ixlasla.com
1.02K subscribers
116 photos
29 videos
42 files
2.64K links
Elm, söz və əməldən öncədir!
Download Telegram
Sual: Haram sərhədləri daxilində, yəni Əziziyyədə və onun ətrafında qılınan namaz Məscidul-Haramda qılınan namaza bərabərdirmi?

Şeyx Saleh əl-Fovzan

Cavab: ​​Məscidul-Haram bütün Haram ərazisini əhatə edir. Yəni sərhəd nişanları daxilində olan hər yer ov ovlamağın və tapılan əşyanı götürməyin qadağan olduğu bütün o ərazi Haramdır. Orada namazın və digər ibadətlərin savabı qat-qat artırılır.
​Bu, insanların ehtiyac duyduğu çox vacib bir məsələdir. Bu gün insanlar Həcc vaxtı beş vaxt namaz üçün Məscidul-Harama axışır, izdiham yaradırlar.
​Eyni hal Ramazan ayında da baş verir. İnsanlar bir-biri ilə mübarizə aparır, sıxlıq yaradırlar; nəticədə kiməsə zərər dəyir, xəsarət alır və ya həyatını təhlükəyə atır. Bu, qətiyyən yolverilməzdir!

​Qardaşım, əlhəmdulilləh, ya Ümrəni yerinə yetirib vətəninə dön, ya da əgər Məkkədə qalmaq istəyirsənsə, Əziziyyəyə və ya başqa bir yerə get, orada qal. Sən onsuz da Haramdasan. ​Məkkənin digər məscidlərində namaz qıl, Allah yanında savabın var. Sən Haramdasan, nə insanlara çətinlik yarat, nə də özünü təhlükəyə at.
​Şükürlər olsun ki, bütün Məkkə (yəni Haram sərhədləri daxilində olan hər yer) savab baxımından eynidir.

https://youtu.be/QvCufK3gX2Y

©️ t.me/ixlasla
👍7❤3🎉1
✍️ Ramazanda rüsxətlər: Kimlər oruc tutmaya bilər?

Həmd olsun Allaha, salavat və salam olsun Allahın Rəsuluna, onun ailəsinə və səhabələrinə. Bundan sonra:

Rüsxət, çətinlik zamanı bəndələrin üzərindən sıxıntını qaldırmaq üçün Allahın onlara verdiyi bir sədəqədir. Çünki çətinlik asanlığı gətirir. Uca Allah üzrlü səbəb olduqda oruc tutan şəxsə orucunu açmağa icazə vermişdir. Oruc tutan şəxs üçün orucu açmağa icazə verən üzrlər bunlardır:

- Xəstəlik: Oruc tuta bilməyəcək dərəcədə xəstə olan kimsəyə Allah orucunu açmağa icazə vermişdir və o, sonradan qəza etməlidir.

- Səfər: Dörd rükətli namazları qısaltmağa icazə verən bir məsafəyə səfər edən şəxsə orucunu açmaq olar. Bu məsafə təxminən 83 kilometrdir. Bunun dəlili Uca Allahın bu kəlamıdır: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar". (Bəqərə surəsi, 184)

- Qocalıq və xroniki xəstəlik: Allah-Təala qocalıq və yaşlılıq səbəbindən oruc tutmağa gücü çatmayan yaşlı kişiyə və yaşlı qadına oruclarını açmağa icazə vermişdir. Onlar tutmadıqları hər günün əvəzinə bir yoxsulu doyurmalıdırlar. Eyni hökm, sağalacağına ümid olmayan xroniki xəstələrə də aiddir. Məsələn, xəstənin daimi suya və müalicəyə ehtiyacı olduğu böyrək çatışmazlığı (əksər hallarda) və bəzi şəkər xəstəliyi növləri kimi. Bunun dəlili Uca Allahın bu kəlamıdır: "Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (Bəqərə surəsi, 184)

- Hamiləlik və südvermə: Allah-Təala hamilə və süd verən qadınlara, özlərinə və ya övladlarına zərər gəlməsindən qorxduqları təqdirdə oruclarını açmağa icazə vermişdir. Onlar tutmadıqları hər günün əvəzinə bir yoxsulu doyurmalıdırlar (qeyd etmək lazımdır ki bu məsələdə müxtəlif rəylər var). Çünki Uca Allah buyurur: "Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (Bəqərə surəsi, 184). Bu iki qrup da (hamilə və süd verən qadınlar) ayənin ümumi hökmünə daxildir.

