll əsrin əvvəli)
📌711 il Tarıq İspaniyaya daxil olur
📌732 il franklarla PUATYE döyüşü baş verir.
📌Xəzərlərlə müharibə(Savalan Hilat döyüşü )
📌 ilk dəfə ərəb olmayan müsəlmanlara qarşı ayrı seçkilik edirlər.Buda narazılıq yaradır

✅Abbasilər dövrü:

📌Mərkəzi Asiyada ayrı seçkilik siyasətinə qarşı üsyan qaldırmış ƏBU MÜSLÜM onların hakimiyyətə gəlməklərinə kömək edib
📌Abbasilərin hakimiyyətini qəbul etməyə Əməvilər İspaniyada Kordova əmirliyini yaratdılar
📌Xəzərlərlə Azərbaycan uğrunda mübarizə başa çatır
📌Bölgələrdə əmirlərin hakimiyyətinin güclənməsi və xalqın narazılığının artması dövləti zəiflədir
📌lX əsrdə Mərkəzi Asiya İran Azərbaycan Misir və Əfqanıstan xilafətdən ayrılır

@History_aze
👍6❤2
Forwarded from ƏDƏBİYYAT QAYDA
İsmayıl Şıxlı💕

Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir.

Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, Türkiyəli yazıçı Əziz Nesinin "Taxtalıköydən məktublar" sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.

"Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının "Şöhrət" ordeninin sahibi Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub


@edebiyyattesti
👍3
Forwarded from ƏDƏBİYYAT QAYDA
🥰3👏3
AĞ HUN DÖVLƏTİ

📌Mənbələr qədim dövrdə Azərbaycanda KADUSİ ,orta əsrlərdə isə ABDALLI adlandırılan tayfaları ağ hunlar hesab edirlər
📌Dövlət yaranır- lV əsrin ikinci yarısı
📌Sərhəddi - Qobi çölündən Xəzər sahilinə qədər
📌.Ərazisi- Mərkəzi Asiya Əfqanıstan və şimal qərbi Hindistan
📌V əsrdən EFTALİTLƏR(Eftal xanın adı ilə)adlanır

✅Ağsuvar xan:
📌430 ildə hakimiyyətə gəlir
📌Turan taktikasından istifadə edərək Sasani Firuz şaha qalib gəldi
📌484 ildə Sasanilər üzərində növbəti qələbədən sonra Heratı tuturlar

✅Mihiraqula xan:

📌dövlət ən qüdrətli dövrünə Vl əsrdə onun hakimiyyəti dövründə çatır
📌nizami ordusu və 700 döyüş fili var idi
📌Hindistanın şimal qərbinin işğalını başa çatdırdı

✅567 ildə Sasani və Göytürk birləşmiş qüvvələri tərəfindən süquta uğradı


@History_aze
❤5👍3🥰1
AZƏRBAYCANDA CƏLAİRİLƏRIN VƏ TEYMURİLƏRİN HAKİMİYYƏTİ :

✅Cəlairilərin Azərbaycanda hakimiyyəti:

📌Şeyx Həsən (Böyük Həsən)

🖇Sülalənin banisi idi
🖇1340 ildə Bağdadda dövlət yaratdılar

📌Şeyx Üveysin hakimiyyəti:

🖇1359 ildə Təbrizi tutub paytaxtı bura köçürdü
🖇1357 ildə Şirvanı tabe etdi
🖇abadlıq işləri apardı
🖇Dövlətxana sarayını tikdirdiyi

📌Sultan Əhmədin hakimiyyəti:

🖇Sabitlik pozuldu
🖇Toxtamış və Teymurun hücumuna məruz qaldı
🖇1410 ildə dövlət süqut etdi

✅Toxtamışın Azərbaycana yürüşü

🖇1385 ildə qarətçi yürüş edib
🖇Təbriz dağıdılıb qarət olundu
🖇1386 ildə Teymurun hücumu ilə əlaqədar Azərbaycanı tərk etdi

✅Əmir Teymurun Azərbaycana yürüşü:
📌Birinci yürüşü(üçillik ) (1386)

🖇Əlincə qalasından başqa Bütün Azərbaycan ələ keçirdi
🖇Şirvanşah l Ibrahım hədiyyələrlə Qarabağa gəlib itaət edir
🖇Vahid dövlətin olmaması Əmir Teymurun işğalını asanlaşdırır

📌Əmir Teymurun ikinci (1392) yürüşü

🖇Teymur Təbrizə daxil oldu
🖇Şəki hakimi Seydi Əli itaətə gətirdi
🖇Gürcüstan işğal edildi
🖇Bağdad dağıdıldı
🖇Əlincə qalasından başqa Bütün Azərbaycan tabe edilir
🖇1395 ildə Qızıl Orduya oradan da ölkəsinə gedir

📌Əmir Teymurun üçüncü yürüşü (1399)

🖇Qarabağda məskən salır
🖇Şəki hakimi I Ibrahımin vasitəsilə Teymurla ittifaq bağlayır
🖇1400 ildə Əlincə təslim oldu
🖇Sultan Əhməd və Qara Yusif Misirə qaçdı
🖇1405 ildə Çinə səfər zamanı vəfat edib
🖇Azərbaycanı Mirzə Ömər idarə edir
🖇Şirvan I Ibrahımin hakimiyyəti altında qalır


