N A M A Z • Ə H L İ 💚³¹³
8.03K subscribers
2.24K photos
545 videos
8 files
340 links
بِسْــــمِ اللهِ الرَّحْمَٰنِ الرَّحِيمِ.(ərəbcə)

Mərhəmətli Və Rəhimli Allahın Adı İlə

✍🏻Kanalımızda İslam Təbliği üçün Dini postlar paylaşılır 🕋

🇦🇿🤲🏻Qrupumuzun linkini paylaşın: https://t.me/+OeaqnXSMkzk4NjIy
Download Telegram
Salam Əleykum Əziz İzləyicilərimiz

DİNİ Sualı olan izləyicilərimiz aşağıda qeyd etdiyim qruplara qoşularaq suallarını verə bilərlər.

⚠️SADƏCƏ XANIMLAR🧕🏻
👇🏻
Link:
https://t.me/+we1RekJYJhxlOTIy

┄┅═════✼🕊❤️🕊✼═════┅┄

⚠️SADƏCƏ BƏYLƏR🧔🏻👇🏻
Link:
https://t.me/+MiYiBm67tb4yYzI6
❤4👍4🥰2
Hansı mübarək gecədə "Quran'i Kərim" nazil olub ?
Anonymous Quiz
3%
Nimeyi Şaban
88%
Qədr gecəsi
8%
Muhəmməd peyğəmbərin (s) mövlud gecəsi
2%
Merac gecəsi
❤21👍7🥰3
Bismillahir Rəhmanir Rəhim 🤲🏻

📖Allah sizə öyüd nəsihət verir ki, əgər mö'minsinizsə, bir daha belə şey etməyəsiniz. Quran'i Kərimin hansı Ayəsidir ?
Anonymous Quiz
38%
Ən-Nur surəsi 18-ci Ayə
30%
Əl-Həcc surəsi 77-ci Ayə
32%
Doğru cavabı öyrən ✓
❤16👍4🥰1👏1
🤲🏻 Zil-Qədə Ayının hər bazar gününə məxsus Namaz 🧎‍➡️

Zil-qədə ayının hər bazar günü tövbə günüdür və həmin günün özünəməxsus əməlləri vardır.
 
Mərhum Mirzəcavad Ağa Məliki Təbrizi “Əl-muraqibat” kitabında Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, bir gün o Həzrət (s) öz səhabələrinə xitabən buyurdu:
“Sizin hansı biriniz tövbə etmək istəyir?” Səhabələr hamılıqla müsbət cavab verdikdə, o Həzrət (s) buyurdu:

“Zilqədə ayının hər bazar günü qüsl etdikdən və dəstəmaz aldıqdan sonra 4 rükət - iki dəfə 2 rükət (hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və “Nas” surələrini oxuyaraq) olmaqla namaz qılın.
Namazdan sonra 70 dəfə istiğfar (tövbə) edib, istiğfarı “La həvlə və la quvvətə illa billahil əliyyil əzim”lə sona yetirin.
 
Sonra bu zikr deyin:
يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ
 
Ya əzizu ya ğəffaru, iğfir li zunubi və zunubə cəmiil mu¬mi¬ninə vəl muminat, fə¬innəhu la yəğfiruz-zunubə illa ənt

Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.
 
— “Əl-muraqibat” kitabından iqtibas
©Quurannn


Kanalımızın linki: @islama_baxis_313 🌹
👍6❤5🥰1
بسم الله الرحمن الرحيم

İslamda məhrəm və naməhrəm münasibətləri


Ayə və hədislərdən istifadə edərək bu nəticəyə gəlinir ki, bir-birinə nisbətdə qadın və kişi münasibətləri iki yerə bölünür: Məhrəm və naməhrəm. Hər bir kişiyə aşağıdakı qadınlar (və ya hər bir qadına aşağıdakı kişilər) məhrəmdir və həmin qadınlar aşağıda adı sadalanan kişilərin yanında hicaba riayət etmələri vacib deyil.