Həmçinin, aşağıdakı xüsusi hallarda da oruclu şəxs üçün müəyyən rüsxətlər mövcuddur:
- Unutmaq: Unudaraq yeyib-içən kimsənin orucuna davam etməsi üçün verilən rüsxət. Onun üzərinə nə qəza, nə də kəffarə düşür. Peyğəmbər (sallallahu əleyhi və səlləm) demişdir: "Kim oruclu alarkən unudaraq yeyib-içərsə orucunu davam etdirsin. Sadəcə olaraq Allah onu yedizdirib və içizdirmişdir". (Buxari və Müslim)

- Şiddətli aclıq və susuzluq: Aclıq və susuzluq kimə güc gələrsə və həyatına təhlükə yaranarsa, səfərdə olmasa belə orucunu aça bilər. Uca Allah belə buyurur: "bir-birinizi məhv etməyin". (Nisa surəsi, 29) və "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (Bəqərə surəsi, 286).

- Həyatı xilas etmək: Əgər oruc tutan şəxs boğulmaq üzrə olan birini və ya buna bənzər bir hadisəni görərsə və onu xilas etmək üçün güc toplamaq məqsədilə orucunu açmaqdan başqa yolu olmazsa, bunu edə bilər, hətta bu ona vacib olar.

- Ağız suyunu udmaq: Qarşısını almaq çətin olduğu üçün oruc tutan şəxsə adi ağız suyunu (tüpürcəyini) udmağa icazə verilmişdir.

- Qusmaq: Qeyri-ixtiyari olaraq (özündən asılı olmayaraq) qusan şəxsin orucu pozulmur. Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurmuşdur: "Kim qusarsa o orucunu qəza etmir, kim ki, bilərəkdən özünü qusdurarsa orucunu qəza etsin". (Əhməd və başqaları tərəfindən səhih sənədlə rəvayət edilmişdir)

- Ağız və burnu yaxalamaq: Oruc tutan şəxsə (dəstəmaz zamanı) ağız və burnunu yaxalamaq üçün rüsxət verilmişdir, bir şərtlə ki, həddindən artıq dərindən etməsin. Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurmuşdur: "Oruc tutmadığın zaman burnuna suyu dərindən çək". (Əbu Davud, Tirmizi rəvayət etmişdir)

Allah daha yaxşı bilir.

©️ t.me/ixlasla
👍7🎉1🤩1
Forwarded from ixlasla.com
❤14👍4🎉2🤩1
🌟 Ey Allahın qulu! İnsanları əfv etmək, onları bağışlamaq - Allahın əfvinə nail olmağın üçün ən əzəmətli əməllərdəndir.
   Odur ki, bu on gündə saleh əməllərinin sırasına insanları bağışlamağı da daxil et və bununla Uca Allaha yaxınlaş.🌟
    Qoy bu əməl, Allahın əfvindən olan payının və nəsibinin daha da artmasına bir səbəb olsun.

🌟 Şeyx Abdurrazzaq əl-Bədr
©️ t.me/ixlasla
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍7❤3🎉1🤩1
Bayramın Sünnələri və Ədəbləri
(Şeyx Abdurrazzaq əl-Bədr)

Təmizlik və bəzənmək: Müsəlmanın bayram namazına hazırlaşaraq qüsl alması, ən gözəl və təmiz libaslarını geyinərək bəzənməsi və ətirlənməsi şəriət tərəfindən buyurulmuş gözəl bir sünnədir.

Namazdan öncə xurma yemək: Bayram namazına çıxmazdan öncə, Peyğəmbərimizin ﷺ etdiyi kimi, bir neçə xurma yemək müsəlman üçün müstəhəbdir.

Yolları dəyişmək: Bayram namazına bir yolla gedib, qayıdarkən başqa bir yolla qayıtmaq da sünnədir.

Məscidə daxil olarkən: Əgər bayram namazı məsciddə qılınırsa və müsəlman sübh namazından sonra məscidə daxil olarsa, "Təhiyyətul-Məscid" salam namazını qılmalıdır. Lakin bayram namazının özündən əvvəl və ya sonra qılınan xüsusi bir sünnət namazı yoxdur.

Bayram namazının qılınma qaydası: Bayram namazı iki rükətdir. Birinci rükətdə (qiraətdən əvvəl) yeddi təkbir, ikinci rükətdə isə beş təkbir gətirilir. Bu təkbirlər sünnədir, vacib deyil. Əgər müsəlman onları unudarsa və ya buraxarsa, namazını tamamlayır və buna görə ona heç bir şey yoxdur.

Namaza gecikənlər üçün: Bayram namazını qaçıran şəxs iki rükət namaz qılır.

