Bakıda keçirilən “#BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitinin yekununda nazirlər arasında keçirilən dialoqlar və innovativ həllər əsasında formalaşan əsas prioritetləri özündə birləşdirən Bakı nəticələri elan olunub.
Sənəd dövlət idarəçiliyinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və gələcəyin çağırışlarına uyğun çevik, dayanıqlı və vətəndaşyönümlü idarəetmə sistemlərinin formalaşdırılması üzrə əsas yanaşma və prioritetləri əhatə edir. Eyni zamanda, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, süni intellekt və innovativ texnologiyaların tətbiqi, insan hüquqlarının qorunması, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətləri üzrə tövsiyələri özündə əks etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev #BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Raniya Əl-Məşat, Qvineya-Bisaunun dövlət idarəçiliyi, əmək və sosial təminat naziri Assuçeniya Nesbi Emilia Seyde Donate de Barros, Cibutinin əmək, formallaşdırma və sosial müdafiə naziri Yonis Ali Quedi, Surinamın iqtisadi məsələlər, sahibkarlıq və texnoloji innovasiyalar naziri Endryu Basaron, Uqandanın dövlət qulluğu üzrə dövlət naziri Lidiya Mutende Vaisva Vantanla, Dominikanın dövlət idarəçiliyi nazirinin müavini Elvis Munoz, Dövlət Agentliyin sədr müavini Ceyhun Salmanov isə Syerra-Leonenin dövlət idarəçiliyi və siyasi məsələlər nazirinin müavini Filip Tetema Tondoneh ilə görüşüblər.