İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.51K photos
507 videos
404 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
“Aerokosmik Modelçilik Festivalı 2026”nın mükafatlandırma mərasimi keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Aerokosmik Modelçilik Festivalı 2026”nın mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Milli Məclisin deputatı Sadiq Qurbanov, Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanov, eləcə də digər dövlət qurumlarının və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.

Ətraflı: https://www.facebook.com/share/p/1DS4rUzPHD/
Media is too big
VIEW IN TELEGRAM
“Aerokosmik Modelçilik Festivalı 2026”nın mükafatlandırma mərasimi keçirilib
“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

Ölkəmizin açıq innovasiya platforması olan “ASAN AI Hub” və “ASAN müraciət” informasiya sistemi arasında əməkdaşlıq çərçivəsində elan edilmiş süni intellekt həlli üzrə çağırışın qalibi müəyyən edilib.

Ətraflı: https://www.facebook.com/share/p/1CtQwk752B/
Media is too big
VIEW IN TELEGRAM
“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib
🚀 Azərbaycan startapları üçün beynəlxalq imkan!

ASAN AI Hub, "İnnovasiyalar Mərkəzi", "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Astana Hub ilə əməkdaşlıq çərçivəsində Azərbaycan startaplarını Central Eurasia Market Entry (CEME) beynəlxalq akselerasiya proqramına dəvət edir.

Seçiləcək 2 startap üçün imkanlar:
✅ 12 həftəlik beynəlxalq akselerasiya proqramında iştirak
✅ Qazaxıstan bazarına çıxış və "soft landing" dəstəyi
✅ Almaty Hub-da pulsuz iş məkanı və yaşayış (2 komanda üzvü üçün)
✅ B2B görüşlər, pilot layihələr və ekspert mentorluğu
✅ Beynəlxalq Demo Day-də investorlara pitçinq imkanı
✅ 10 000 ABŞ dollarınadək AWS Activate kreditləri

📅 Müraciətlərin son tarixi: 9 avqust.

🔗 Qeydiyyat üçün:https://docs.google.com/forms/d/e/1FAIpQLSeSi2VFIzBalPsnFEvt5a5Cdsq6nZDkWs9SP8nKnt-M0Tl-eA/viewform?usp=header
Media is too big
VIEW IN TELEGRAM
İyul ayı ərzində olan fəaliyyətimizi barədə statistik rəqəmləri təqdim edirik. 📊
#icenter #hesabat #statistika
❤1
💡Hər uğurlu startap bir ideya ilə başlayır. Biz isə həmin ideyanın inkişaf etdiyi ekosistemi formalaşdırırıq.

«İnnovasiyalar Mərkəzi» innovativ ideyaların inkişafını dəstəkləyərək startapların uğur yolunda etibarlı tərəfdaşa çevrilir. İnkubasiya proqramları, peşəkar mentorluq, praktiki təlimlər və təqdimat imkanları vasitəsilə layihələrin inkişafına, güclənməsinə və bazara çıxmasına dəstək göstəririk.

🚀Böyük ideyaları uğurlu startaplara çevirən ekosistemin bir hissəsi olmaq üçün bizimlə əlaqə saxlayın:

📧info@icenter.az | 📞+994 12 444 74 33
Süni intellekt ekosistemini birlikdə inkişaf etdiririk.

“İnnovasiyalar Mərkəzi” süni intellekt ekosisteminin inkişafı üçün təlimlər təşkil edir, strateji tərəfdaşlıqlar qurur və startapların inkişafını dəstəkləyir.

Siz də süni intellekt ekosisteminin bir parçası olun, gələcəyin həllərini birlikdə yaradaq. 🚀

Bizimlə əlaqə:
📧info@icenter.az | 📞+994 12 444 74 33