1. Ana (Ata)
2. Bacı (Qardaş)
3. Ananın anası (Ananın atası)
4. Atanın anası (Atanın atası)
5. Qardaşın qızı (Qardaşın oğlu)
6. Bacının qızı (Bacının oğlu)
7. Bibi (Əmi)
8. Xala (Dayı)
9. Həyat yoldaşı
10. Öz qızı (Öz oğlu)
11. Qaynana (Qaynata)
12. Süd anası
13. Süd bacısı (süd qardaşı)
14. Yaxınlıq etdiyi arvadının himayəsində olan qızı

Onuda bilməliyik ki, əmi qızı, bibi qızı, dayı qızı, xala qızı, əminin həyat yoldaşı, dayının həyat yoldaşı, qardaşın həyat yoldaşı, dostun anası, baldız, həyat yoldaşın xalası və ya bibisi, yaxın qonşu, sinif yoldaşı, müəllim, qız dostu, digər qohumlar və s… bu kimi özümüzə məhrəm bilərək əl verib görüşdüyümüz və yaxud yaxın münasibətlərdə olduqumuz hər bir kəs bizə nisbətdə naməhrəmdir və qəlblərini qırmamağa xatir və ya bizdən inciməməklərinə xatir onlarla görüşmək yox, əksinə Allaha xatir İslamın naməhrəm prinsipinə riayət etməyimiz vacibdir. Unutmamalıyıq ki, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurur: “İslam hər şeydən üstündür, nəinki hər şey islamdan.”

Kanalımızın Linki 🔗
@islama_baxis_313
┄┅════✼🕊❤️🕊✼════┅┄
👍25❤7🥰1
QƏDİR -XUM GÜNÜNÜN ƏMƏLLƏRİ..

🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨🌹✨

Qədir-Xum bayramı qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edir. Bu günün müəyyən bəyənilən əməlləri var. Həmin günə aid əməllər:

1️⃣ Bayram gününün qüslünü almaq;

2️⃣ Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);

3️⃣ Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq;

4️⃣  Zöhrdən qabaq 2 rükətli namaz qılmaq. Yaxşıdır ki, birincü rükətdə «Həmd»dən sonra “Qədr” surəsi, ikinci rükətdə “Həmd”dən sonra «İxlas» surəsi oxunsun. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın.

Namazı qurtardıqdan sonra səcdəyə getmək və səcdədə 100 dəfə Allaha şükür etmək. Sonra bu duanı oxumaq: (“Məfatihül-cinan” kitabının tərcüməsinin 569-cu səhifəsindəki dua). Duanı bitirəndən sonra yenə səcdəyə getmək və 100 dəfə “Əlhəmdulilləh” və 100 dəfə də “Şükran lilləh” demək lazımdır.

Hər kim bu əməli yerinə yetirərsə, sanki Qədir-Xum günündə Peyğəmbərin (s) yanında olmuş və o kəsin savabını qazanmışdır ki, Həzrətə vilayət beyəti etmişdir.

5️⃣  İkirükətli namaz qılmaq. Hər rükətdə «Həmd»dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-kürsi», 10 dəfə «Qədr» surəsini oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi».

Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

6️⃣ “Nüdbə” duasını oxumaq.

7️⃣ Möminlər bir-biri ilə görüşən zaman desinlər: “Əlhəmdu lillahil-ləzi cəələna minəl mutəməssikin,
mutəməssikin, bivilayəti Əmiril-mu’mininə vəl əimməti ələyhimus səlam”.

Sonra de: “Əlhəmdulilləhil-ləzi əkrəmənə bihəzəl-yəvm, və cəələnə minəl-mufinə biəhdihi iləynə, və misəqihilləzi vəsəqanə bihi min viləyəti vuləti əmrih, vəl-quvvəmi biqistih, və ləm yəc’əlnə minəl-cəhidin, vəl-mukəzzibinə biyəvmid-din”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 575-ci səhifəsində verilib).

8️⃣ Bu zikri 100 dəfə demək: “Əlhəmdulilləhil-ləzi cə’ələ kəmələ dinihi və təməmə ni’mətih, biviləyəti Əmiril-mu’mininə Əliyyibni Əbi Talibin ələyhis-sələm”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 576-cı səhifəsində verilib).

9️⃣ Qardaşlıq peymanı bağlamaq. Öz sağ əlini mömin qardaşının sağ əlinin üstünə qoyub belə desin: “Vəxaytukə filləhi və safəytukə filləh, və safəhtukə filləhi və ‘ahədtullahə və mələik...

📚Abunə olun:➪
@SubhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
❤8👍1🥰1
Sübh namazını qıldıqdan sonra, yerindən tərpənmədən günəş doğana kimi hansı əməli edən Həcc səvabı qazanar?
Anonymous Quiz
3%
Söhbət edən.
89%
Rəbbini zikr edən.
4%
Susub heçnə danışmayan.
1%
Həyatı barəsində düşünən.
2%
Bilmirəm.
❤23👍3🥰3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ALLAH SƏNƏ RƏHMƏT ELƏSIN HACI🤲🏻
👍16😢9🥰2👏2
Namaz qılınmamışdan qabaq alınan Dəstəmaz ?
Anonymous Quiz
84%
Vacibdir
16%
Müstəhəbdir
👍20❤2🥰2
" Bihar əl-ənvar” kitabının müəllifi kimdir ?
Anonymous Quiz
36%
Muhəmməd Möhsin Feyz Kaşani
41%
Muhəmməd ibn Həsən Tusi
23%
Muhəmməd Baqir Məclisi
👍16❤5🥰2
Ərbəin gününün əməlləri

@islama_baxis_313
👍11❤4🥰1
Abasalt Ebrahimi - Galdi...
Abasalt Ebrahimi Official
Gəldi Ərbəin - Abasalt Ebrahimi |Yeni Mərsiyyə| (2024) MP3

©Abasalt Ebrahimi
👍9❤5🥰1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Məşhəd adını eşidəndə ürəyim titrəyir 💔
🌹Ya İmam Rza
❤21👍4🥰2👏2😢2
🗓️ŞƏNBƏ GÜNÜNÜN DUASI🤲🏻

Ərəbcə:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
بِسْمِ اللَّهِ كَلِمَةِ الْمُعْتَصِمِينَ وَ مَقَالَةِ الْمُتَحَرِّزِينَ وَ أَعُوذُ بِاللَّهِ تَعَالَى مِنْ جَوْرِ الْجَائِرِينَ وَ كَيْدِ الْحَاسِدِينَ وَ بَغْيِ الظَّالِمِينَ وَ أَحْمَدُهُ فَوْقَ حَمْدِ الْحَامِدِينَ اللَّهُمَّ أَنْتَ الْوَاحِدُ بِلا شَرِيكٍ وَ الْمَلِكُ بِلا تَمْلِيكٍ لا تُضَادُّ فِي حُكْمِكَ وَ لا تُنَازَعُ فِي مُلْكِكَ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ وَ أَنْ تُوزِعَنِي مِنْ شُكْرِ نُعْمَاكَ مَا تَبْلُغُ بِي غَايَةَ رِضَاكَ وَ أَنْ تُعِينَنِي عَلَى طَاعَتِكَ وَ لُزُومِ عِبَادَتِكَ وَ اسْتِحْقَاقِ مَثُوبَتِكَ بِلُطْفِ عِنَايَتِكَ وَ تَرْحَمَنِي بِصَدِّي [وَ صُدَّنِي‏] عَنْ مَعَاصِيكَ مَا أَحْيَيْتَنِي وَ تُوَفِّقَنِي لِمَا يَنْفَعُنِي مَا أَبْقَيْتَنِي وَ أَنْ تَشْرَحَ بِكِتَابِكَ صَدْرِي وَ تَحُطَّ بِتِلاوَتِهِ وِزْرِي وَ تَمْنَحَنِي السَّلامَةَ فِي دِينِي وَ نَفْسِي وَ لا تُوحِشَ بِي أَهْلَ أُنْسِي وَ تُتِمَّ إِحْسَانَكَ فِيمَا بَقِيَ مِنْ عُمْرِي كَمَا أَحْسَنْتَ فِيمَا مَضَى مِنْهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Oxunuşu:

Bismillahir rəhmanir rəhim Bismillahi kəlimətul mutəsi-min, və məqalətil mutəhərrizin, və əuzu billahi təala min cəvril cairin, və kəydil hasidin, və bəğyiz zalimin, və əhməduhu fəvqə həmdil hamidin, Əlla-hummə əntəl vahidu bila şərik, vəl məliku bila təmlik, la tuzaddu fi hukmikə və la tunazəu fi mulkik, əsəlukə ən tusəlliyə əla Muhəmmədin əb-dikə və rəsulik, və ən tuziəni min şukri nu`makə ma təbluğu bi ğayətə rizak, və ən tuinəni əla taətik, və luzumi ibadətikə vəstihqaqi məsubətikə bilutfi inayətik, və tərhəməni bisəddi (və suddəni) ən məasik, və əhyəytəni və lima yənfəuni ma əbqəytəni, və ən təşrəhə biki-tabikə sədri, və təhuttə bitila-vətihi vizri, və təmnəhənis sə-lamətə fi dini, və nəfsi və la tuhişə bi əhlə unsi, və tutimmə ihsanəkə fima bəqiyə min umri, kəma əhsəntə fima məza minhu ya ərhəmər rahimin.

