İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
1.49K subscribers
6.4K photos
692 videos
25 files
1.64K links
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus 1 nömrəli ixtisas seçimi mərkəzi
Tələbə Təhsil Mərkəzi şirkətinə məxsus Dinamik İnformasiya Mərkəzi

https://telebetehsil.az/

Link:
https://t.me/ixtisas_secimi_dim

+994552219733wp

@telebetehsilmerkezi
Download Telegram
✅️Artıq tələbələrin köçürülməsi 1 dəfə, yalnız yay tətilində həyata keçiriləcək.

✅️İxtisas dəyişmə ancaq eyni ixtisas qrupu daxilində aparılacaq.

✅️Magistraturada təhsil alan tələbələrin ixtisas dəyişməsinə icazə verilmir.

✅️Təhsil proqramının ən az yarısı qədər kredit toplamamış tələbə transfer ola bilməz.

✅️Son kursda təhsil alan tələbə transfer ola bilməz.

✅️Atestatla xaricdə təhsil alıb, sonra transfer olmaq istəyənlər üçün isə şərtlər sərtləşib və mümkünsüz olub.

✅️Subbakalavrlar nə ixtisas nə də universitet dəyişə bilər.

Daha ətraflı məlumat üçün 055 221 97 33 nömrəmizə yaza bilərsiniz
Qeydiyyatla bağlı 055 221 97 33 əlaqə nömrəsinə yazın
DİM-in əsas prioriteti insan mərkəzli yanaşmadır:

"Hər bir alqoritmin arxasında şəxsiyyəti görürük. Məqsədimiz hər bir iştirakçının gələcək inkişafı ilə bağlı aydın bir istiqamət əldə edə bilməsi üçün imtahanı özünüdərk alətinə çevirməkdir".

Bu fikirləri bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
DİM-in formalaşdırdığı məlumat bazası cəmiyyət üçün "böyük xəzinə" hesab olunur".

Bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti çərçivəsində toplanan məlumatlar cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Bu informasiya yalnız ali və digər təhsil müəssisələrinə qəbul zamanı əldə olunan üçrəqəmli ballarla məhdudlaşmır. Əksinə, həmin məlumatlar növbəti mərhələlərdə dövlət qulluğunda və müxtəlif dövlət funksiyalarının icrasında səmərəli və keyfiyyətli qərarların qəbul edilməsi üçün dəyərli mənbə rolunu oynayır.

Çıxışında ədalət prinsipinə də toxunan nazir bildirib ki, müstəqillik illərində ali və digər təhsil müəssisələrinə qəbul prosesində ciddi dəyişikliklər həyata keçirilib. Artıq 30 ildən çoxdur ki, qəbul prosesi şəffaf və məsuliyyətli şəkildə təşkil olunur.
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
İmtahanlar nə qədər çətin olursa da, ali təhsil müəssisəsinə hər zaman eyni sayda tələbə qəbul olur. Suallar çətin və ya asan olduqda hər kəs üçün eynidir.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 İllik yubileyinə həsr olunmuş "Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

"Azərbaycanda bir çox fənn mütəxəssisləri sualları hazırlayarkən bilik ölçmək yox, qarşısındakını çaşdırmaq məqsədi daşıyır. Bu, bacarıqlar dəyişdirilməlidir", - deyə nazir qeyd edib.
❤1
Buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.

Bunu jurnalistlərə açqılamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin 10 İllik yubileyinə həsr olunmuş "Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur.
Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər.
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
3-cü dərəcə əlilliyi olanlar;
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
İşsiz kimi qeydiyyatda olanlar;
Yaşa görə əmək pensiyası alanlar;
Yaşa görə sosial müavinət alanlar.
Standart TTK 6 faizlə verilir. Standart TTK almaq üçün tələbə aşağıdakı şərtlərin hamısına aid olmalıdır.
1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olduqda;
2.İllik təhsil haqqının 20 faizini özü ödədikdə;
3.Sosial TTK almaq hüququ olmayanlar;
4. Birinci tədris ilinin ilk semestri üçün DİM imtahanında əldə etdiyi qəbul balına baxılır:
- Bakalavr səviyyəsi üçün 250 (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal);
- Magistratura səviyyəsi üçün 50 (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 30 bal;
- Subbakalavriat səviyyəsi üçün 110 bal;
- Yüksək texniki peşə və texniki peşə təhsili səviyyəsi üçün attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortası 3.

Qeydiyyat üçün əlaqə: 055 221 97 02
✅️Artıq tələbələrin köçürülməsi 1 dəfə, yalnız yay tətilində həyata keçiriləcək.

✅️İxtisas dəyişmə ancaq eyni ixtisas qrupu daxilində aparılacaq.

✅️Magistraturada təhsil alan tələbələrin ixtisas dəyişməsinə icazə verilmir.

✅️Təhsil proqramının ən az yarısı qədər kredit toplamamış tələbə transfer ola bilməz.

✅️Son kursda təhsil alan tələbə transfer ola bilməz.

✅️Atestatla xaricdə təhsil alıb, sonra transfer olmaq istəyənlər üçün isə şərtlər sərtləşib və mümkünsüz olub.

✅️Subbakalavrlar nə ixtisas nə də universitet dəyişə bilər.

Daha ətraflı məlumat üçün 055 221 97 33nömrəmizə yaza bilərsiniz
Əlbətdə ki xeyr. Tibb kursunu bitirən şəxslər universitetə sənəd verə bilməz.
İmtahan necə keçdi ?
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Təhsilə dair hər şey artıq bir ünvanda toplanıb.
Kurs seçimindən ixtisas yönləndirilməsinə, fərdi inkişafdan yüksək nəticələrə qədər bütün mərhələlər N1 Tələbə Təhsil Mərkəzində ən yüksək səviyyədə təqdim olunur.

Burada məqsəd sadəcə dərs keçmək deyil — hər bir tələbənin potensialını üzə çıxarmaq, düzgün istiqamət vermək və onu uğura aparmaqdır.
Peşəkar müəllim heyəti, müasir tədris yanaşması və nəticəyə fokuslanan sistem ilə fərqlənirik.
❤1
Diqqət❗️
Diqqət❗️
Qeydiyyatla bağlı 055 221 97 33 əlaqə nömrəsinə yazın
İxtisas Seçimi (TTM şirkətinin DİM şöbəsi)
Photo
19 aprel tarixində aşağıdakı imtahanlar keçiriləcək:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

7. Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı