N A M A Z • Ə H L İ 💚³¹³
8K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
✍ Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

“Zülm üç növdür: Allah tərəfindən bağışlanmayan zülm, bağışlanan zülm və keçilməyən zülm. Allah tərəfindən bağışlanmayan zülm şirkdir (Allaha şərik qoşmaqdır). Allah-Taala buyurmuşdur: “Həqiqətən, şirk böyük günahdır.” Bağışlanan zülm bəndələrlə Pərvərdigar arasında onların özlərinə etdikləri zülmdür. Allahın keçmədiyi zülm isə bəndələrin bir-birinə etdikləri zülmdür (bəndələr bir-birinə etdikləri zülm və haqsızlıqdan keçməyincə, Allah da keçməz.)”

📚 “Nəhcül-fəsahə”, səh.561, hədis 1924.
👍13😢3
❤27👍4😢2
👍22❤5😢1
✍ İmam Rza (ə) buyurdu:

Haçan istəsən duan ərşə ucalsın və qəbul olsun, əvvəlcə ata və anan haqqında dua elə.
👍23❤10
✍ Allahın Peyğəmbəri (s)

Sizin ən yaxşınız dünyasını axirəti üçün, axirətini də dünyası üçün tərk edən şəxs deyil, əksinə o şəxsdir ki, hər ikisindən birgə nəsibini qazansın. Həqiqətən, dünya axirət üçün bir vasitədir.
😢18
✍ İmam Həsən Əsgəri (ə) buyurur:

Hər kim öz qardaşına xəlvətdə moizə (nəsihət) etsə, onu zinətləndirmiş olar, kim də, camaat qarşısında açıq-aşkar formada qardaşına moizə (nəsihət) etsə, onu rüsvay etmiş olar.
👍19
😢15👍4❤1
✍🏻Əli (ə) Allahın Rəsulundan (s) belə nəql edir:

Kimin öz Rəbbi ilə görüşmək ümidi varsa, yaxşı işlər görməli və heç kəsi etdiyi işlərdə Allahına şərik qoşmamalıdır və bütün işlərini Allaha xatir yerinə yetirməlidir.

📚Mənbə: Təfsirul-Qummi, c.2, səh-47.
👍20❤3
✍ Allah Rəsulu (s) buyurub:

“Sizə namazı və onu qorumağı (vaxtında qılmağı) tövsiyə edirəm. Çünki namaz ən yaxşı əməl və dininizin sütunudur.”

(Biharul-ənvar, cild 82, səh 209.)
👍12❤3
✍ Səfvan Cəmmal İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir:

“Bir-biriylə görüşən iki mömindən öz qardaşına daha çox sevgi bəsləyəni daha üstündür”.
❤19