İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
508 videos
405 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
“ASAN xidmət” “Süni intellekt günü” konfransına tərəfdaşlıq edib
Efiopiyanın paytaxtı Əddis-Əbəbənin meri Adaneç Abebinin rəhbərlik etdiyi 18 şəhərin merləri və onların müavinlərindən ibarət nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlar Birləşmiş Millətlər Təşkilatının (#BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (#WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdədirlər.

Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Hazırda Efiopiyada “ASAN xidmət” təcrübəsi əsasında 36 xidmət mərkəzi fəaliyyət göstərir. Cari ilin sonuna qədər 100-dən çox xidmət mərkəzinin açılışı planlaşdırılır.
Tacikistan Respublikasının Prezidenti yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyinin direktor müavini “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.