İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhməd ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa “ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
İsmayıl Ould Şeyx Əhməd dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, çevik və innovativ formada təqdim olunmasında “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayaraq, bu qabaqcıl təcrübənin İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə də tətbiqinin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına mühüm töhfə verə biləcəyini qeyd edib.

Məlumatın operativ, şəffaf və çevik şəkildə geniş auditoriyaya çatdırılması müasir medianın əsas prinsiplərindəndir.
“İnnovasiyalar Mərkəzi”nin tabeliyində olan ASAN Radio və ASAN TV vasitəsilə xəbər, maarifləndirici məzmun, müsahibə, innovasiya və müxtəlif proqramlar auditoriyaya həm səs, həm də görüntü formatında təqdim olunur.
🌐 🎙️ Sizdə ASAN Radio-nu dinləyin, ASAN TV-ni izləyin və gündəmdənxəbərdar olun!

“İnnovasiyalar Mərkəzi” və “Bank of Baku” arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflərin rəhbər heyətlərinin iştirakı ilə keçirilən görüşdə innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlıq perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı hər iki qurumun fəaliyyət istiqamətləri, mövcud imkanları və gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün potensial istiqamətlər nəzərdən keçirilib.

🚀 “Gələcək üçün bacarıqlar” layihəsinin V “TUSİ” inkubasiya proqramı çərçivəsində təlimlər davam edir!
Növbəti təlim “Sİ Marketinq: Yeni era” mövzusuna həsr olunub. Təlimi Zinniddin Babayev aparıb.
Təlim çərçivəsində iştirakçılar süni intellekt dövründə marketinq yanaşmalarının dəyişməsi, məhsul və xidmətlərin Sİ sistemləri tərəfindən tanınması və qiymətləndirilməsi, eləcə də auditoriyanın diqqətini qazanmağın yeni yolları haqqında biliklər əldə ediblər. Həmçinin məhsulların süni intellekt tərəfindən daha yaxşı anlaşılması və seçilməsi üçün mövcud boşluqların müəyyənləşdirilməsi, 30 günlük sınaq planının hazırlanması müzakirə olunub.
💡 İştirakçıları qarşıdakı təlimlərdə yeni mövzular, praktiki biliklər və fərqli imkanlar gözləyir!
#INNOLAND #TUSİ #Startup

#Ruanda Respublikasının gənclər və incəsənət naziri Utumatvişima Jan Nepo Abdallah ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.
“ASAN xidmət” modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🌐 “ASAN xidmət” təcrübəsi dünya ilə bölüşülür!
5–6 noyabrda Bakı beynəlxalq sammitə ev sahibliyi edəcək.
#BMT-nin və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçiriləcək sammitdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, təşkilata üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edəcək.
Sammitdə gələcəyin dövlət idarəçiliyi, innovativ həllər və qabaqcıl təcrübələrin beynəlxalq miqyasda tətbiqi müzakirə olunacaq.
Azərbaycandan dünyaya uzanan idarəetmə innovasiyaları!
#ASAN #UN #BMT