İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
508 videos
406 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
"İnnovasiyalar Mərkəzi" ilə Gürcüstanın İnnovasiya və Texnologiyalar Agentliyi arasında görüş keçirilib
“RobotChallenge 2026” beynəlxalq çempionatına qeydiyyatdan keçin. 🤖🚀

“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçirilən yarışma gənclərə texniki biliklərin, mühəndislik düşüncələrinin və komanda işinin real rəqabət mühitində nümayiş etdirmək imkanı yaradır.

Komandalar robotlarını sıfırdan dizayn edir və proqramlaşdırır. Burada ideya deyil, real nəticə qiymətləndirilir.

Layihə Gənclər və İdman Nazirliyi və Azercell-in əsas tərəfdaşlığı ilə reallaşır.

📅 13-14 iyun
📍 Bakı Kristal Zalı
🔗 Qeydiyyat: www.robotchallenge.az
📌 Son müraciət tarixi: 17.05.2026

🏆 Qaliblər Çində keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək.
"ASAN AI Hub" ilk çağırışlar üzə qalibləri müəyyən edib

"ASAN xidmət"in "ASAN AI Hub" platforması tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb.

Çağırışlar çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər müəyyən ediliblər.

"Aqrar Ticarət Platforması üçün süni intellekt əsaslı ‘İndi al, sonra ödə’ (BNPL) risk qiymətləndirmə və məhsul uyğunlaşdırma sistemi" mövzusu üzrə çağırışın qalibləri Sənan Cəfərov və Xəyal Əhmədov, “YONCA: Süni intellekt əsaslı gündəlik təsərrüfat planlayıcısı – datasız işləyən prototip” çağırışı üzrə isə Zümrüd İsmayılova və Asiman İsmayılova seçiliblər.

Qalib komandalar 1000 AZN məbləğində mükafat ilə təltif olunublar.

İlk çağırışlar "Digital Umbrella" ilə əməkdaşlıq çərçivəsində elan edilib.

Ətraflı məlumat üçün: https://asanhub.ai/
Media is too big
VIEW IN TELEGRAM
ASAN AI Hub və Digital Umbrella arasında əməkdaşlıq çərçivəsində elan edilmiş ilk çağırışların qalibləri müəyyən edilib
“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” İnkubasiya proqramına qeydiyyat yekunlaşdı

Proqrama 550-dən çox müraciət daxil oldu. Seçim prosesini uğurla keçən iştirakçılarla növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Qeyd edək ki, V “TUSİ” inkubasiya proqramı 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramı əsasında həyata keçirilir. Təlimlər praktiki yanaşma üzərində qurulub və iştirakçıların real startap ideyaları üzərində işləməsinə, innovasiya ekosisteminə daha effektiv inteqrasiya olunmasına şərait yaradır.
Media is too big
VIEW IN TELEGRAM
“ASAN AI Hub" ilk çağırışlar üzrə qalibləri müəyyən edib

"ASAN xidmət"in açıq innovasiya platforması olan "ASAN AI Hub" platforması tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb.

Platformanın ilk çağırışları çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər "Digital Umbrella" tərəfindən müəyyən edilib.