Bayram xütbəsini dinləmək: Bayram xütbəsində iştirak etmək və onu dinləmək vacib (fərz) deyil. Çünki Peyğəmbərimiz ﷺ bayram namazını qıldırdıqdan sonra buyurmuşdur: «Kim xütbəmizi dinləmək istəyirsə otursun, kim getmək istəyirsə getsin». Yəni insan bu məsələdə sərbəstdir. Lakin müsəlman üçün ən xeyirlisi xütbədə iştirak etmək, xeyirli nəsihətləri dinləmək və müsəlmanların etdiyi dualarda iştirak etməkdir.

Bayram təbriki: Bayram günü təbrik etməkdə qəbahət yoxdur. Səhabələr (Allah onlardan razı olsun) bir-birlərini təbrik edərdilər. O gün aralarında bir-birlərinə dedikləri təbrik belə idi, "Təqabbələllahu minnə va minkum" (Allah bizdən və sizdən qəbul etsin). Və bu, bayram günü deyilən ən xeyirli sözdür.

©️ t.me/ixlasla

شرح الأدب المفرد | الشيخ عبدالرزاق البدر
👍4❤2
Forwarded from ELM yolu
📚 Ahmad ibn Nasır ət-Tayyar davamında qeyd edir:

🌓 Yuxuda mötədilliyə (qənaətə) gəldikdə, şübhəsiz ki, çox yuxu qəlbi öldürür, bədəni ağırlaşdırır, vaxtı zay edir, həmçinin qəflət və tənbəlliyə səbəb olur.

Yuxusunu nizama sala bilməyən kəs, əksər hallarda oyaq vaxtını da nizama sala bilməz. Belə olan halda isə o, ələlxus da mütaliəsini və elm tələbini qaydaya sala bilməyəcəkdir.

Elm tələbəsi tez yatmağa və sübhdən əvvəl qalxmağa həris olmalıdır.⏰🧠

📌Təcrübəli mütəxəssislər və həkimlər qeyd etmişlər ki:
🟡İşadan gecə yarısına qədər olan hər bir saatlıq yuxu, üç saatlıq dərin yuxuya bərabərdir.

🟡Gecə yarısından sonra sübhə təxminən iki saat qalmışa qədər olan yuxunun isə yalnız 20 faizi dərin və faydalı yuxudur, qalan hissəsinin isə heç bir faydası yoxdur və bir saatı elə bir saatlıq yuxuya bərabərdir.

🟡Sübhdən sonrakı yuxuya gəlincə, bu, qətiyyən faydasız bir yuxudur.

💡Müşahidə etsəniz görərsiniz ki, sübhdən sonra yatan kəs yuxudan doymamış qalxır və bu yuxu ona passivlik və tənbəllikdən başqa bir şey qazandırmır.

Həmçinin sübhdən sonra yatmağın bərəkətin kəsilməsinə, düşüncənin qarışmasına və diqqət dağınıqlığına səbəb olduğu sübut olunmuşdur.❗️

🧷[Ədəbu talibil-ilmi va subulu binəihi va rusuxıhi.]

Davamı olacaq inşaallah..🤍
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10❤7😢2
Möhtərəm Müsəlmanlar!

ixlasla.com saytının illik ödənişini etməkdə çətinlik yaranıb.

İllik hostinq və domenlər təqribən 600$-dır.

Yardım etmək istəyənlər dəstək ola bilərlər.

Kart nömrəsi (Kapital Bank)
4169-7388-4538-0751
👍7❤3🎉3
ixlasla.com
Möhtərəm Müsəlmanlar!
Möhtərəm Müsəlmanlar! Elana stop verildi. Allah yardım edən və yardım etmək istəyən hər bir kəsdən razı olsun!
❤9👍5🎉4
Forwarded from ELM yolu
📕 Ahmad ibn Nasır ət-Tayyar davamında qeyd edir:

Bil ki, hər bir əməlin mütləq bir coşqu (şövq) dövrü olur, ondan sonra isə mütləq bir süstlük və bezginlik (darıxmaq) gəlir.
Odur ki, elm tələbəsi öz nəfsini buna (bu dəyişkən hallara) hazırlamalıdır.🕯️

🖊️​İbn əl-Qayyim (Allah ona rəhm etsin) buyurmuşdur:
"Qul (hər an) yol gedir, o, yerində dayanmış deyildir. O, ya yuxarıya doğru ucalır, ya da aşağıya doğru yuvarlanır, ya irəli gedir, ya da geridə qalır. 🌸
Nə yaradılışda (təbiətdə), nə də şəriətdə qətiyyən 'dayanmaq' (eyni halda qalmaq) deyə bir şey yoxdur. Bu, sadəcə sürətlə qət edilən mərhələlərdən ibarətdir ki, insanı ya Cənnətə, ya da Cəhənnəmə aparır.

