🕋💞İBADƏT 313💞🕋
5.3K subscribers
1.94K photos
576 videos
14 files
3.52K links
Heç bir şey əvvəlki vəziyyətə qayıtmır. Buna görə, bir şeyi sındırmazdan öncə yaxşı fikirləşək ..
Download Telegram
✍ Ayətullah Şeyx Həsən Eli Nəcabət (r.ə)

👉 Aləmdə olan bütün bərəkətlər, həmin namazdır ki, biz onun qiymətini bilib dəyərləndirmirik.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤9😍3👍2
✍ Ayətullah Pəhləvani

Şeytanın qarşısında vacibləri yerinə yetirərək günahları tərk edin. Mənəvi gücünüz artdığında məkruhları tərk etməyə və müstəhəbləri yerinə yetirməyə başlayın.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8
✍Ayətullah Fatiminiya:

Əgər hər şeydən əvvəl günah etməyi tərgitməsən, digər işlərin bihudədir.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤7
✨ #Namazda_on_xüsusiyyət ✨

✍️ Allah Rəsulu (s) buyurmuşdur:

Namaz dinin sütunudur və onda on xüsusiyyət vardır:

❶ Namaz qılan insanın üzünün zinəti və abırıdır.

❷ Qəlbin nuru və işıqlığıdır.

❸ Bədənin rahatlığına səbəbdir.

❹ Rəhmətin nazil olmasına səbəbdir.

❺ Göylərin çırağıdır. Namaz qılınan yer göylər üçün ulduz kimi parlayar.

❻ Əməllər tərəzisində əməlin ağır gəlməsinə səbəbdir.

❼ Rəbbin razılığına səbəbdir.

❽ Cənnətin qiymətidir.

❾ Qəbirdə insanın ünsiyyəti və yoldaşıdır.

❿ Cəhənnəm odundan qoruyan pərdə və maneədir.

Kim namazı bərpa edərsə, dini bərpa etmiş olar. Kim namazı tərk edərsə, dini məhv etmiş olar.

📚 Məvaizul-Ədədiyyə, səh. 224

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8🥰3
✍Ayətullah Cavadi Amuli:

Allah buyurur ki, əgər təqvalı olsanız, sizin üçün heç bir praktiki qaydanın təsdiq etmədiyi iki iş görərəm:
من یتق الله یجعل له مخرجا و یرزقه من حیث لایحتسب
Yəni, sizi çətinliklərdən çıxardar, ruzidən faydalandıraram.
Günah da belədir: günah edən şəxs güman etmədiyi yerdən ruzisindən məhrum olar və onun üçün sıxıntılar yaranar.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8🥰2
"Ayətullah Behcətdən sual etdilər:

Allahın əmrlərini, xüsusən də namazı xuşu və diqqət ilə yerinə yetirmək üçün nə etməliyik?

Cavab: Namazın əvvəlində, Həzrət Məhdiyə(ə.c) həqiqi təvəssül etmək və əməli kamil şəkildə yerinə yetirmək lazımdır."

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤9🕊2👍1
Forwarded from ALLAHA DOĞRU
❤3
✅ Mərhum Ustad Fatiminiya:

✍ Əzizlər, ananı incitmək olarmı?!

Seyyid Rəzi (r.ə.), Nəhcül-Bəlağə kitabının müəllifi, anasının vəfatından sonra belə demişdi:
"Bundan sonra bəlaları hansı əllə dəf edim?!"
Ananın əli dua üçün qalxanda, bəla sizdən uzaqlaşır.
Dəyərmi ki, xırda məsələlərə görə analarınızı incidəsiniz?!"

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6👍1😍1
Ayətullah Behcət (r.ə):

"Danışdığın hər sözə diqqət et!
Çünki ağzından çıxan hər bir söz və yerinə yetirdiyin hər bir əməl üçün diqqətli olmalısan. Unutma ki, qəbir evində və Qiyamət günündə bütün söz və əməllərinin cavabını Uca Yaradanın hüzurunda verməli olacaqsan."

