İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
508 videos
405 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
“Bilim Quba” mərkəzi - 1 il

14 may 2026-cı il tarixində “Bilim Quba” mərkəzinin fəaliyyətə başlamasının 1 ili tamam olur.

Mərkəz “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi çərçivəsində fəaliyyət göstərir.

Quba “ASAN Həyat” kompleksində yerləşən mərkəzdə təbiət elmləri laboratoriyası, riyaziyyat laboratoriyası, astronomiya, kosmos və aviasiya laboratoriyası və dizayn laboratoriyası fəaliyyət göstərir. Hər bir laboratoriyada eyni vaxtda 20 nəfər olmaqla, ümumilikdə 80 şagird təlimlərdə iştirak edə bilər.

Ötən müddət ərzində mərkəzdə təşkil olunan müxtəlif istiqamətli tədbirlərdə fərdi olaraq 3000-ə yaxın uşaq, məktəblərdən isə 2000-dən çox şagird iştirak edib. 20-dən çox fərqli layihəyə isə 6000-ə yaxın şagird və valideyn qoşulub.

Ümumilikdə “Bilim Quba” mərkəzinin fəaliyyətlərindən yararlanan şagird sayı 11 300 nəfərdən çoxdur.
👍1
Media is too big
VIEW IN TELEGRAM
“Bilim Quba” mərkəzinin fəaliyyətə başlamasının 1 ili tamam olur
Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlar Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (#BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (#WUF13) iştirak məqsədilə ölkəmizə səfər ediblər.