İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
508 videos
405 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlar Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (#BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (#WUF13) iştirak məqsədilə ölkəmizə səfər ediblər.
“ASAN xidmət” “Süni intellekt günü” konfransına tərəfdaşlıq edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilati tərəfdaşlığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Süni İntellekt (Sİ) Günü –“Day of AI” konfransı keçirilib.

Tədbirdə dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri, məktəb rəhbərləri və müəllimlər, innovasiya mərkəzlərinin və texnologiya sahəsininin yerli və beynəlxalq ekspertləri bu istiqamətdə süni intellektin rolunu və gələcəyini müzakirə ediblər.

“İnnovasiyalar Mərkəzi”nin direktorunun müşaviri və “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova “Real nəticələrə nail olmaq: Süni intellekt strategiyasının praktik tətbiqi” mövzusunda panel müzakirəsində çıxış edib.

ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev “Süni intellekt savadlılığı 101: Hər bir müəllim üçün zəruri kompetensiyalar” mövzusunda təlim keçib.