“ASAN Könüllüləri” Təşkilatı tərəfindən yaradılan “Gənc İnnovatorlar” proqramının təqdimat mərasimi keçirilib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
21 aprel Dünya Yaradıcılıq və İnnovasiya Günüdür.
Yaradıcı düşüncəni innovasiyaya çevirənlərlə birlikdə Azərbaycanın innovasiya ekosisteminə töhfə verməyə davam edirik.💡

❤2
“ASAN xidmət” süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən əməkdaşların rəqəmsal bacarıqlarının inkişafı istiqamətində süni intellekt üzrə icbari təlimlərə start verilib.
ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təşkil olunan təlimlər bu günədək Bakı, Şuşa, Salyan şəhərlərində həyata keçirilib və mərhələli şəkildə digər regionlarda da davam etdirilir.
Əsas məqsəd əməkdaşların süni intellekt alətlərindən gündəlik və işgüzar fəaliyyətlərində səmərəli istifadəsini təmin etmək, iş proseslərini optimallaşdırmaq, qərarvermə sürətini və keyfiyyətini artırmaq, eləcə də rəqəmsal transformasiya proseslərinə uyğun bacarıqlar formalaşdırmaqdır.

Bu gün İKT-də Qızlar Günü qeyd olunur. 💜
Texnologiya sahəsində işçi qüvvəsinin ≈25–30%-ni qadınlar təşkil edir. Lakin bu göstəricinin artması üçün böyük potensial mövcuddur.
İKT sahəsində qızların iştirakının təşviqi və onların inkişafına dəstək göstərilməsi gələcəyin formalaşmasında mühüm rol oynayır.
👉 Daha çox qızın bu sahəyə maraq göstərməsi üçün paylaşaraq dəstək ola bilərsiniz.
Mənbə: UNESCO (uis.unesco.org, unesco.org)

ADA Universitetində keçirilən 14-cü Karyera Sərgisində iştirak etdik.
Sərgi çərçivəsində tələbələrə “İnnovasiyalar Mərkəzi” haqqında məlumat verdik. Həmçinin, mərkəzdə mövcud karyera imkanları, iş mühiti, əməkdaşlar üçün yaradılan şərait və peşəkar inkişaf imkanları barədə məlumatlandırdıq.
Eyni zamanda gənclərlə interaktiv fikir mübadiləsi aparılıb, onların maraq və gözləntiləri dinlənilib, gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.