İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
509 videos
406 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
🚀 V “TUSİ” inkubasiya proqramı Milli Aviasiya Akademiyasında 👨‍🏫

İnfosessiya zamanı tələbələrə ideyanı formalaşdırmaq, komanda qurmaq və startap ekosisteminə inteqrasiya olmaq yollarını ətraflı izah etdik. ✅

💡 Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin:
➡️ https://gub.icenter.az/home

✨ Nə qazanacaqsınız?
• Yeni bacarıqlar və praktiki təcrübə
• Bir-birindən maraqlı təlimlər və mentor dəstəyi
• Startap ideyanı reallığa çevirmək imkanı
• Şəbəkələşmə imkanları

Gələcəyinizi öz əllərinizlə qurmaq istəyirsinizsə, bizə qoşulun!

#Gələcəküçünbacarıqlar #Startap #İnkubasiya
❤1
ASAN AI Hub innovatorları və texnoloji komandaları yeni çağırışda iştirak etməyə dəvət edir.

Bu çağırış çərçivəsində həll təklif edən tərəflər “ABAD”da həyata keçirilən brendinq proseslərini dəstəkləyən mərkəzləşdirilmiş rəqəmsal platformanın hazırlanmasına dəvət olunurlar. Təklif edilən platforma bazar araşdırmalarının idarə olunmasını, məhsul kateqoriyasına uyğun vizual və etiket dizaynlarının hazırlanmasını, eləcə də etiket üzərində təqdim olunan məlumatların qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını vahid sistemdə birləşdirməlidir. Platforma bütün mərhələlərin ardıcıl və koordinasiyalı şəkildə idarə edilməsini təmin etməli, manual iş yükünü azaltmalı və insan resurslarından daha səmərəli istifadəni təşviq etməlidir.
Məqsəd brendinq prosesinin ümumi effektivliyini artıran inteqrasiya olunmuş, çevik və dəqiq həllin təqdim edilməsidir.

Ən yaxşı həll müəllifi 3000 AZN məbləğində mükafatla təltif olunacaq.

Daha ətraflı: https://asanhub.ai/.../45626c7c-b2e8-477a-7e0f-08de705c6dd1
Media is too big
VIEW IN TELEGRAM
“Gələcək üçün bacarıqlar” layihəsinin ASAN TV ilə əməkdaşlığı çərçivəsində növbəti startapımızı təqdim edirik!
🎬 Tanış olun: “Diyar” startapı – coğrafiya fənninin öyrənilməsini oyunlaşdıran interaktiv xəritə platforması Bakı Ali Neft Məktəbinin komandası tərəfindən hazırlanmışdır. Platforma şagirdlərin coğrafiya biliklərini artırmaq üçün öyrənmə prosesini oyun formatında təqdim edir və dərsi daha maraqlı və effektiv edir.
💡 Necə işləyir?
- Xəritə əsaslı interaktiv oyunlar vasitəsilə öyrənmə imkanı yaradır
- Şagirdləri passiv dinləyicidən aktiv kəşfiyyatçıya çevirir
- Müəllimlərə şagirdlərin bilik səviyyəsini real vaxtda izləmək və analiz etmək imkanı verir
📈 Layihəni dəstəkləmək və investisiya imkanlarını dəyərləndirmək üçün platformada 🔹 https://gub.icenter.az/startups 🔹 “İnvestisiya et” bölməsindən müraciət edə bilərsiniz.
Yeni #investorlarımızla tanış olmaqdan məmnuniyyət duyacağıq. Sizi gözləyirik! 🤩
“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramına qeydiyyat davam edir.

Proqramın əsas məqsədi innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqi və tələbələrin startap ekosisteminə inteqrasiyasının təmin edilməsidir.

V “TUSİ” inkubasiya proqramı 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramı əsasında həyata keçirilir.

Proqramda iştirak etmək istəyən şəxslər https://gub.icenter.az/home linkinə daxil olaraq müraciət formasını doldura bilərlər. Qeydiyyat üçün son tarix 12 aprel 2026-cı ildir.
İnnovativ ideyaya sahib olan və onu real layihəyə çevirmək istəyən bütün tələbələr proqramda iştirak etməyə dəvət olunur.
🚀 V “TUSİ” inkubasiya proqramı Bakı Dövlət Universitetində 👨‍🏫

Keçirilən infosessiya zamanı tələbələrə startap ideyasının inkişaf mərhələləri, güclü komandanın qurulması və innovasiya ekosistemində iştirak imkanları haqqında məlumat verildi. ✅

💡 Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin:
➡️ https://gub.icenter.az/home

✨ Proqram sizə nə qazandıracaq?
• Yeni bilik və praktiki bacarıqlar əldə etmək imkanı
• Təlimlər və mentor dəstəyi
• Startap ideyanı inkişaf etdirmək və həyata keçirmək şansı
• Şəbəkələşmə və yeni əməkdaşlıqlar qurmaq imkanı

Gələcəyin innovativ ideyalarını reallaşdırmaq istəyirsinizsə, siz də proqramımıza qoşulun! 🚀

#Gələcəküçünbacarıqlar #Startap #İnkubasiya
İşğaldan azad edilmiş ərazilərdə süni intellekt mövzusunda seminar keçirilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə martın 5-də Ağdam rayonunda qadınların iştirakı ilə “Süni intellekt savadlılığı” proqramı çərçivəsində interaktiv seminar keçirilib.

Ətraflı: https://icenter.az/news/5269