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6🥰4
✅ Şeyx Əbdülkərim Hamid (Şeyx Rəcəbəli Xəyyatin şagirdlərindən):

✍ Seyid Kərim Pinədüz deyirler ona
hər həftə İmam Zaman (ə.c) ilə görüşmək şərəfinə nail olurdu. Ondan soruşdular: "Bu böyük məqama necə çatmısan?"

O cavab verdi: "Bir gecə yuxuda cəddim, Peyğəmbər (s) ilə görüşdüm. Ondan İmam Əsrlə (ə.c) görüşmək arzusunda olduğumu bildirdim.
Peyğəmbər (s.a.s) buyurdu:

'Səhər və axşam gündə iki dəfə övladım İmam Hüseyn (ə) üçün ağla!"'

Yuxudan oyandım və bu əməli bir il boyunca yerinə yetirdim. Nəhayət, İmam Zamanın (ə.c) hüzuruna nail oldum."

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8👍1🕊1
Məgər Biz iman gətirib yaxşı işlər görənləri (mükafatlandırma məqamında) yer üzündə fəsad törədənlərlə bir tutacağıq?! Yoxsa təqvalıları günahkarlarla bir tutacağıq?!

📖 "Sad" surəsi,ayə28.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8👍2🕊2
Qur'an xətmi

🌷 İmam Kazım (ə) buyurur:

Hər kim Quranı xətm edib savabını İmamına hədiyyə etsə, Qiyamət günü Onunla birlikdə olacaq".

📖 Kafi kitabı, cild 2, səhifə 617

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8👍1😍1
Hacı Ağa Qərhi:

Molla Feyz Kaşani yuxuda Şeyx Tusini görür. Ona müraciət edərək soruşur:
"Ağa! Orada nə xəbər var?"
Şeyx Tusi cavab verir:

"Bil ki, nə varsa, dünyadadır. Mən bu gün kədərlənir və peşman oluram ki, daha çox yaxşılıq edə bilərdim, amma etmədim."

"Əgər bilsəydiniz ki, burada sadəcə bir dəfə Peyğəmbər və onun Əhli-beytinə (s) salavat göndərməyin nə qədər dəyəri var, onda anlayardınız ki, niyə mübarək Ramazan ayında ilk dua budur:
اللّهُمَّ اَدْخِلْ عَلی اَهْلِ الْقُبُورِ السُّرُور

Əllahummə ədxil ələ əhlil quburis surur

Allahım! Qəbir əhlini sevindir!."

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤11👍1🕊1
İmam Səccad (ə):

Həzrət Xızrın (ə) Həzrəti Musaya (ə) sonuncu tövsiyəsi bu idi:
"Heç vaxt birini günahına görə məzəmmət etmə və qınama."

📚 Mənbə: "Xisal" kitabı, səh. 111

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤9👍2🕊2
Ayətullah Behcət (r.ə) :

Yuxuda ustadım Seyyid Əli Qazini gördüm və ona dedim:
- Dünyada etmədiyiniz hansı əməlin həsrətini çəkirsiniz?
Ağa buyurdu:
- Həsrətim budur ki, niyə dünyada gündə yalnız bir dəfə aşura ziyarətini oxuyurdum.
Ən qorxulu an insanın qəbrə qoyulduğu andır.
Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və ərz edir:
- Ağacan mən o andan (qəbrə qoyulduğu) çox qorxuram. Necə edim?
İmam Sadiq (ə) buyurdu:
- Aşura ziyarətini çox oxu!
Həmin şəxs ərz elədi ki, Agacan, aşura ziyarətini oxumaqla necə amanda qalacam?
İmam (ə) buyurdu:
- Məgər Aşura ziyarətinin sonunda oxumursan ki, "Allahummə ərzuqni şəfaətəl Huseyn (ə) yəuməl vurud?"
Yəni, İlahi qəbrə qoyulduğum gün mənə İmam Hüseynin (ə) şəfaətini ruzi elə.
Aşura ziyarətini oxuyun. İmam Huseyn (ə) həmin an sizin fəryadınıza çatacaq.

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤6👍2🕊2
Peyğəmbər(s) buyurub:

Ya Əli! Namaz vaxtı gəlib çatanda onun üçün hazırlaş, əks halda şeytan sənin başını qatacaq.

