N A M A Z • Ə H L İ 💚³¹³
8.02K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
Əbu Bəsir deyir: “İmam Sadiqdən (ə) belə buyurduğunu eşitdim:

“Yalan orucu batil edir”. 
Dedim: “Biz bədbəxt olduq!”
İmam (ə) buyurdu: “Xeyr! Burada Allah, Peyğəmbər (s) və İmamların (ə) adından yalan danışmaq nəzərdə tutulur”.
👍13❤2
❤13👍3🤔1
✍️ İmam Hüseyn ( ə.s)

*Bilin ki, insanların sizə olan ehtiyacı, Allahın sizə bəxş etdiyi nemətlərdəndir. Və (bunun qədrini bilib) belə bir nemətdən yorulmayın.(Yəni xeyirxah işlərdən yorulmayın).*
👍13❤4👏1
✍ İmam Əli (ə) Kufə camaatını məzəmmət etməsindən və oların vəfasızlığından sonra əllərini göyə qaldıraraq bu duanı etdi :

“Allahım, mən bu insanların arasında yaşamaqdan yorulmuşam və bütün arzularımdan bezmişəm. Mənim ölümümü hazırla və mən də bunların əlindən rahat olum, bunlar da mənim əlimdən rahatlıq tapsınlar. Bunlar məndən sonra heç vaxt nicat tapmayacaqlar. Mən sizin əlinizdən yaxın zamanlarda və tezliklə rahatlıq tapacağıma ümidvaram, çünki artıq bu hadisənin səbəblərini görmüşəm!”
😢23👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😢11👍1
😢22❤1👍1🤔1
İlahi, mənə deyirlər bu gecəni fűrsət bil. Amma mən sənə deyirəm İlahi bu gecəni sən fűrsət bil. Çűnki mən gəlmişəm. Fűrsəti qənimət bil. Fűrsəti əldən qaçırsan mən qaçıb çıxıb gedəcəm. Mən dűz əməlli bəndə deyiləm ki hər gecə gələm.

✍ Hacı Şahin Həsənli
Ramazan ayının söhbətlərindən

İlahi, Hacı və digər dostların belə deyirsə bəs onda mən nə deyim ?! Biz günahkarında bu gecələrdə tapdığı bu halı Özünə layiq tərzdə dəyərləndir..🤲
😢17👍8
✍ Həzrət Peyğəmbər (s) buyurub:

"Öz məclislərinizi Əlini (ə) yad etməklə zinətləndirin; çünki onda peyğəmbərlərin yetmiş xisləti vardır."
❤20👍5
Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir.*(Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).*

"Maidə" surəsi,ayə/55.
👍21❤11
❤37👍7🤔2
Səni günahların lal etdiyi bir dillə çağrıram.Səninlə xətaların həlak etdiyi qəlb ilə raz-niyaz edirəm ! İlahi, Səni qorxan, həvəsli, ümidvar və həyəcanlı bir qəlblə çağırıram ! Ey mənim ixtiyar sahibim, günahlarıma nəzər saldıqda, qorxur, kərəmini görəndə isə ümidvar oluram.

Əbu Həmzə Sumali duasından.
❤39👍8🥰1
CÜMƏ GÜNÜ İLƏ BAĞLI HƏDİS VƏ AYƏLƏR 📚🥰

Peyğəmbəri-Əkrəm (s) buyurub:

وَمَن قَرَأَ سورَةَ الجُمُعَةِ اُعطِىَ عَشرَ حَسَنات بِعَدَدِ مَن أتَى الجُمُعَةَ وَبِعَدَدِ مَن لَم یَأتِها فی أمصارِ المُسلِمِینَ

"Hər kim Cümə surəsini oxusa, Allah-Taala müsəlmanların şəhərlərində Cümə namazında iştirak edən və etməyənlərin toplumunun on bərabəri qədər yaxşılıq verər."

📚Mənbələr: “Nurus-səqələyn”, c.5, səh.320; “Təfsiri-nümunə”, c.24, səh.104.

Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! 📖(Cumə-9) 📖

Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!) 📖 (Cumə-10) 📖

▫️Kanalımızın Linki:
@islama_baxis_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
❤10👍4🥰3
QURAN (Qurani-Kərim) (ərəbcədən. القُرآن‌‎ Əl-Quran)

•Müsəlmanlara görə ayələri Allah tərəfindən Cəbrayıl adlı bir mələk vasitəsi ilə İslam peyğəmbəri Məhəmmədə göndərilən müqəddəs bir kitabdır.
"Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. Quran ləfzi və mənaları vəhyə istinad edən, qiraətiylə ibadət edilən, özünəxas xüsusiyyətləri olan Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən səmavi kitabdır. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Başqalarınında faydalanmasına vasitəçi olaq İnşəAllah⬇️⬇️

Kanalımızın Linki:
@islama_baxis_313 🌹
🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃🌸
❤13👏2👍1🥰1🤔1
İmam Əlinin (ع) əlifba hərfləri haqqında belə buyurduğu nəql edir:

_"Əlif"_ (أ) Allahın nemətləri.
_"Bə"_(ب) Allahın fərəhi.
_"Tə"_ (ت) Ali Muhəmmədin Qaiminin (İmam Zamanın) işinin kamala çatması.
_"Sə"_ (ث)Yaxşı işlərindən ötəri möminlərin alacağı savabdır.
_"Ciм"_ (ج)Allahın cəl və cəmalı.
_"Ha"_ (ح) Allahın günahkarlara qarşı helmi.
_"Xa"_ (خ) Günahkarların Allah yanında ad-sanının batması.
_"Ra"_ (ر)Allahın Rauf və Rəhimliyini.
_"Zeyn"_ (ز) Qiyamətdəki zəlzələləri.
_"Sin"_ (س) İlahi nura işarə edir.
_"Şin"_ (ش) Allah istədiyini istədi və iradə etdiyini də iradə etdi. Allah istəmədikcə siz istəyə bilməzsiniz.
_"Sad"_ (ص) İnsanların sirata sövq edilməsi və zalımların Mirsadda (gözləmə yerində) həbs edilməsi haqqındakı vədinin gərçək olmasıdır.
_"Zad"_ (ض) Muhəmməd və ali Muhəmmədə müxalif olan hər kəsin zəlalət içində olduğunu işarə edir.
_"Ta"_ (ط) Möminlər üçün xeyirli və gözəl bir aqibətin olduğunu.
_"Za"_ (ظ)Möminlərin Allaha hüsnü zənləri, kafirlərin isə sui-zənləri olduğuna işarə edir.
_"Ayn"_ (ع) Elmə.
_"Ğayn"_ (غ) Ehtiyacsızlığ.
_"Fə_ (ف) " Atəş şöləsinə.
_"Qaf"_ (ق) Toplanması və oxunması Allaha aid olan Qurani-Kərimə işarə edir.
_"Kəf"_ (ك) Kifayəti.
_"Ləм"_ (ل) Kafirlərin Allah-təalaya nisbət verdikləri yalan və boş sözləri bildirir.
_"Miм"_ (م)Allahdan başqa heç kimin padşah olmadığı gündə Allahın maliklik və padşahlığına işarə edir.
_"Nun"_ (ن) Allah-təalanın möminlərə verəcəyi hədiyyəsi və kafirləri düçar edəcəyi əzabdır.
_"Vav"_ (و) Allaha isyan edənin vay halına.
_"Hə"_ (ه) Allahın əmrinə qarşı çıxanın, Onun qarşısındakı zəlillik və alçağıdır.
_"Yə"_ (ي) Allahın əlinin varlıqları üzərində açıq olduğunu və onlara ruzi verdiyinə işarədir.

Daha sonra İmam (ə) buyurdu: Allah-təala Quranı bu hərflərlə (ərəb əlifbasına görə) nazil etdi və daha sonra belə dedi:

De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər...

©Siratun Nəcat

Başqalarınında faydalanmasına vasitəçi olaq İnşəAllah⬇️⬇️

Kanalımızın Linki:
@islama_baxis_313 🌹
🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃🌸
👍14❤3🥰1👏1