TARİX ¹
16.4K subscribers
459 photos
28 videos
261 files
309 links
Reklam / iş birliyi @Dreamer_888

Tarix Vastap qrupumuz 👇🏻
https://chat.whatsapp.com/JE7vh6AFPUr9KcxpZm5Izb

Kanalda Quizlər, Konspektlər, PDF sınaq testlər, qəbula düşmüş suallar📖 və lazımlı
məlumatlar 📚 mütəmadi paylaşılır.
Download Telegram
📚MÜSTƏQİLLİK YOLUNDA İLK ADDIMLAR📚

📌1989 cu il 23 sentyabr-"Azərbaycan SSR-in Süverenliyi haqqında " Konstitusiya Qanunu qəbul edilir

📌1991-ci il 30 sentyabr - "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə" (Azadlıq Bəyannaməsi)

📌1991-ci il 18 oktyabr- "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında "Konstitusiya Aktı


@History_aze
❤8✍2👍1🥰1
Forwarded from RİYAZİYYAT QAYDA
Cem düsturları💕

@riyaziyyattesti
Forwarded from AZƏRBAYCAN DİLİ QAYDA
👍6
Forwarded from RİYAZİYYAT QAYDA
👍2
Forwarded from İNGİLİS DİLİ QAYDA
*🇬🇧Qaydasız cəmlənən (kökdən dəyişən) isimlər*

1. Child → Children
2. Man → Men
3. Woman → Women
4. Tooth → Teeth
5. Foot → Feet
6. Mouse → Mice
7. Goose → Geese
8. Person → People
9. Cactus → Cacti
10. Ox → Oxen
11. Fish → Fish
12. Sheep → Sheep
13. Deer → Deer
14. Louse → Lice
15. Leaf → Leaves
16. Life → Lives
17. Knife → Knives
18. Wolf → Wolves
19. Elf → Elves
20. Shelf → Shelves

*✨Daha çoxu üçün reaksiya bildirin!*

@ingilisdilitesti
👍7
Forwarded from PDF-lər
PDF_GO_tarix 20 sınaq.pdf
43.1 MB
📚 Tarix
✍️ Sınaq
🎓 III Qrup

@Pdf_ler_N1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏4👍3🥰2❤1
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür😔

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.


Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki:

1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min Azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır.

Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara ALLAHDAN Rəhmət diləyirik.

@History_aze
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😢3❤1
📚📚AZƏRBAYCAN TORPAQLARININ AZAD EDİLMƏSİ 📚📚

✅Əfqanların ölkədən qovulması:

📌XVlll əsrin 20 illərinin sonunda Səfəvilərin bir dövlət kimi varlığı üçün  təklükə yaranmışdı
📌ll Təhmasib düşmənlərə qarşı mübarizəni Əfşar tayfasından olan Nadir xana tapşırır
📌O İsfahan, Xorasan ,bütün şimal şərqi İranı azad edir.
📌Əfqanları ölkədən qovması və Heratı tutması Nadir xanın nüfuzunu artırır

✅Osmanlıların ölkədən qovulması:

📌1730 il Nadir xan Osmanlılara qarşı müharibəyə başladı
📌və Həmədan ,Kirmanşah, Təbriz ,Ərdəbil azad olunur
📌lakin Xorasandakı üsyanı yatırmaq üçün gedır
📌ll Təhmasib nüfuzunu qaldırmaq üçün 1731 ildə Osmanlıya qarşı əməliyyata başladı
📌İrəvan və Həmədan döyüşündə məğlub oldu
📌və Kirmanşah, Həmədan, Urmiya, Təbriz, Ərdəbil osmanlılar tərəfindən tutulur
📚1732 il Kirmanşah müqaviləsinin şərti:
🖇Araz çayından şimaldakı torpaqlar Osmanlıya verilir
🖇Həmədan, Kirmanşah, Ərdəbil, Təbriz səfəvilərə qaytarılır
🖇Araz çayı 2 dövlət arasında sərhəd olur

