İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
508 videos
406 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
ASAN İnnovativ İnkişaf Mərkəzinin “Süni İntellekt Savadlılığı” proqramı ADA Universitetində təşkil olunub. 👨‍💻

Proqram çərçivəsində keçirilən vörkşop zamanı tələbələr süni intellekt sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə ediblər. İştirakçılar komanda şəklində çalışaraq müxtəlif süni intellekt alətlərindən istifadə etməklə öz ideyalarının prototiplərini hazırlayıblar. 💻

Vörkşopun sonunda komandalar hazırladıqları layihələri təqdim edib, münsiflər heyətinin qiymətləndirməsinə əsasən ilk üç yerin qalibləri müəyyənləşdirilib və onlara mükafatlar təqdim olunub. 🏆

#AİİM
#SüniİntellektSavadlılığı
🚀 V “TUSİ” İnkubasiya Proqramının infosessiyaları davam edir 👨‍🏫

Proqram çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Ali Neft Məktəbində görüşlər təşkil olunub.

Tələbələrə inkubasiya proqramının məqsədi, startap ideyasının formalaşdırılması, komanda quruculuğu və proqramın təqdim etdiyi imkanlar barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Keçirilən infosessiyalarda ümumilikdə 400-dən çox tələbə iştirak edərək startap ekosistemi və innovativ ideyaların inkişafı haqqında məlumat əldə edib.

💡 Siz də inkubasiya proqramına qoşulmaq üçün qeydiyyatdan keçə bilərsiniz:
➡️ https://gub.icenter.az/home

#Gələcəküçünbacarıqlar #Startap #İnkubasiya
❤1
Media is too big
VIEW IN TELEGRAM
“İnnovasiyalar Mərkəzi”, “Bilişim Vadisi” və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, "Expressbank"ın sponsorluğu ilə həyata keçirilən “RoboCode III” robotik kodlama düşərgəsinə start verilib
#Qvineya Respublikasının inzibati modernləşdirmə və dövlət xidməti naziri Faya Fransua Burunonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.