N A M A Z • Ə H L İ 💚³¹³
8.01K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
✍ Rəsuli Əkrəm (ə) buyurub:

Ən yaxşı qardaşınız, Allaha itaət yolunda sizə kömək edən və sizi Ona asi olmaqdan çəkindirən və Onun rizasına əmr edəndir.
👍17❤4
✍ İmam Səccad (ə):

«Nicat tapan o qədər də təəccüb doğurmur. Əksinə, məhv olan kimsə təəccüb doğurur ki, Allahın bu qədər geniş rəhməti olduğu halda məhv olmuşdur.»
😢17👍2
❤22👍2😢2
✍ Allah Rəsulu Muhəmməd (s) buyurub:

Ümmətimdən elə qadınlar dünyaya gələcəklər ki, örpək örtdükləri halda çılpaqdırlar. Onlar bədənlərini göstərən paltar geyərlər, ayaqları və qolları görünər. Onlar həvəsbaz və insanları aldadanlardır (azdıranlardır).
Onlar behiştə daxil olmaz, hətta onun ətrini belə duymazlar. Halbuki behiştin ətri çox uzaq məsafələrdən hiss olunur.
👍14😢3
✍ Səccad (ə) buyurmuşdur:

"Qiyamət günü xanım Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər: "Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir). Budur Mühəmmədin (s) qızı Fatimə!" Xanım Fatimə (s.ə.) və onunla birgə olanlar behiştə doğru hərəkət edərlər. Allah-Taala bir mələyi onun hüzuruna göndərib deyər: "Nə istəyirsənsə, Məndən istə!" Xanım Fatimə (s.ə.) ərz edər: "İlahi! Mənim istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et."
😢26
🏴 Xanım Fatimeyi-Zəhranın (s.ə) ziyarətnaməsi.
Bu ziyarətnamə Xanım Zəhranın (s.ə) qiyabi ziyarəti üçün oxunur

Əssəlamu ələyki ya mum-təhənətum təhənəkilləzi xələ-qək, fəvəcədəki liməm təhənəki sabirəh, ənə ləki musəddiqun sabirun əla ma əta bihi əbuk, və vəsiyyuhu sələvatullahi ə-ləyhima, və ənə əs`əluki in kuntu səddəqtuki illa əlhəqtini bitəsdiqi ləhuma litusərrə nəfsi, fəşhədi ənni zahirun bivilayə-tiki və vilayəti ali bəytik, sələ-vatullahi ələyhim əcməin.

Tərcüməsi:

Salam olsun sənə, ey imtahandan çıxan şəxs, Allah səni xəlq etdikdən sonra imtahan etdi və səni imtahanlar müqabilində səbirli gördü. Mən sənin uca məqamını təsdiqləyir, atan və onun canişininin (Allahın salamı olsun onlara) gətirdikləri müqabilində səbirliyəm. Biz səndən istəyirik ki, əgər səni təsdiq edənlərdən olsaq, mütləq bizim təsdiqimizi atan Rəsulullah (s) və onun canişini Əliyə (ə) çatdır ki, ürəyimi sevindirəsən. Şahid ol ki, mən ixlasla sənin və Əhli-beytinin (Allahın salamı olsun onların hamısına) vilayətinə sarılmışam.
😢10👍7❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏴 Həzrəti Fatimeyi Zəhra (s) imamət şamının ən güclü pərvanəsidir. Hz Zəhra (s) tək xanımlar üçün deyil, bütün bəşəriyyət üçün insanlıq və Allaha bəndəlik nümunəsidir.
😢19
👍14😢5❤2
🏴 Allahın Peyğəmbəri(s)

Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.
😢13❤6🥰3
✍️ Həzrət İmam Əli (ə), oğlu İmam Həsənə vəsiyyətində buyurdu:

Özündən aşağıda olan kimsəyə rəhm et ki, səndən yuxarıda olan kəs də sənə rəhm etsin! Onun səhvini öz səhvin ilə, onun sənin əmrindən çıxmağını (günahını) sənin öz Rəbbinin əmrindən çıxmağın (günahın) ilə, onun sənin mərhəmətinə olan ehtiyacını da sənin öz Rəbbinin rəhmətinə olan ehtiyacın ilə müqayisə et!
❤21👍6