İnnovasiyalar Mərkəzi
✔
286 subscribers
3.51K photos
507 videos
404 links
“İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.
Download Telegram
Yaponiyanın daxili işlər və rabitə nazirinin beynəlxalq məsələlər üzrə müavini Hideo Fusedanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Ətraflı: https://www.facebook.com/share/p/1E7qGfKGxK/?mibextid=wwXIfr
Türkiyə Respublikasının #İstanbul şəhərində Astana Dövlət Qulluğu Mərkəzinin və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə “Süni intellekt idarəçiliyi təcrübədə: praktiki tətbiqlər, institusional potensial, innovasiyaların miqyaslandırılması və qlobal əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Ətraflı: https://www.facebook.com/share/p/1KMWGyKmCe/?mibextid=wwXIfr
❤1
Biznesiniz üçün süni intellekt həlli axtarırsınız?

ASAN AI Hub şirkət və təşkilatları qarşılaşdıqları real biznes ehtiyaclarını platformada çağırış kimi yerləşdirməyə dəvət edir.

Çağırışınıza uyğun süni intellekt həlləri platformada toplanır, qiymətləndirilir və ehtiyacınıza ən uyğun həllərin müəyyənləşdirilməsi üçün seçim prosesi həyata keçirilir.

Probleminizi paylaşın, uyğun süni intellekt həllini birlikdə tapaq.

👉 Çağırışınızı https://asanhub.ai/ -da yerləşdirin.
🌐 "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində SHE RISES Baku 2026: Azərbaycan və Pakistan qadın liderlərini bir araya gətirdi!

60-dan çox qadın sahibkarın, biznes liderinin, ictimai xadimin və tərəfdaşın iştirak etdiyi konfransda liderlik, süni intellekt və rəqəmsal transformasiya, inklüziv inkişaf, qadın sahibkarlığı və biznesdə yeni imkanlar müzakirə olunub.

Tədbirin mühüm nəticələrindən biri "Femmes Digitales", "SheMatters Pakistan" və "Azerbaijan Business Women" arasında əməkdaşlığın inkişafına yönəlmiş Anlaşma Memorandumunun imzalanması olub.

🤝 Konfrans Azərbaycan və Pakistan arasında qadın liderlərin əlaqələrinin gücləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyətli platforma olub.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Ətraflı: https://www.facebook.com/share/p/18dn5fYay8/?mibextid=wwXIfr