İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
1.49K subscribers
6.39K photos
692 videos
25 files
1.64K links
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus 1 nömrəli ixtisas seçimi mərkəzi
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus Dinamik İnformasiya Mərkəzi

https://telebetehsil.az/

Link:
https://t.me/ixtisas_secimi_dim

+994552219733wp

@telebetehsilmerkezi
Download Telegram
İmtahan saat 11:00-da başlanır.

❗️İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

➡️ İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

📑Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

✅️İmtahana buraxılış vərəqəsi;

✅️Şəxsiyyəti təsdiq edən sənədin əsli:

📍Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı saytımızdan yükləyə bilərlər.

Bütün iştirakçılara uğurlar arzu edirik!
Qeydiyyatla bağlı əlaqə : 055 221 97 33
🔴 00:00-DA CANLI YAYIM!

❗ Abituriyentlər nələrə diqqət etməlidir?
❓ İmtahanlar doğrudan da çətin olacaq?
📌 Doğru ixtisas seçimi üçün hansı məqamlar vacibdir?

🎓 İxtisas seçimi üzrə mütəxəssis – ekspert Xəzər İsmayılov ilə
bütün suallarınıza canlı cavab tapacaqsınız!

🔗 Canlı yayım linki:
Canlı yayım Azərbaycan Tələbələri Rəsmi Tiktok səhifəsində olacaq!

📲 Dostlarınıza da göndərin, hamı faydalansın!
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Bununla bağlı Prezident sərəncam verib.

Sərəncama əsasən, Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir.

!! Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:1.1. aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı tədbirlər görülməsini təmin etsin;

1.3. məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görsün;

1.4. sosial şəbəkələrdən qanunauyğun istifadənin, belə istifadə zamanı uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadimaarifləndirmə işinin həyata keçirilməsi, o cümlədən uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasının təşviq edilməsi məqsədilə tədbirlər görsün;

1.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İmtahandan əvvəl işləyə biləcəyiniz test tapşırıqları
*📢 DİN Daxili Qoşunlarının Hərbi İnstitutu qəbul elan edir!*

*2026–2027-ci tədris ili üçün “İctimai təhlükəsizlik və idarəetmə” ixtisasına kursant qəbulu başlayır.*

✅ Tələblər:
• Azərbaycan dilini sərbəst bilən
• Boyu minimum 165 sm
• Buraxılış sinfində oxuyan və ya tam orta təhsilli
• Qəbul ilində 17 yaşı tamam olan, 20 yaşı keçməyən AR vətəndaşları

📝 Namizədlər sınaq və yoxlamalardan keçdikdən sonra siyahı Dövlət İmtahan Mərkəzinə göndərilir.
📚 İmtahanlar test üsulu ilə 3-cü ixtisas qrupu üzrə (AZ və RU dillərində) keçirilir.

🎓 Təhsil müddəti: 4 il (Azərbaycan dilində)
🎖 Məzunlara diplom və “leytenant” hərbi rütbəsi verilir.
🍽 Kursantlar dövlət hesabına forma, yataqxana və yeməklə təmin olunur.

📅 Sənəd qəbulu: 1 mart – 20 aprel 2026
⏰ Saat 10:00–17:00 (iş günləri)
📍 Daxili Qoşunların Baş İdarəsi
Heç bir imtahan vermədən tələbə olmaq imkanınız var ❗️

Necə❓Çox sadə ❗️

Sadəcə bizə müraciət edərək imtahansız Bakalavr, Magistratura, Doktorantura təhsili alın!

Elə indi müraciət edin!

📞 055 221 13 89
Statistika açıqlandı📢
Diqqət ❗️
Diqqət ❗️