İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
508 videos
406 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Bu gün İKT-də Qızlar Günü qeyd olunur. 💜

Texnologiya sahəsində işçi qüvvəsinin ≈25–30%-ni qadınlar təşkil edir. Lakin bu göstəricinin artması üçün böyük potensial mövcuddur.

İKT sahəsində qızların iştirakının təşviqi və onların inkişafına dəstək göstərilməsi gələcəyin formalaşmasında mühüm rol oynayır.

👉 Daha çox qızın bu sahəyə maraq göstərməsi üçün paylaşaraq dəstək ola bilərsiniz.

Mənbə: UNESCO (uis.unesco.org, unesco.org)
ADA Universitetində keçirilən 14-cü Karyera Sərgisində iştirak etdik.

Sərgi çərçivəsində tələbələrə “İnnovasiyalar Mərkəzi” haqqında məlumat verdik. Həmçinin, mərkəzdə mövcud karyera imkanları, iş mühiti, əməkdaşlar üçün yaradılan şərait və peşəkar inkişaf imkanları barədə məlumatlandırdıq.

Eyni zamanda gənclərlə interaktiv fikir mübadiləsi aparılıb, onların maraq və gözləntiləri dinlənilib, gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
230 gəncin iştirakı ilə V “TUSİ” inkubasiya proqramına start verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində V “TUSİ” inkubasiya proqramına start verilib.

Proqramın ilk günü iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Açılış tədbirində 230-a yaxın gəncin iştirakı qeydə alınıb.

Proqram çərçivəsində ilk təlim “Fikrin inkişaf etdirilməsi və təsdiqlənməsi” mövzusunda təşkil olunub. Təlim zamanı iştirakçılara ideyaların formalaşdırılması, inkişaf potensialının qiymətləndirilməsi, düzgün istiqamətin müəyyənləşdirilməsi və ilkin mərhələdə yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib.
Media is too big
VIEW IN TELEGRAM
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümüdür. Hörmətlə anırıq!
15 fərqli AI+ təlim proqramına 15% endirim!

ASAN AI Hub və Leadership Force Academy əməkdaşlığı çərçivəsində, AI CERTs proqramlarını əhatə edən xüsusi təklif təqdim olunur.

Bu AI+ təlim proqramları süni intellekt sahəsində biliklərinizi gücləndirmək və karyeranızı növbəti mərhələyə daşımaq üçün hazırlanıb.

15% endirimdən yararlanmaq üçün asanhub.ai platforması üzərindən qeydiyyatdan keçə bilərsiniz.

Kampaniya yalnız platforma istifadəçiləri üçün keçərlidir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Aprel ayı ərzində olan fəaliyyətimizi barədə statistik rəqəmləri təqdim edirik. 📊

#icenter #hesabat #statistika
“ASAN kommunal” - 10 il

“ASAN kommunal” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanına əsasən yaradılıb.

Fərmanda əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovativ yanaşmalar əsasında həyata keçirilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin olunması əsas məqsəd kimi müəyyən edilib.

Hazırda Bakı şəhərində 3 “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Həmçinin kommunal xidmətlər ölkəmizin müxtəlif regionlarında yerləşən “ASAN xidmət” mərkəzlərində də təqdim olunur. Mərkəzlərdə elektrik enerjisi, təbii qaz, su və digər kommunal istiqamətlər üzrə xidmətlər vahid məkanda həyata keçirilir.

Ötən 10 il ərzində “ASAN kommunal” mərkəzlərində 60-a yaxın xidmət göstərilib və ümumilikdə 4 milyon 425 mindən çox müraciət daxil olub.
❤2