İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.52K photos
507 videos
405 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Özbəkistanın dövlət qulluqçuları üçün Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı təqdimat edilib. İştirakçılar Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasında təhsil alırlar.
👍1
Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
🚀 Böyük ideyalar doğru dəstəklə uğura çevrilir.

gub.icenter.az platformasında yer alan innovativ startaplarla tanış olun, onların inkişafını izləyin və uğur hekayələrinin bir parçası olun.

💡 İnkişaf mərhələsində olan startapları kəşf etmək və investor kimi qoşulmaq üçün bizə müraciət edin.
Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿
❤2
Media is too big
VIEW IN TELEGRAM
💡 İnnovasiya mədəniyyəti nədir?

İnnovasiya mədəniyyəti yeni ideyalara açıq olmaq, yaradıcılığı təşviq etmək və davamlı inkişafı həyat tərzinə çevirməkdir.

❓ Sizcə, innovasiya mədəniyyətinin əsas təməli nədir?
"ASAN xidmət"in "INNOLAND" mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi "AWS Activate" Provider" ("AWS Activate" startap dəstək proqramının rəsmi tərəfdaşı) statusu əldə edib. Bu naliyyət dünyanın aparıcı bulud texnologiyaları şirkəti olan "Amazon" ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

"INNOLAND"in bu cür beynəlxalq statusu əldə etməsi Azərbaycanın startap ekosisteminin beynəlxalq innovasiya məkanına inteqrasiyasına, yerli innovasiya təşəbbüslərinin qlobal bazarlara çıxışının genişlənməsinə töhfə verir.

Belə ki, "INNOLAND"in rezident startapları qlobal səviyyəli texnologiya resurslarında inkişaf proseslərini daha sürətli, səmərəli şəkildə həyata keçirəcəklər.
“İnnovasiyalar Mərkəzi” ilə Xəzər Universiteti arasında görüş keçirilib.

“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovla Xəzər Universitetinin rektoru Razia İsaeva arasında keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüş zamanı mərkəzin fəaliyyət istiqamətləri, texnologiya və innovasiya sahəsində həyata keçirilən təşəbbüslər, eləcə də ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verən layihələr barədə məlumat verib.

Tərəflər innovasiya, süni intellekt, startap ekosistemi, təhsil və insan kapitalının inkişafı istiqamətlərində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin birgə tədbir və layihələrin təşkili, tədqiqat fəaliyyətinin təşviqi, tələbə və mütəxəssislər üçün innovasiya yönümlü proqramların həyata keçirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.
❤1
Çad Respublikasının iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
❤2