N A M A Z • Ə H L İ 💚³¹³
8.02K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
✍ İmam Əli (ə) buyurmuşdur:

“Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
👍6❤3👏1
✨ *Yeddi nəfər özünü gülünc yerinə qoyub*

İmam Rza (ə) buyurur:

Yeddi şey yeddi şey olmadan özünü məsxərəyə qoymaqdır:

1. Dili ilə bağışlanma diləyən, lakin qəlbində peşmanlıq duymayan özünü məsxərəyə qoyub.

2. Allahdan uğur diləyən, lakin səy göstərməyən özünü məsxərəyə qoyub.

3. Uzaqgörənlik ardınca olan, lakin ehtiyat etməyən özünü məsxərəyə qoyub.

4. Cənnət diləyən, lakin çətinliklərə səbir etməyən özünü məsxərəyə qoyub.

5. Cəhənnəm atəşindən Allaha sığınan, lakin dünya istəklərini (bağlılıqlarını) tərk etməyən özünü məsxərəyə qoyub.

6. Ölümü xatırlayan, lakin onun üçün hazırlanmayan özünü məsxərəyə qoyub.

7. Allahı zikr edən, lakin Onunla görüşməyə tələsməyən özünü məsxərəyə qoyub.

📗“Biharul-ənvar”, c.75, səh.356
👍7❤4
✍ İmam Həsən Əskəri (ə) buyurub:

"İbadət (yalnız) çoxlu oruc tutub namaz qılmaqdan ibarət deyildir, ibadət (həm də) Allahın işlərində çoxlu düşünməkdən ibarətdir".
👍8❤3
✍ Əziz Peyğəmbərimiz (s) buyurub:

"Heç bir ata öz övladına ədəbdən üstün irs saxlamadı".
❤10👍5
✍ İmam Kazim (ə) buyurur:

“Öz (din) qardaşını aldadan şəxs məl`undur.”
😢10👍3
✍ Hişam ibn Salim və başqası İmam Sadiqdən (ə) belə nəql edir :

“Allah Rəsulu (s) üçün ən sevimli əməl ac və qorxu (Allahdan qorxu) içində yaşamaq idi.
❤2👍1
✍ İmam Kazim (ə) buyurur:

“Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”
👍10❤2
😢17👍6👏2
✍Allahın Peyğəmbəri (s)

Cümə günü günlərin ağasıdır və o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.
❤7👍3
👍14❤3🥰1
🚩🚩 Şübhəsiz, İslamın həqiqi tarixi İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün başlayır. Elə bir gün ki, İslam Peyğəmbəri (s) insanların hidayəti, doğru yola yönəlməsi, təkamül və səadətə yetməsi üçün seçildi və vəhy mələyi Cəbrail-Əminin "İnnəkə Rəsulullah!" (Həqiqətən, sən Allahın Rəsulusan!) - nidası ilə böyük vəzifə və ağır məsuliyyəti öhdəsinə aldı.

🖇 Qeyd edək ki, İslam Peyğəmbərinə (s) iman gətirən və o həzrətin dəvətini qəbul edən ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə, ilk kişi isə imam Əli (ə) olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir.
❤12👍4
🚩Məbəs gününün əməlləri:

📌 Məbəs günü aşağıdakı əməlləri etmək tövsiyə olunur:

1. Qüsl vermək.
2. Oruc tutmaq (70 il orucun savabı vardır)
3. Çoxlu salavat demək.
4. 6 ədəd iki rükətli namaz qılınır. Bitirdikdən sonra 4 dəfə Fatihə, Fələq və Nas surələri oxunur, sonra bu dua 4 dəfə deyilir -“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Allahu Allahu Rəbbi la uşriku bihi şəy’a, La uşriku bi Rəbbi əhəda”. Tərcüməsi: (Allahdan başqa bir tanrı yoxdur, Allah ən böyükdür, Allah nöqsansızdır, bütün təriflər Allaha aiddir, əzəmətli və uca Allahdan başqa güc və qüdrət yoxdur. Allahdır, Allahdır rəbbim, Ona heçnəyi şərik bilmirəm.  Rəbbimə heçkəsi şərik bilmirəm).

📌 Qeyd: (Bu əməllər müstəhəbdir və insan gücü çatanları edə bilər, hamisini etmək vacib deyil)
👍10❤5