Əgər xeyir bir işi niyyətində tutsan, onun üçün tələs, əks halda şeytan səni bu işdən çəkindirəcəkdir.

📖Mirasul-hadis,c.2,səh.20,hədis.18

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8👍2🕊2
Ayətullah Behcət: “Sübh namazının qəza olmasını istəmirsənsə...”

Mərhum Kuleyni, Şeyx Tusi və Təbərisinin Zuhridən nəql etdikləri hədisin məzmununda bildirilir: "Uzun zaman idi ki, həzrət Mehdini görmək istəyirdim. Çox əməllər görsəm də buna nail ola bilmirdim. Nəhayət imamın xas naiblərindən biri olan Muhəmməd bin Osmanın yanına gedərək ondan məni imamın hüzuruna aparmasını xahiş etdim. İlk öncə qəbul etməsə də, sonra israrım nəticəsində buna razı oldu və sabah sübh vaxtı gəlməyimi bildirdi. Sübh vaxtı yanına gəldiyim zaman onun yanında gözəl və xoş ətirli birini gördüm. Muhəmməd bin Osman ondan suallarımı soruşmağımı istədi. Mən ondan lazım olan sualları soruşduqdan sonra cavan getməyə başladı. Muhəmməd bin Osman onu bir daha görməyəcəyimi dedi. Mən ondan yenidən sual soruşmaq istəsəm də, dinləmədi və buyurdu: "Şam namazını ulduzlar görünənə qədər təxirə salan lənətlənmişdir, lənətlənmiş. Həmçinin, sübh namazını da ulduzlar itənə qədər təxirə salan lənətlənmişdir, lənətlənmiş.” (Əl-Ğeybətil Tusi, kitabul ğeybə lil Höccəh, s 271)


Sübh namazının önəmi hamıya bəllidir. Lakin bütün bunlara baxmayaraq möminlər tərəfindən ən çox qəzaya verilən namaz da məhz bu namazdır. Bəs necə edək ki, bu namazı qəzaya verməyək? Cavabı zəmanəsinin misilsiz alim və arifi olan Ayətullah Behcətdən eşidək: "Sübh namazının qəzaya getməsini istəmirsənsə digər namazlarını zamanında qıl. Bu cür etsən Allah səni özü sübh namazına oyadacaqdır.”

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤9👍2🕊2
Ayətullah Dolabi (r.ə):

Namaz qılırsan, ibadət edirsən və Allahı çağırırsan ,de :
"İlahi, şükür"
Dörd-beş dəfə "İlahi, şükür" de ki, heç olmasa, şükrün şirinliyi dodaqlarına dəysin.
Yavaş-yavaş Allaha minnətdar olmağa başlayırsan.
Qəlb və ruhun təbiəti belədir.
Sən Allahdan razı olduqca, Allah da səndən razı olar.
Beləcə "Raziyə" və "Mərziyyə" (Allahdan razı və Allahın razı olduğu) olarsan.
Şükür edən və şükürə layiq bilinən bir bəndəyə çevrilərsən.

📚"Tuba-yi Məhəbbət", cild 3, səhifə 145-146

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8👍2🕊2
✍ Müstəhəbbi əməllərdə heç vaxt özünüzü məcbur etməyin.
Hansı işi ki, həvəslə və ruh yüksəkliyi ilə edə bilirsiniz, onu yerinə yetirin. Keyfiyyət önəmlidir, kəmiyyət yox.

Ayətullah Bəhəddini yalnız bir dəfə "Ya Məvlati, ya Fatimə, əğisni"
(Ya Fatimə, mənə kömək et!) deməklə dağları yerindən tərpədirdi.

Əsas olan ixlas (səmimiyyət), həqiqi mənəviyyat və keyfiyyətə diqqət yetirməkdir.

📖 Ustad Fatiminiya

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤8👍2🕊2
İmam Cavad (ə) buyurur:
✨ Üç şeylə insan Allahın razılığını qazanar:

Çox istiğfar etmək (Allahdan bağışlanma diləmək)

Mülayim və xoşxasiyyət olmaq

Çoxlu sədəqə vermək

❁ •❀❥🌺❥❀•❁

https://t.me/ibadet313
❤7🥰2