İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
507 videos
405 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
“ASAN Viza”- 10 il

1 iyun 2026-cı il tarixində “ASAN Viza” sisteminin yaradılmasından 10 il ötür.

“ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli müvafiq Fərmanına əsasən yaradılıb və sistemin idarəedilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Ötən 10 il ərzində “ASAN Viza” Azərbaycanın viza prosedurlarını dünyanın müxtəlif ölkələrindən olan milyonlarla istifadəçi üçün daha əlçatan, sürətli və müasir formada təqdim edib. Bu günədək sistem vasitəsilə 5 milyondan çox elektron viza verilib.

“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə, həmçinin Azərbaycan Respublikasında yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.
🌈✨ Böyük xəyallar kiçik addımlarla başlayır!

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik. 💙

Qoy onların marağı kəşflərə, xəyalları innovasiyalara, arzuları isə uğurlu gələcəyə çevrilsin. 👧👦

#1İyun #İnnovasiya #UşaqlarınGünü
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki "ASAN xidmət" mərkəzində uşaqlar üçün "Kiçik sahibkarlar, böyük hədəflər" layihəsi həyata keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi, Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsi və PAŞA Bank-ın birgə təşkilatçılığı ilə baş tutub.

PAŞA Bank layihənin baş sponsoru qismində çıxış edərək, 8–15 yaş aralığında olan 50-yə yaxın uşağın bilik və bacarıqlarının inkişafına dəstək göstərib. Təşəbbüsün əsas məqsədi uşaqlarda sahibkarlıq düşüncəsinin formalaşdırılması, yaradıcı yanaşmanın təşviqi və gələcək bacarıqların inkişafına töhfə vermək olub.