ixlasla.com
1.01K subscribers
116 photos
29 videos
42 files
2.64K links
Elm, söz və əməldən öncədir!
Download Telegram
🌟 Qardaşlar üçün Ərəb dili dərslərinə (“Əl-Ərəbiyyə Beynə Yədeyk”) qəbul:

Dərslər ərəb dilini öyrənmək və bu sahədə biliklərini inkişaf etdirmək istəyən qardaşlar üçün təşkil olunur.

📌Kimlər qoşula bilər?
• Quranı sərbəst oxuya bilən qardaşlar.
• Ərəb hərflərini yeni öyrənən və Quranı çox yavaş oxuyanlar üçün bu dərslər uyğun deyil.

🌟 Dərslər haqqında
• Dərslər “Əl-Ərəbiyyə Beynə Yədeyk” kitabı əsasında keçiriləcək.
• Dərslər həftədə 2 dəfə keçiriləcək.
• Tədris sürətli tempdə aparılacaq. Buna görə iştirakçılardan dərsləri müntəzəm izləmələri və verilən tapşırıqları vaxtında yerinə yetirmələri gözlənilir.
• Mövzuların izahı, çalışmalar və möhkəmləndirmə tapşırıqları olacaq.

🌟 Dərslərin vaxtı
• Dərslər sübh namazından sonra keçiriləcək.

🌟Ödəniş
• Dərslər tamamilə ödənişsizdir.

🌟 Müəllim
• Dərsləri İordaniyada təhsil almış tələbə aparacaq.

🔊Vacib qeyd: Qrupa yalnız dərslərdə davamlı iştirak etmək və sürətli dərs tempinə uyğunlaşmaq niyyətində olan qardaşların qoşulması xahiş olunur.

Qoşulmaq istəyənlər 🌟@alievhaci müraciət etsinlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤6🎉2