@History_aze
👍5❤2✍1
📌 𝐌𝐢𝐤𝐞𝐧𝐚 mədəniyyəti:

• Axey tayfaları tərəfindən yaradılmışdır

• Akropol inşa edilirdi

𝗔𝗸𝗿𝗼𝗽𝗼𝗹 - yuxarı şəhər

• Sərdabələr düzəldilirdi

• Dəfn olunanların üzlərinə qızıl maskalar taxılırdı

• E.ə II minilliyin sonunda (e.ə XII əsrdə) şimaldan gələn dori tayfalarının hücumu nəticəsində məhv oldu


@History_aze
👍5✍1
AZƏRBAYCAN ELXANİLƏR DÖVLƏTİNİN TƏRKİBİNDƏ:

✅Hülakü xanın hakimiyyəti dövrü:

📌1258 ildə dövlət yaradır
📌paytaxtı Marağa Təbriz Sultaniyyə Təbriz olmuşdur
📌yaylaq Qarabağ qışlaq Muğan və Aran olmuşdur
📌köçəri feodallara arxalanırdı
📌Şahzadə Yuşmut Aran hakimi təyin edir
📌Mərkəzləşmiş dövlət yaradır
📌Azərbaycan uğrunda Qızıl Ordu dövləti ilə müharibə aparırlar

✅Qazan xanın hakimiyyəti (1295-1304)

📌Qarabağda padşah elan edilir
📌Azərbaycanın şimalında monol qiyamlarını yatırıb mərkəzi hakimiyyəti möhkəmləndirir
📌Köçəri feodalların qüdrətini sarsıtmaq üçün yerli feodallara arxalanırdı
📌İslahatlar keçirir
📌vəziri Fəzrullah Rəşidəddin olmuşdur

TORPAQ İSLAHATI:

🖇Xidmət müqabilində İQTA torpaqları paylanılır
🖇İqta incu divan bayrt torpaqları hesabına paylanılır
🖇1303 ildə iqta torpaqlarında yaşayan kəndlilər torpağa təhkim edilir

VERGİ İSLAHATI:

🖇Kəskin mübarizə şəraitində keçir
🖇Verginin toplanmasında qayda qanun yaradılır
🖇vergi verənlərin siyahısı tutulur
🖇Ödəniləcək vergilər lövhələrdə baxımlı yerlərdə asılır
🖇Vergi yığılması mərkəzi divana həvalə olunur
🖇vilayət hakimləri işə qarışması qadağan olundu
🖇vergi toplanması 3 illik icarəyə verilir

MƏHKƏMƏ İSLAHATI:

📌Əsas diqqəti qazı vəzifəsinə layiqli din xadimlərinin təyin edilməsinə verir
📌30 ili keçmiş iddia sənədləri ləğv edildi
📌qazıların səlahiyyətləri dəqiqləşdirilir
📌qazı vəzifəsinə ədalətli din xadimləri təyin olundu
📌islahat tam həyata keçirilmir yarımçıq qalır

Dini islahat

✅Yerli feodalları öz tərəfinə çəkmək üçün islam dinini qəbul edib

Rabitə islahatı:
🖇Rabitə sistemi yaradılmışdı
🖇3 fərsəxdən bir yamlar (rabitə dayanacağı)yaradılır
🖇yerli əhalidən vəsait alınması qadağan olundu
🖇karvansaralar tikilir, qonaqların kəndlinin evində qalması qadağan olundu

✅Ticarət islahatı:

🖇Vahid pul ölçü çəki sistemi yaradılmışdı
🖇Ticarət yollarının və s. qorunması üçün tədbirlər görülür

✅MƏHƏMMƏD OLCAYTU HAKİMİYYƏTİ DÖVRÜ (1304-1316)
📌Qazan xanın islahatı davam etdirilir
📌mərkəzi hakimiyyəti daha da gücləndirir

✅ƏBU SƏİDIN HAKİMİYYƏTİ DÖVRÜ (1316-1335)
🖇dövləti Əmir Çoban idarə edirdi
🖇Daxili çəkişmələr gücləndi
🖇1318 ildə Xorasandakı qiyamı Əmir Çoban yatırdı
🖇1318 Qızıl Ordunun hücumu
🖇1319 Gürcüstan Naxçıvan Sultaniyyədəki qiyamı yatızdırıb BAHADIR ləqəbi slır
🖇1328 Əmir Çoban və oğullarını edam etdirir
🖇1335 ildə Kür çayına qədər irəliləyən Özbək xanı qovurlar

✅Cobanilərin hakimiyyəti:

🖇1338-1357 Çobani dövrü adlanır
🖇1344 ildən Məlik Əşrəf ölkəni idarə edirdi
🖇1344 Məlik Əşrəfə qarşı Təbriz üsyanı
🖇dövləti Elxani hökmdarının adından idarə edirdi

✅1357 ildə Qızıl ordu xanı Cani bəyin yürüşü nəticəsində Elxanilər dövləti süqut etdi


@History_aze
👍9✍2❤1
Forwarded from ƏDƏBİYYAT QAYDA
Bu gün Azərbaycanın mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, şair Almas İldırımın doğum günüdür.
(1907-1952)

Azərbaycan ədəbiyyatı tariхinə Almas İldırım kimi daхil оlmuş şairin əsil adı Əbdülhəsəndir. Şеirlərini Almas İldırım imzasıyla dərc еtdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.

Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın bütün əsərlərinin aparıcı mövzusunu təşkil edir.

Almas İldırım Türkiyədəki 17 illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli ruhlu şeirlərini dərc etdirmiş, milliyyətçi və istiqlalçı şair kimi tanınmışdır.

Yazdığı şeirlər "Boğulmayan bir səs" adı ilə çар olunmuşdur. Bundan başqa onun "Azərbaycan manhıları" kitabı da var.
✨Tarixdəbugün
✨25mart
✨Almasİldırım
✨Mühacirətşairi

@edebiyyattesti
👍2❤1
Forwarded from İNGİLİS DİLİ QAYDA
*Gecənin sözü:*

🇺🇸He asked with deep curiosity,
“Why do you love Christian so madly?”
I whispered,
“Because he understood me.”
“If you told me, I would understand too,” he said again.
*“If I told it, everyone would understand…”*

🇦🇿Dərin bir maraqla soruşdu:
“Niyə Christianı bu qədər ölümünə sevirsən?”
Sakitcə dedim:
“Çünki o məni anladı.”
“Anlatsaydın, mən də anlayardım,” dedi yenə.
*“Anlatsaydım, hər kəs anlayardı…”*


@ingilisdilitesti
👍4
Forwarded from RİYAZİYYAT QAYDA
SADƏ ƏDƏDLƏR✅

📌Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir.

Sadə ədədlər cədvəlinin tərtibi tarixi

Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər".

Sadə ədədlər

Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir. 2- dən başqa bütün cüt ədədlər mürəkkəb ədəddir.

Qeyd edək ki, sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtaran ədədlərin hamısı hökmən sadə ədəd olmur. 21, 27, 33, 39 və digər ədədlər mürəkkəb ədədlərdir.

Böyük ədədlər arasında sadə ədədi tapmaq üçün böyük sayda hesablama əməliyyatı həyata keçirmək lazımdır. Belə ki, sadə ədədlərin ədədlər sırasından ayrılmasında qanunauyğunluq indiyədək məlum deyil.


@riyaziyyattesti
Forwarded from AZƏRBAYCAN DİLİ QAYDA
Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.

NİTQ HİSSƏLƏRİ✨

Sözlər ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünür.Məsələn: ev, kitab, dəflər, qələm, çanta, məktəb və s. sözləri əşyanın adınıbildirdiyi üçün isimadlanan nitq hissəsində qruplaşır. Həmin əşyaların əlamətinibildirən hündür, maraqlı, qalın, göy, qara, böyük və s. sözləri isə sifət adlanan başqa bir nitq hissəsində birləşirlər. Eləcə də hərəkətbildirən sözlərdən morfologiyada fel kimi: hərəkətin tərzini, yerini, zamanınıbildirən sözlərdən isə zərf kimi bəhs olunur.
Dilımızdəki nitq hissələri əsas əlamətlərinə görə üç növə bölünür: əsas nitq hissələri, köməkçi nitq hissələri, xüsusi nitq hissəsi (nida).
Əsas nitq hissələrinin ikiəsas səciyyəvi xüsusiyyəti var
1.Müstəqil leksik məna daşıyaraq, əşyanı, əlaməti, miqdarı,hərəkəti və s.bildirir.
2.Cümlə üzvü vəzifəsində işlənir.
Köməkçi nitq hissələrində bu xüsusiyyətlər yoxdur. Onlar yalnız qrammatik məna daşıyır.
Xüsusi nitq hissəsi olan nidanın isə nə leksik, nə də qrammatik mənası var. O yalnız hiss, həyəcan bildirdiyi öçün xüsusi nitq hissəsi sayılır.

Əsas nitq hissələri
Buraya tammənalı sözlər daxildir:
1) Əşya adı bildirənlər – İsim
2) Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifət
3) Əşyaya məxsus miqdar,sıra bildirənlər – Say
4) Əşyanın hərəkətini bidirənlər – Fel
5) Hərəkətin əlamətini bildirənlər – Zərf
6) Əvəzlik – Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur.Yuxarıdakı 5 nitq hissəsinin əvəzində işlənir və hansını əvəz edirsə, onun da əlamətlərini daşıyır. Buna görə də əvəzlik əsas nitq hissəsi sayılır.
Köməkçi nitq hissələri
7) Qoşmalar
8) Bağlayıcılar
9) Ədat
10) Modal sözlər
Əsas nitq hissələrinə aid olan sözlərin tam mənası olur,həm leksik,həm qrammatik mənaya malik olur, morfoloji cəhətdən dəyişir, sintaktik vəzifə daşıyır. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənaya malik olur

@azdilitesti
❤3👍1