📌Nadir xan Ruslardan Xəzəryanı bölgələri geri qaytarmağı tələb edir

📚1732 ildə Rəşt müqaviləsinin şərti:
🖇Ruslar Kürdən cənubdakı Xəzəryanı bölgələri geri qaytarır
🖇Rusiyada səfəvi tacirlərinə gömrüksüz ticarətə icazə verilir
🖇Səfəvilər Rusiyaya Osmanlıları Xəzəryanı bölgələrə buraxmamağa söz verir
🖇Rusiya ilə əbədi dost olacağına söz verir
🖇Rus tacirlərinə gömrüksüz səfəvi ərazisindən keçərək Hindistana getməyə razı olur

📚1732 Nadir xan Il Təhmasibin azyaşlı oğlunu lll Abbas adı ilə taxta çıxardı
📌Özünü şahın naibi və vəkili elan edir
📌Kirmanşah müqaviləsini ləğv edib müharibəyə başladı
📌1732 ildə Həmədan və Kirmanşah azad olunur
📌1733 il Bağdad döyüşündə qalib gələrək BAĞDAD sülhünü imzalayır
📌Səfəvilər 10 il ərzində işğal etdiyi Səfəvi torpaqlarını qaytarmalı idi.

📚1735 ildə Ruslarla Gəncə müqaviləsi imzalanır
📌Şərtləri:
🖇Rusiya Xəzəryanı bölgələri tamamilə tərk edir
🖇Səfəvilər rus tacirlərinə sərbəst və gömrüksüz ticarət imtiyazı verir


@History_aze
👍6❤1
Forwarded from İNGİLİS DİLİ QAYDA
💕*İngiliscə danışarkən fikirlərini daha rahat ifadə edə bilmək üçün aşağıdakı üsulları sınaya bilərsiniz:*

✨1. Sadə cümlələrlə başla*

Ağır qrammatika qaydaları haqqında düşünmək əvəzinə, qısa və sadə cümlələrlə danış. Məsələn:

• I like music. (Mən musiqini sevirəm.)
• My favorite color is blue. (Mənim sevimli rəngim göydür.)
• I live in Azerbaijan. (Mən Azərbaycanda yaşayıram.)

✨2. Vaxt qazanmaq üçün ifadələr öyrən*

Danışıq zamanı fikirləşmək üçün bu ifadələri istifadə edə bilərsən:

• Well… (Yaxşı…)
• Let me think… (Qoy bir düşünüm…)
• That’s a good question… (Bu yaxşı sualdır…)
• How can I say this? (Bunu necə deyə bilərəm?)

✨3. Sadə mövzularda danışmağa çalış*

Özün haqqında danış:
• My name is…
• I live in…
• I like…
• I have…

Günlük rutinindən danış:
• I wake up at 7 a.m.
• I go to work/school.
• I eat lunch at 1 p.m.

Hobbilərindən danış:
• I like watching movies.
• I enjoy reading books.
• I play football on weekends

@ingilisdilitesti
Forwarded from ƏDƏBİYYAT QAYDA
Çingiz Aytmatov ✨

Qırğızıstanın Xalq Yazıçısı, çoxsaylı Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə -1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda zoobaytarlıq texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib.



Ali təhsil almış Çingiz Aytmatov Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoyub. Qırğız yazıçılarının əsərlərini rus dilinə tərcümə edib, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.


1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilib. Povest Avropada dərc ediləndə Qərb oxucuları bu əsərdə insan xarakterində həssaslığın bədii boyalarla ustalıqla verilməsinin şahidi olublar. “Cəmilə” romanı ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaradıb, “dünyanın ən gözəl eşq hekayəsi” adlandırılıb.


Sonralar Çingiz Aytmatov qırğız mövzusunu daha dərindən mənimsəyib. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarıb. 1963-cü ildə yazdığı “Ana tarla” povestində şərtilik və həyati reallıq üzvi şəkildə birləşib. Həmin il yazıçının “İlk müəllim” povesti də nəşr olunub. Lakin bütün bu əsərlər müəllifin böyük nəsrinin proloqu idi.


Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırdılar.


“Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977), “Gün var əsrə bərabər” (1980) romanlarında yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunub.


Ötən əsrin 80-ci illərinin əvvəlində yazdığı “Ölüm kötüyü” əsəri İnsan və Təbiət münasibətlərindən, həyatın mənasından, dinin insanları yaxşılığa doğru dəyişməsindən, müasir dövrün bəlası olan narkomaniya və digər məsələlərdən bəhs edir.


