Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) 5 illik yubiley tədbiri keçirilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Mərkəzin qabaqcıl ASAN təcrübəsi və innovativ təlim metodları ilə dövlət, özəl qurumlarda kadrların peşəkarlığının artırılmasına töhfə verdiyini vurğulayıb.
Mərkəzin rəhbəri Aysel Cəbrayılova nəticələr, əməkdaşlıq və inkişaf prioritetləri barədə təqdimatla çıxış edib.
Tərəfdaş qurumların nümayəndələri isə AİİM-lə əməkdaşlığın əhəmiyyətini və peşəkar inkişaf istiqamətində birgə fəaliyyətin rolunu vurğulayıblar.
Ətraflı: https://www.facebook.com/share/p/1BrmSu9Ew4/

Xankəndi şəhərində “#SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilir. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev ASAN Xidmət modelinin dövlət xidmətlərinin göstərilməsində innovativ idarəetmə yanaşmasının uğurlu nümunəsi olduğunu vurğulayıb. O, bu modelin inzibati prosedurların sadələşdirilməsinə, xidmət proseslərinin optimallaşdırılmasına, dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb. Həmçinin bildirilib ki, DOST Agentliyinin sosial xidmətlər sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.
Ətraflı: https://www.facebook.com/share/p/1DLRwMBwvP/

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhməd ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
İsmayıl Ould Şeyx Əhməd dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, çevik və innovativ formada təqdim olunmasında “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayaraq, bu qabaqcıl təcrübənin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə də tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd edib.

Məlumatın operativ, şəffaf və çevik şəkildə geniş auditoriyaya çatdırılması müasir medianın əsas prinsiplərindəndir.
“İnnovasiyalar Mərkəzi”nin tabeliyində olan ASAN Radio və ASAN TV vasitəsilə xəbər, maarifləndirici məzmun, müsahibə, innovasiya və müxtəlif proqramlar auditoriyaya həm səs, həm də görüntü formatında təqdim olunur.
🌐 🎙️ Sizdə ASAN Radio-nu dinləyin, ASAN TV-ni izləyin və gündəmdənxəbərdar olun!

“İnnovasiyalar Mərkəzi” və “Bank of Baku” arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflərin rəhbər heyətlərinin iştirakı ilə keçirilən görüşdə innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlıq perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı hər iki qurumun fəaliyyət istiqamətləri, mövcud imkanları və gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial istiqamətlər nəzərdən keçirilib.