📖 ​Uca Allah buyurur:
{ لِمَن شَاۤءَ مِنكُمۡ أَن یَتَقَدَّمَ أَوۡ یَتَأَخَّرَ }

Sizlərdən (yaxşı işlər görüb) irəli getmək və ya (günah edib) geriyə qalmaq istəyənlər üçün [Mudəssir, 37]

Allah 'dayanan' (eyni halda qalan) kəs haqqında heç bir şey qeyd etməmişdir. ✨
Çünki Cənnətlə Cəhənnəm arasında başqa (üçüncü) bir mənzil yoxdur. (Bu dünyada) yol gedən kəs üçün də bu iki diyardan başqa bir yerə aparan yol da qətiyyən yoxdur.

Kim saleh əməllərlə irəli getmirsə, o, mütləqdir ki, pis əməllərlə geridə qalır.🌺

Əgər desən ki: "Bir şeyi əldə etmək üçün çalışan hər kəsin yolunda mütləq bir dayanma və süstlük dövrü olur, sonra isə o, yenidən məqsədinə doğru ayağa qalxır."
Mən (İbn əl-Qayyim) belə cavab verərəm:
"Bəli, bu qaçılmazdır. Lakin bu süstlük anını yaşayan kəsin iki halı vardır:

1⃣. ​Ya o, nəfsini dincəltmək və onu növbəti yolçuluğa hazırlamaq üçün dayanmışdır.
Belə bir dayanış qısadır və ona zərər verməz. Çünki hər bir əməlin bir şövq dövrü, hər şövqün də bir süstlük dövrü olur.❤️

2⃣. ​Ya da o, onu arxadan səsləyən bir çağırışçıya və (geriyə) cəzb edən bir şeyə görə dayanmışdır.
Əgər o, bu çağırışa cavab verərsə, bu, onu mütləq geridə qoyacaqdır...

Əgər Allah ona rəhməti ilə yetişərsə və (elm yolundakı) karvanın (digər elm tələbələrinin) ondan necə irəli getdiyini, özünün isə necə geridə qaldığını ona göstərərsə, o zaman o, yolunun kəsildiyinə görə qəzəbli və təəssüf hissi keçirən biri kimi ayağa qalxar və karvana çatmaq üçün atılar, sürətlə qaçar və əzmlə səy göstərər.🌟🌟

​Lakin... əgər o, geriyə səsləyən həmin çağırışçıya uymağa davam edərsə və ona qulaq asarsa, o onu sadəcə əvvəlki qəflət və nəfsin istəklərinə icabət etmək halına qaytarmaqla kifayətlənməz. Onu daha pis və daha aşağı dərəcələrə sürükləyər.
Bu hal, xəstəlikdən tam sağalmamış yenidən ağır şəkildə yatağa düşməyə bənzəyir ki, bu, (xəstəliyin özündən) daha təhlükəli və daha çətindir.

✨​ Xülasə: Əgər Allah bu qula Öz lütfü ilə yetişib onu düşməninin (nəfsin və şeytanın) əlindən qurtarmazsa, o, ölümünə qədər geriləməyə davam edər: ya dabanı üstə geri dönəcək, ya da (haqqa) arxa çevirəcəkdir.
Qüvvət yalnız Allahdandır. Qorunan kəs isə yalnız Allahın qoruduğu kəsdir. "

🌟 [Ədəbu talibil-ilmi va subulu binəihi va rusuxıhi.]
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7👍4🎉4
7000-dən çox sual cavab

http://sual.ixlasla.com

Hörmətli izləyicilər, sizinlə çox faydalı bir layihəni bölüşmək istəyirik. Artıq dini suallarınıza mötəbər mənbələrə əsaslanan cavabları tapmaq daha asan oldu!
​
​✅ Geniş Arxiv: İllər ərzində verilmiş müxtəlif fiqh, əqidə və gündəlik həyatla bağlı sualların cavabları bir yerdə.
​✅ Rahat Axtarış: Sizi maraqlandıran mövzunu axtarış bölməsinə yazaraq dərhal cavab tapa bilərsiniz.
​✅ Mötəbər Mənbə: Cavablar elm tələbələri tərəfindən hazırlanmış və etibarlı qaynaqlara əsaslanmışdır.

​Elm öyrənmək və şübhələrdən qurtulmaq üçün bu fürsətdən yararlanın. Sayta daxil olun, araşdırın və yaxınlarınızla bölüşərək xeyirə vəsilə olun!