Əsərlərində dövrün mənəvi-əxlaqi problemlərini əhatə edən Çingiz Aytmatov adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona yüksək fikir zirvəsindən baxmağı bacarıb. Təsvir etdiyi hadisələrin fəlsəfəsini, mahiyyətini görüb və göstərib. Buna görə də onun əsərləri təkcə öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanıb

@edebiyyattesti
❤2
Forwarded from ƏDƏBİYYAT QAYDA
💕Mikayıl Müşfik💕

Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru.

Mikayıl Müşfiq
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə
1928–1929-cu illərdə Mikayıl Müşfiq
1928–1929-cu illərdə Mikayıl Müşfiq
Təxəllüsü
Müşfiq
Doğum tarixi
5 iyun 1908
Doğum yeri
Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
6 yanvar 1938 (29 yaşında)
Vəfat yeri
Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi
repressiya
Milliyyəti
Azərbaycanlı
Həyat yoldaşı
Dilbər Axundzadə
Atası
Mirzə Əbdülqədir Vüsaqi
Təhsili
Azərbaycan Dövlət Universiteti (1927–1931)
İxtisası
Dil-ədəbiyyat müəllimi
Fəaliyyəti
şair, yazıçı, tərcüməçi, pedaqoq
Fəaliyyət illəri
1926-cı ildən
Janr
lirika
İlk əsəri
Bir gün
Vikimənbənin loqosu Mikayıl Müşfiq Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyalarının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

@edebiyyattesti
👍3
👍1
🇦🇿 Zəfərə gedən yol..

📢 Tarixdə bu gün:

📆 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu düşmən təxribatının qarşısını almaq məqsədi ilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib.

📌 Nəticədə Talış kəndi ətrafındakı yüksəkliklər, "Lələ təpə" adlandırılan yüksəklik düşmən qüvvələrindən tam təmizlənərək, Azərbaycan Ordusunun nəzarətinə keçib.

ALLAH şəhidlərimizə rəhmət,
😔 Qazilərimizə şəfa versin. 🤲🏻

@History_aze
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👍5🫡2🥰1
TARİX ¹ pinned a photo
👍2
Cavab ?
Anonymous Quiz
12%
A
8%
B
51%
C
15%
D
15%
E
👍7👏5
Forwarded from AZƏRBAYCAN DİLİ QAYDA
👍3❤1
📚ABŞ Konstitusiyasına əlavələr və düzəlişlər:📚

▪️1791-ci il- Hüquqlar haqqında bill:
1.Vətəndaşlara söz ,yığıncaq,vicdan,din azadlığı,mülkiyyət və s.hüquqlar verilir
2.Məhkəmənin hökmü olmadan axtarış və həbslər qadağan edilir

▪️1866-cı il- ABŞ bütün ərazisində qaradərilər ağlarla bərabər mülki və siyasi hüquqlar alırlar

▪️1913-cü il- Senatorlar xalq tərəfindən seçilməli idi

▪️XX əsrin 20-ci illəri :
1.Qadınlara seçki hüququ verilir və onlar bərabər hüquqlu vətəndaşlar hesab edilir(1920)
2.Spirtli içkilərin istehsalı və istehlakı qadağan edilir. (1919)

▪️1951-cı il - Heç kim iki dəfədən artıq prezident seçilə bilməz

@History_aze
👍10❤2🙏2✍1
Forwarded from PDF-lər
⚡️⚡️⚡️TƏHSİL XƏBƏR PORTALI✅


🔈 ❗️Azərbaycan üzrə elm, təhsil xəbərləri.
📝Təhsildən ən son yeniliklər.`
✍️ Qəbul, köçürmə, məsləhətlər.
✅ Təhsilə aid kitab, jurnal və s. haqqında məlumatlar.
❗️❗️❗️❗️ Maraqlı məlumatlar və bilgilər.
🧾 Müzakirələr, anket sorğular və suallar.
📚 İxtisaslar haqqında geniş məlumatlar.
📊 Statistik analizlər
💬Formalaşan keçid balları


📌 Kanalın linki⬇️⬇️

https://whatsapp.com/channel/0029Vb7XrH6Lo4hiHUdqZM3D
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from PDF-lər
PDF_GO_2_5444917709735227007.pdf
167.8 MB
📚 Tarix
✍️ Sınaq
🎓 II Qrup

@Pdf_ler_N1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏7👍2❤1