İnnovasiyalar Mərkəzi
✔
287 subscribers
3.51K photos
507 videos
404 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
🚀 V “TUSİ” inkubasiya proqramının təlimlərinə start verildi.

Proqram çərçivəsində ilk təlim “İnvestor təqdimatlarına hazırlıq” mövzusuna həsr olunub. Təlimi Azərbaycanda ilk oyun inkubatoru və oyun tərtibatı mərkəzi olan “Gamepons” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vüsal Kərimli keçirib.

İştirakçılar investor qarşısında təqdimata hazırlıq, layihənin effektiv təqdim edilməsi və investorlarla düzgün ünsiyyət qurulması ilə bağlı praktiki bilik və dəyərli tövsiyələr əldə ediblər.

Növbəti təlimlərdə onları yeni mövzular, praktiki biliklər və yeni imkanlar gözləyir. 💡
Lazım olan məlumatları ayrı-ayrı platformalarda axtarmağa ehtiyac yoxdur.

📌 Cərimə məlumatları və foto/video görüntüləri
📌 Cərimə tarixçəsi
📌 Cərimə balı məlumatları
📌 Texniki baxış məlumatları
📌 Elektron qərarlar
və digər xidmətlər bir ünvanda – «ASAN ödəniş» sistemində. 📲

📲 Bütün bu imkanlardan yararlanmaq üçün «ASAN ödəniş» tətbiqini yükləyin: https://asanpay.az/app
Birləşmiş Millətlər Təşkilatının (#BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Ətraflı: https://www.facebook.com/share/p/1CzyaJFLan/?mibextid=wwXIfr
Yaponiyanın daxili işlər və rabitə nazirinin beynəlxalq məsələlər üzrə müavini Hideo Fusedanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Ətraflı: https://www.facebook.com/share/p/1E7qGfKGxK/?mibextid=wwXIfr
Türkiyə Respublikasının #İstanbul şəhərində Astana Dövlət Qulluğu Mərkəzinin və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt idarəçiliyi təcrübədə: praktiki tətbiqlər, institusional potensial, innovasiyaların miqyaslandırılması və qlobal əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Ətraflı: https://www.facebook.com/share/p/1KMWGyKmCe/?mibextid=wwXIfr
❤1
Biznesiniz üçün süni intellekt həlli axtarırsınız?

ASAN AI Hub şirkət və təşkilatları qarşılaşdıqları real biznes ehtiyaclarını platformada çağırış kimi yerləşdirməyə dəvət edir.

Çağırışınıza uyğun süni intellekt həlləri platformada toplanır, qiymətləndirilir və ehtiyacınıza ən uyğun həllərin müəyyənləşdirilməsi üçün seçim prosesi həyata keçirilir.

Probleminizi paylaşın, uyğun süni intellekt həllini birlikdə tapaq.

👉 Çağırışınızı https://asanhub.ai/ -da yerləşdirin.