​🔗 Keçid linki: sual.ixlasla.com
❤14👍10🎉5
📜 Tilavət vasitədir, Əməl isə qayə

Şeyx Abdurrazzaq əl-Bədr (Allah onu qorusun)

İnsanlar arasında elələri var ki, sadəcə bir vasitə olan tilavət (Quran oxumaq) onlar üçün əsas məqsədə çevrilmişdir. Onlar bununla kifayətlənir və Qurandan nəsibi yalnız bununla bitir. Məhz buna görə də Peyğəmbər ﷺ xəvaricləri qınayarkən belə buyurmuşdur: "Onlar Quran oxuyarlar, lakin o, onların boğazlarından aşağı keçməz". Yəni, onların Qurandan nəsibi yalnız hərfləri dildə tələffüz etməkdən ibarətdir. Quranı tədəbbür etməyə (dərindən düşünməyə), ona əməl etməyə və onun hidayəti ilə getməyə gəldikdə isə, onların bundan heç bir payı və nəsibi yoxdur.

Halbuki, Uca Allah Quranı onun ayələri üzərində dərindən düşünmək və onun göstərişlərinə əməl etmək üçün nazil etmişdir.
Uca Allah buyurur: "Bu (Quran), ayələrini düşünsünlər və ağıl sahibləri ibrət götürsünlər deyə sənə nazil etdiyimiz mübarək bir kitabdır" (Sad, 29).
Uca Allah həmçinin buyurur: "Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar" (Nisa, 82) və "Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?" (Muhəmməd, 24).

Uca Allah bu Kitabı nazil etmişdir ki, qullar Allahın ayələri üzərində düşünsünlər, onun hidayətlərinə nəzər salsınlar, Allahın məqsədini anlasınlar, dərk etsinlər və daha sonra ona əməl etsinlər. İnsanın Qurandan nəsibi sadəcə onu oxumaqdan ibarət olmamalıdır.

İmam İbn Qeyyim əl-Cövziyyə (Allah ona rəhm etsin) qeyd etmişdir ki, Allah onu sadəcə oxumaq üçün nazil etməmişdir, əksinə, tilavət bir vasitədir.

Beləliklə, Quranla bağlı iki mühüm məsələmiz var: vasitə və qayə. Vasitə — Quranı oxumaq, qiraəti çoxaltmaq və əzbərə diqqət yetirməkdir, qayə isə — onu anlamaq və ona əməl etməkdir.

Peyğəmbər ﷺ buyurmuşdur: "Quran sənin ya lehinə, ya da əleyhinə bir hüccətdir". O həmçinin buyurmuşdur: "Həqiqətən, Allah bu Quranla bəzi qövmləri ucaldır, digərlərini isə alçaldır".

Bəzi sələflər demişlər: "Bu Quranın qarşısında oturan elə bir kimsə yoxdur ki, yerindən ya artımla, ya da nöqsanla qalxmasın". Kim ona əməl edərsə, imanı artar. Kim isə ona qarşı səhlənkarlıq göstərib əməl etməyi tərk edərsə, Quran onun əleyhinə hüccət olar. Bu da onun üçün ancaq bir nöqsandır.

Sonra o, Həsən əl-Basridən (Allah ona rəhm etsin) nəql edir ki, o belə demişdir: "Quran ona əməl edilməsi üçün nazil olmuşdur, lakin onlar onun tilavətini özlərinə məqsəd etdilər". Bu əsərin bəzi mənbələrində qeyd olunur ki, Həsən əl-Basri müşahidə etmişdir ki, bəzi qarilər ancaq Quran oxumaqla - qiraəti, təcvidi və tələffüzü mükəmməlləşdirməklə məşğul olurlar, lakin əməl etməkdə səhlənkarlıq edirlər. Buna görə də o, xəbərdarlıq edərək və nəsihət verərək demişdir: "Quran ona əməl edilməsi üçün nazil olmuşdur, lakin onlar onun tilavətini məqsəd etdilər".

Bu o deməkdir ki, onlarda əməl anlayışı sadəcə tilavətə çevrildi. Halbuki tilavət, bildiyimiz kimi, böyük bir qayəyə çatmaq üçün sadəcə bir vasitədir. Bu qayə isə Qurana əməl etmək və onun ayələrinin hidayəti ilə doğru yola yönəlməkdir. Uca Allahın buyurduğu kimi: "Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir" (əl-İsra, 9).

أنزل القرآن ليعمل به فاتخذوا تلاوته عملا | الشيخ عبد الرزاق البدر حفظه الله
👍7🎉5❤3