İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.51K photos
507 videos
404 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
800 milyon insan, 40-dan çox ölkə: “ASAN xidmət”in qlobal miqyası AIDA-nın konfransında

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (#AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda iştirak edib.

Ətraflı: https://www.facebook.com/share/p/1DDrQmxkk7/?mibextid=wwXIfr
👍1
Ödənişləriniz bir ünvanda, daha rahat və təhlükəsiz: asanpay.az 📲

Cərimə məlumatlarından texniki baxış talonuna, protokol məlumatlarından digər ödənişlərə qədər bir çox xidmətə ASAN Pay üzərindən asanlıqla çıxış edə bilərsiniz.

Lazım olan məlumatı tapın, ödənişinizi edin və vaxtınıza qənaət edin.

📱 "ASAN ödəniş" tətbiqini App Store-dan və ya Google Play-dən yükləyin.

#ASANPay #ASANödəniş #İnnovasiya #icenter #RəqəmsalXidmətlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
Burada ASAN Süni İntellekt Mərkəzi (#ASANAIHub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, INNOLAND Incubation & Acceleration Center, həmçinin ASAN Xidmətin “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verdi.

Ətraflı: https://president.az/az/articles/view/73495
❤1
Media is too big
VIEW IN TELEGRAM
Prezidentin sosial media hesablarında “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışı ilə bağlı paylaşım edilib
🔥1
Bilik innovasiyanın açarıdır. 🔑

📚 15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagird, tələbə və müəllimlərə uğurlu və məhsuldar tədris ili arzulayırıq!
Bizim ekosistemdə bacarıqlar Bilim Azərbaycan-da formalaşır.

''Bilim Bakı" və "Bilim Quba" mərkəzlərində uşaqların elm, texnologiya və innovasiya sahələrinə marağının artırılması, yeni bilik və bacarıqlar qazanması üçün müxtəlif imkanlar yaradılır. ✨

🧠 Təlimlər, praktiki məşğələlər və layihələr vasitəsilə uşaqlar öz potensiallarını kəşf edir, yeni bacarıqlar qazanır və gələcəyin çağırışlarına hazırlanırlar.

Bilikdən bacarığa, bacarıqdan gələcəyə. ✨
Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü🇦🇿
❤2
Media is too big
VIEW IN TELEGRAM
“Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” İnkubasiya Proqramı çərçivəsində görüşlərimiz davam edir.

Gənclərlə bir araya gəldik, ideyalar ətrafında fikir mübadiləsi apardıq və onları inkişaf etdirmək üçün yeni addımları birlikdə müzakirə etdik. 🚀
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev ilə #Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyo arasında görüş keçirilib.

Görüş zamanı Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış ASAN Xidmət mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.

Görüşdə həmçinin Dövlət Agentliyi ilə Kolumbiyanın aidiyyəti dövlət qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində imzalanmış Anlaşma Memorandumunun implementasiyası üzrə görülən işlər və planlaşdırılan layihələr müzakirə olunub.

Səfər çərçivəsində qonaq INNOLAND Incubation & Acceleration Center, Səyyar ASAN xidmətin və Bilim Azərbaycan mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Azərbaycan startapları "CEME" beynəlxalq akselerasiya proqramına qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşlığı çərçivəsində Azərbaycan startapları Qazaxıstan bazarına daxil olmağa yönəlmiş beynəlxalq “Central Eurasia Market Entry” (CEME) akselerasiya proqramına qəbul olunub.

Astana Hub tərəfindən Almatı Akimatının dəstəyi ilə həyata keçirilən “CEME” proqramının fiziki mərhələsi artıq başlayıb. 12 həftəlik proqram çərçivəsində iştirakçı startaplar Qazaxıstan bazarının xüsusiyyətlərini öyrənəcək, potensial müştəri və tərəfdaşlarla əlaqələr quracaq, məhsullarını yerli tələblərə uyğunlaşdıracaq və pilot layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
❤1