Tərcümə:

Pənah aparanların sözü və danışığı olan Allahın adı ilə! Sitəmkarların zülmündən, həsəd aparanların pis fikrindən, zalımların düşmənçiliyindən uca Allah pənah aparır və sitayiş edənlərin sitayişindən üstün bir sitayişlə Ona sitayiş edirəm. Allahım, Sənsən şəriksiz yeganə, ehtiyacsız padşah (ki, bu padşahlığı bir başqası verməmiş), Sənin fərmanın qarşısında ziddiyyət olmaz, hakimiyyətində keşməkeş baş verməz, Səndən istəyirəm salam yetirəsən bəndən və rəsulun Məhəmmədə! Mənə nemətlərin müqabilində şükür yolunu elə öyrədəsən ki, məni Sənin son həddə razılığına çatdırsın, Sənə itaətdə, ibadətinə ardıcıllıqda, lütfünlə mükafatına çatmaqda mənə kömək göstərəsən, həyatda ikən günahdan uzaqlığı mərhəmət edəsən, dünya həyatında saxladığın müddətdə xeyrimə olacaq işlərdə müvəffəq edəsən; öz kitabın (Qurani-Kərim) vasitəsilə köksümü genişləndirəsən, onu oxumaqla günahlarımı yuyasan, mənə dinim və canımda sağlamlıq əta edəsən, həmdəmlərimi mənə qorxulu etmə və qalan ömrümdə mənə ehsanını sona çatdır, necə ki, keçmişdə ehsan etmisən; ey mehribanların mehribanı!


☪Dəvət linki: @islama_baxis_313 🕌
❤12👍3🥰1👏1
Çox ibrətli bir dastan

Bir gün Loğmanın ağası Loğmana küncüd əkməsi barədə göstəriş verdi; amma Loğman arpa əkdi!
Biçim vaxtı gələndə ağası dedi: "Niyə arpa əkmisən?
Loğman dedi: Allahdan ümid edirdim sənin üçün küncüd çıxarsın.
Ağası dedi: Məgər bu mümkündür?!
Loğman dedi:
✨ Görürəm sən Allaha günah edirsən eyni halda Allahdan behiştə aparmasını da ümid edirsən! Mən də dedim bəlkə bu da oldu.
Bu zaman ağası ağladı və Loğmanı azad etdi.

Diqqətli olaq ki, biz bu həyatda nə əkirik.

Hər nə əksək onu da biçəcəyik
❤12👍4👏3🥰1
✏️Küçələrdə bomj həyatını yaşayan birindən soruşdum ki, nə səbəb oldu ki, küçələrə düşmüsən? Mənə dedi: Bas bayıra!
Dedim ki, mənə deyirsən bunu?! Dedi yox. Dedim bəs, niyə belə dedin? Dedi: Sual verdin ki, nə səbəb oldu ki, küçələrə düşmüsən? Mən də dedim ki, "bas bayıra" sözü səbəb oldu.
Mənim yaxşı vəzifəm var idi. Qapıma kasıb adam gəlmişdi, haqqını yemişdim. Onun gücsüz olduğunu bilib dedim ki, bas bayıra. O da çarəsiz qalıb getdi.
Axşam idi. Arvad zəng elədi ki, ay kişi, hardasan, gəl, uşaqların üçü də yıxılıb yerə, ağızlarından qara su gəlir. Özümü tez çatdırdım evə, gördüm arvad da yıxılıb yerə, ağzından qara su gəlir.
Onları həkimə apardım. Həkim baxıb dedi ki, hamısı zəhərləniblər, çarələri yoxdur. Dedim nə qədər lazımdır pul verim, ailəmi xilas et, dedi xeyri yoxdur, zəhər qanlarına keçib. Əsəbləşib dedim ki, görərsən başına nə oyun açacam. Həkim mənə dedi ki, bas bayıra!
Ailəmi itirdim. İşimi də itirdim. Evim də əlimdən çıxdı.
Ay qardaş, kasıba, gücsüzə "bas bayıra" demə, heç vaxt demə!

📱Nəticə: Gücsüzə "bas bayıra" desən, həkim yadında olsun!
👏13❤7👍4🥰1