İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
1.49K subscribers
6.39K photos
692 videos
25 files
1.64K links
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus 1 nömrəli ixtisas seçimi mərkəzi
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus Dinamik İnformasiya Mərkəzi

https://telebetehsil.az/

Link:
https://t.me/ixtisas_secimi_dim

+994552219733wp

@telebetehsilmerkezi
Download Telegram
Yazıb-pozan qələm istifadə edənlər üçün VACİB AÇIQLAMA! 9 və 15 mart tarixlərində keçirilən (tam 11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bəzi abituriyentlər cavab kartlarını yazıb-pozan qələmlə doldurublar.

Bu məsələ ətrafında ciddi müzakirələr gedir və bir çox abituriyentdə sual yaranıb: "Bu cür qələmdən istifadə edənlərin nəticələri etibarsız sayılacaq?"

Məsələ ilə bağlı "AzEdu.az"ın Dövlət İmtahan Mərkəzi (DİM)-dən əldə etdiyi məlumata əsasən: Əgər cavablar aydın və düzgün şəkildə oxunursa, yazıb-pozan qələmlə doldurulmuş cavab kartları etibarlı sayılacaq və nəticələr nəzərə alınacaq.

▲ Yəni əsas məsələ: Cavabların sistem tərəfindən düzgün oxunmasıdır.

Bundan əlavə: Buraxılış imtahanının nəticələrinin imtahandan təxminən 7 həftə sonra elan olunması gözlənilir.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlərin) bütün mərhələ və cəhdlər üzrə qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
🔴Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin ve konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
🔴şəhid ailəsinin üzvləri;
🔴valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar
🔴məcburi köçkün statusu olan şəxslər ve II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, O cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadəkuşaqlar.

Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumatı DÌM müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla alır.

Bundan başqa, qeyd olunan kateqoriyalara aid olmayan və ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlərin) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində)iştirakı da dövlət büdcəsinin vəsaiti hesabina olur
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
Tədris Azərbaycan dilindən fərqli dillərdə aparilan Ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali ve orta ixtisas təhsili müəssisələrinə rus bölməsi üzrə sənəd verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən birinci imtahanda iştirak etmək üçün şagird və abituriyentlərin ayrıca qeydiyyatı tələb olunmur. Belə ki, tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan Ümumi təhsil müassisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin bu imtahanda iştirak etmələri üçün məlumatları "şagird-məzun" elektron məlumat sistemindən əldə olunur. Əvvəlki illərin məzunları isə ali və orta ixtisastəhsili müəssisələrinə qəbul olmaq üçün 5 marttarixinədək elektron ərizə dolduran zaman rusbölməsini seçərkən Azərbaycan dili (dövlət dili kimi) imtahanına da qeydiyyatdan keçmiş olurlar. Qeyd edək ki, Azərbaycan dili (dövlət dili kimi) fənnindən birinci imtahan 3 may tarixində
1. informatika (rəqəmsal bacarıqlar) müəllimliyi
2. Riyaziyyat və informatika (rəqəmsal bacarıglar) müəllimliyi
3. Kompüter elmləri
4. Data analitikası
5. informasiya texnologiyaları
6. İnformasiya təhlükəsizliyi
7. Kompüter mühəndisliyi
8. Mexatronika və robototexnika mühəndisliyi
9. Proqram təminatı mühəndisliyi
10. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
11. Sistemlər mühəndisliyi

Qeyd: Ri alt qrupunda 150 ballig ixtisas olmadığı üçün abituriyentlər blokdan 100 balı va Ümumi buraxilis + blok balı 200 bali keçməlidir.
Xeyr. Univeristetə sənəd verərkən fənlər üzrə hər hansı bal limiti yoxdur. Yəni hər hansı fənndən 0 bal toplasanız belə universitetə sənəd vermək şansınız var
Əlbətdə olar . Nəticələrimiz göz önündədir. 74 Balla İdman Akademiyası qəbulumuz. Düzgün ixtisas seçimi nəticəsində sizdə tələbə adını qazana bilərsiniz
Təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamayan tələbələrin təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir.

Bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində normativ təhsil müddətinin sonuncu tədris ilində və ya normativ təhsil müddətindən artıq (müddətli həqiqi hərbi xidmət dövrü daxil deyil) müddətdə təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir.
İmtahan öncəsi stress: Abituriyentlər nələrə diqqət etməlidir? » Tələbə Təhsil Mərkəzi https://share.google/dj7erUOFHuQkVJ3a0
Blok imtahanı üçün qeydiyyat prosesi aprelin 16-ı başlayacaq. Qeydiyyatla bağlı 055 221 97 33 əlaqə nömrəsinə yaza bilərsiniz.
Ətraflı məlumat üçün əlaqə : 055 221 97 33
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tələbə Təhsil Mərkəzinin fəaliyyəti beynəlxalq səviyyədə dəyərləndirildi!

Qazi Universiteti TÖMER ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə iştirakımıza və töhfəmizə görə şirkətimiz rəsmi təşəkkür sertifikatı ilə təltif olundu.

Bu uğur gördüyümüz işin keyfiyyətinin və beynəlxalq etimadın göstəricisidir. Daha böyük nailiyyətlər üçün irəliləməyə davam edirik!
❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
5 aprel tarixində keçirilmiş buraxılış imtahanında istifadə olunmuş tapşırıqların düzgün cavabları