İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.51K photos
507 videos
404 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev ilə #Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyo arasında görüş keçirilib.

Görüş zamanı Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış ASAN Xidmət mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə məlumat verib.

Görüşdə həmçinin Dövlət Agentliyi ilə Kolumbiyanın aidiyyəti dövlət qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində imzalanmış Anlaşma Memorandumunun implementasiyası üzrə görülən işlər və planlaşdırılan layihələr müzakirə olunub.

Səfər çərçivəsində qonaq INNOLAND Incubation & Acceleration Center, Səyyar ASAN xidmətin və Bilim Azərbaycan mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Azərbaycan startapları "CEME" beynəlxalq akselerasiya proqramına qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşlığı çərçivəsində Azərbaycan startapları Qazaxıstan bazarına daxil olmağa yönəlmiş beynəlxalq “Central Eurasia Market Entry” (CEME) akselerasiya proqramına qəbul olunub.

Astana Hub tərəfindən Almatı Akimatının dəstəyi ilə həyata keçirilən “CEME” proqramının fiziki mərhələsi artıq başlayıb. 12 həftəlik proqram çərçivəsində iştirakçı startaplar Qazaxıstan bazarının xüsusiyyətlərini öyrənəcək, potensial müştəri və tərəfdaşlarla əlaqələr quracaq, məhsullarını yerli tələblərə uyğunlaşdıracaq və pilot layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
❤1
ASAN Xidmətin Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində Kamboca Krallığının Poçt və Telekommunikasiya Nazirliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib.

Məqsəd “ASAN xidmət” təcrübəsi ilə yerində tanış olmaq və müvafiq təcrübənin Kambocada tətbiqi üzrə konkret fəaliyyətlərin müəyyən edilməsi olub.

Nümayəndə heyəti müxtəlif “ASAN xidmət” mərkəzləri, ASAN Süni İntellekt Mərkəzi (#ASANAIHub) ilə tanış olub. Həmçinin onlar üçün Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən təlimlər keçirilib, təqdimatlar edilib.

Qonaqlar INNOLAND Incubation & Acceleration Center, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN Radionun fəaliyyəti ilə də yaxından tanış olublar.
🏠 İnnovasiya yalnız yenilik yaratmaq deyil.

İnnovativ yanaşma mövcud xidmətlərin daha rahat, əlçatan və səmərəli təşkilinə də imkan yaradır. Su, qaz, işıq və digər kommunal xidmətlərlə bağlı müraciətlərin vahid məkanda həyata keçirilməsi bu
yanaşmanın nümunələrindən biridir.

Bu istiqamətdə fəaliyyətimizlə vətəndaşların kommunal xidmətlərdən daha rahat yararlanmasına töhfə veririk.