İnnovasiyalar Mərkəzi
✔
285 subscribers
3.54K photos
509 videos
410 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
🚀 V “TUSİ” inkubasiya proqramı Dövlət Gömrük Komitəsinin Akademiyasında 👨‍🏫

Keçirilən infosessiyada tələbələrə inkubasiya proqramının təqdimatı edilib, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqram çərçivəsində təqdim olunan imkanlar barədə məlumat verilib. Görüş zamanı iştirakçıların sualları da cavablandırılıb. ✅

💡 Siz də inkubasiya proqramına qoşulmaq üçün elə indi qeydiyyatdan keçin:
➡️ https://gub.icenter.az/home

✨ Proqram çərçivəsində iştirakçılar:
* Startap ideyasını inkişaf etdirmək üçün praktiki biliklər əldə edəcək
* Sahə üzrə mütəxəssislərin təlim və mentor dəstəyindən yararlanacaq
* Layihələrini məhsul və ya xidmətə çevirmək istiqamətində istiqamət alacaq
* Startap ekosistemində yeni əlaqələr və əməkdaşlıq imkanları qazanacaqlar

İnnovativ ideyalarınızı reallaşdırmaq və startap dünyasına ilk addımı atmaq istəyirsinizsə, siz də proqramımıza qoşulun! 🚀

#Gələcəküçünbacarıqlar #Startap #İnkubasiya
ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni İntellekt Savadlılığı” proqramı ADA Universitetində təşkil olunub. 👨‍💻

Proqram çərçivəsində keçirilən vörkşop zamanı tələbələr süni intellekt sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. İştirakçılar komanda şəklində çalışaraq müxtəlif süni intellekt alətlərindən istifadə etməklə öz ideyalarının prototiplərini hazırlayıblar. 💻

Vörkşopun sonunda komandalar hazırladıqları layihələri təqdim edib, münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin qalibləri müəyyənləşdirilib və onlara mükafatlar təqdim olunub. 🏆

#AİİM
#SüniİntellektSavadlılığı