Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev #BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Raniya Əl-Məşat, Qvineya-Bisaunun dövlət idarəçiliyi, əmək və sosial təminat naziri Assuçeniya Nesbi Emilia Seyde Donate de Barros, Cibutinin əmək, formallaşdırma və sosial müdafiə naziri Yonis Ali Quedi, Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiyalar naziri Endryu Basaron, Uqandanın dövlət qulluğu üzrə dövlət naziri Lidiya Mutende Vaisva Vantanla, Dominikanın dövlət idarəçiliyi nazirinin müavini Elvis Munoz, Dövlət Agentliyin sədr müavini Ceyhun Salmanov isə Syerra-Leonenin dövlət idarəçiliyi və siyasi məsələlər nazirinin müavini Filip Tetema Tondoneh ilə görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev Zimbabvenin dövlət xidməti, əmək və sosial rifah naziri Edqar Moyo, Qabonun dövlət xidməti və potensialın artırılması naziri Lorens Manq Me Nzoq Eps Ndonq, Keniyanin Dövlət Xidməti, İnsan Kapitalının İnkişafı və Xüsusi Proqramlar Nazirliyinin katibi Cefri Kirinqa Ruku, Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları naziri Fəqir Mahbub Anam Svapan, Seyşel adalarının kabinet işləri üzrə dövlət katibi, dövlət qulluğu rəhbəri Marqaret Mumu, Çadın dövlət xidmətləri və sosial dialoq naziri Abdullaye Mbodu Mbami ilə görüşüb.
Bakıda keçirilmiş “#BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin əhəmiyyəti, əldə olunan nəticələr və dövlət idarəçiliyinin inkişafına verəcəyi töhfələr qonaqlar tərəfindən xüsusi vurğulanıb.
#UNGovSummitBaku
Bakıda keçirilmiş “#BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” beynəlxalq tədbirinin əhəmiyyəti, əldə olunan nəticələr və dövlət idarəçiliyinin inkişafına verəcəyi töhfələr qonaqlar tərəfindən xüsusi vurğulanıb.
#UNGovSummitBaku