İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
1.49K subscribers
6.39K photos
692 videos
25 files
1.64K links
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus 1 nömrəli ixtisas seçimi mərkəzi
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus Dinamik İnformasiya Mərkəzi

https://telebetehsil.az/

Link:
https://t.me/ixtisas_secimi_dim

+994552219733wp

@telebetehsilmerkezi
Download Telegram
Dövlət İmtahan Mərkəzi

tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.

Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra - 6 həftə ərzində təqdim olunacaq
Magistratura səviyyəsi üzrə I cəhd qəbul imtahanının etalon cavabları açıqlandı
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📢 22:00-da CANLI YAYIM!

Balınıza uyğun hara qəbul ola bilərsiniz?
Bütün suallarınızın cavabını canlı yayımda öyrənəcəksiniz!

🎓 İxtisas seçimi
🎓 Keçid balları və.z

📍 Canlı yayım Azərbaycan Tələbələri rəsmi TikTok səhifəsində olacaq.

Link: https://www.tiktok.com/@azetelebe?_r=1&_t=ZS-93wiGwENPqm

Qoşulmağı unutmayın!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📢 22:00-da CANLI YAYIM!

Balınıza uyğun hara qəbul ola bilərsiniz?
Bütün suallarınızın cavabını canlı yayımda öyrənəcəksiniz!

🎓 İxtisas seçimi
🎓 Keçid balları və.z

📍 Canlı yayım Azərbaycan Tələbələri rəsmi TikTok səhifəsində olacaq.

Link: https://www.tiktok.com/@azetelebe?_r=1&_t=ZS-93wiGwENPqm

Qoşulmağı unutmayın!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sənəd qəbulu ilə bağlı 055 221 97 33 əlaqə nömrəsinə yaza bilərsiniz
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova bildirib ki, müasir təhsildə əsas məqsəd yalnız bilik yox, şagirdin düşünmə, analiz və əsaslandırma bacarıqlarını qiymətləndirməkdir.

Hazırda imtahanlarda qapalı test sualları üstünlük təşkil edir. Bu model obyektiv və sürətli olsa da, əsasən faktoloji bilikləri ölçür.

Müasir yanaşma isə şagirddən müqayisə etməyi, səbəb-nəticə əlaqəsi qurmağı və arqumentlə mövqe əsaslandırmağı tələb edir.

Beynəlxalq təcrübə nə deyir?

Finlandiya, Böyük Britaniya, Almaniya və PISA modeli analitik, esse və açıq tipli suallara geniş yer verir. Çünki inkişaf etmiş təhsil sistemləri düşünmə keyfiyyətini prioritet sayır.

▲ Ekspert qeyd edir ki, bizdə hələ də əzbərçilik təsiri güclüdür və esse yazma, arqument qurma bacarıqları arzu olunan səviyyədə deyil.

Çıxış yolu:

Açıq tipli tapşırıqların mərhələli artırılması

Qiymətləndirmə meyarlarının dəqiqləşdirilməsi

Müəllimlərin hazırlığının gücləndirilməsi

Sinifdə debat, esse və problem əsaslı tapşırıqlara üstünlük verilməsi

Məqsəd imtahanı çətinləşdirmək deyil, onu daha keyfiyyətli və bacarıqyönümlü etməkdir.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Akademiyada təhsil müddəti 4 ildir!

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
ərizə; anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);

tərcümeyi-hal;

özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;

attestatın notariat orqanları tərəfindən təsdiqedilmiş surəti və ya attestat alınanadək namizədin ortaməktəbin 11-ci sinfində oxuması haqqında arayış;

orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;

yaşayış yerindən arayış;

doğum haqqında şəhadətnamənin surəti;
valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;

4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).

Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:

Hərbi xidmətdə olmayanlar üçün - 2026-cı ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.

Hərbi xidmətdə olanlar üçün – DSX

Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.

Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti - 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir.