𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
Gənclər salamm
Keçən dəfə demişdim ki, terapi yönümlü kitabdan sizə yazılar yazacam. Və çox maraqlı bir hissəni oxuyuram. Əsassız düşüncələrlə bağlıdır.

Bu gün sizə maraqlı taktika haqda məlumat verəcəm.🌌

Nədir bu taktika və nə üçün lazımdır?
Əgər özünü depressiyada hiss edirsənsə və olumsuz düşüncələrindən xilas ola bilmirsənsə bu üsulu mütləq sən də sına və nəticələri bizimlə paylaşa bilərsən❤️
Əsassız düşüncələrimizi əsaslı və məntiqli düşüncələrə dəyişmək üçün üsuldur. Bilirik ki, düşüncələrimiz duyğularımıza və eləcə də duyğularımız bizim davranışlarımıza təsir edir. Bundan dolayı davranışını, vərdişini dəyişmək istəyirsənsə ilk öncə düşüncəni dəyişməkdən başlamalısan.✅

Bir kağız götür və qələmlə iki sütuna böləcək şəkildə, yuxarıdan aşağıya doğru iki xətt çək.

🖋Birinci sütuna nə yazırsan?
Daim ağlına olan və səni narahat edən, motivasiyadan salan düşüncələri yazırsan. (Məsələn, mən heç nəyi doğru edə bilmirəm və ya hər kəs məni axmaq görür)


🖋İkinci sütuna nə yazırsan?
Məntiqli cavab.
Məsələn, bayaqki düşüncəyə cavab yazıram. "Bir çox şeyi doğru edirəm, bəzən ola bilər ki, səhvlərim olur lakin bu səhvlər məni bacarıqsız olduğum anlamına gəlir. Bacardığım və doğru şəkildə etdiyim şeylər çoxdur.

Bu şəkildə əsassız düşüncənizə məntiqli və doğru, real şəkildə cavab verin. Lakin bunu şifahi deyil daim yazılı şəkildə edin.
Hər gün 10-15dəqiqənizi buna ayıra bilərsiniz, qısa zamanda effektini görəcəksiniz✨
👍4
Bu həyata sən sadəcə bir dəfə gəlirsən.😶 Yaşamaq üçün sadəcə 1 şansın var.🎈 Bunu bərbad etmə, başqasının da bunu bərbad etməsinə izin vermə.🌝 Əz keç hamsını. Al qarşına bütün maneələri.😼 Yox et hamısını!💥 Dağıt, keç hər birini, amma əsla səni əzib keçmələrinə izin vermə.⚡️ Həm fiziksəl olaraq, həm də zehinsəl olaraq sərhədlərini çətinləşdir.💎 Xəyallarını yaz, planlarını et, bu gün belə etsəm, sabah belə olar de!🌸 Ya da heç nə edə bilmirsənsə pozitiv qal ətrafına mənfi enerji yaymağı burax.🌈 Hər mövzuda pis fikirləşməyi burax. Özünün ən yaxşı versiyasını yarat,edə bilərsən bunu☘ Mən sənə güvənirəm, sən də özüvə güvən..💗💗
❤1
Necə daha çox uğurlu olar bilərsən?💫
Bu xüsusiyyətləri qazanmağa çalış☄:

•Dəqiqlik - insan həmişə öz işini dəqiqliklə və vaxtlı-vaxtında yerinə yetirməlidir😌

•Özünəinam - insan hər hansı bir problem və ya vəziyyəti həll edərkən ilk verdiyi qərardan şübhələnməməlidir😉

•Xeyirxahlıq - başqa insanların problemlərindən üz döndərmək lazım deyil, məsləhət və hərəkətlərlə onlara kömək etmək lazımdır🤍

•İnadlılıq və məqsədə yönəlmə insan başladığı işi sona çatdıracaq qədər inadcıl olmalıdır💖
👍1
📚Kitab Oxumağın Faydaları📚

1. Yaddaşı gücləndirir.💫💗
2. Diqqət və konsentrasiyanı artırır.💫💗
3. Danışıq qabiliyyətini inkişaf etdirir.💫💗
4. Yazı qabiliyyətini artırır.💫💗
5. Bilik əldə edirik.💫💗
6. İnsanlara sakitlik və hüzur verir.💫💆‍♀💆
7. Stressi azaldır.💫💗
🥰4
📌Heç bir şey üçün çox gec olmadığını, hər dəfə yenidən başlaya biləcəyini bilməlisən!

🌟Bu həyatdakı məqsədini tap və hekayəni ona uyğun yaz! Həyatının məsuliyyəti səndədir, bunu unutma💡
Forwarded from Psixoloq Arya Mahmud (Nazrinn)
Depressiv düşüncələr hansı aralıqlarda səni narahat edir?
Anonymous Poll
45%
Çox tez tez
31%
Günün bütün hissəsində
19%
Nadirən
20%
Əskər hallarda
👍3
Psixoloq Arya Mahmud
Depressiv düşüncələr hansı aralıqlarda səni narahat edir?
Depressiv düşüncələr əsasən düşüncə xətalarından dolayı artır.
Və eləcə də bu yanlış düşüncələrdən dolayı stressli, kədərli, üzgün, yorğun, neqativ hiss edirik.

Əgər dəyişmək istəyiriksə ilk öncə düşüncələrimizdən başlamalıyıq. Amma necə? 🤔


Bu barədə sabah ətraflı paylaşım olacaq inşaAllah🥰
👍3
Hər zaman dediyimiz "mental cəhətdən dəyişməyə çalış", "özünü dəyişmək üçün düşüncələrini dəyiş"- kimi məşhur fikirlərimiz daim ağlımızdadır.
Və elə düşüncələri dəyişməkdən başlayırıq. 👍🏻
❓Bəs düşüncələr bizim duyğularımıza necə təsir edir?

✅ Düşüncələrini müəyyənləşdir və əzmlə dəyişmək üçün çalış.

#mentalhealth #minds #düşüncə #bilişselgelişim

https://www.instagram.com/p/CnY0RhEAzdYd3q3xe8b-KtIYLB2a1Z9a_XuDdI0/?igshid=YmMyMTA2M2Y=
✅Dərs Oxumağı Əngəlləyən Amillər📚

✔️Motivasiya əksikliyi☘

✔️Keçmişə ilişib qalmaq🍂

✔️Narahat/az yuxu rejimi😴

✔️Proqramsız dərs oxumaq📝

✔️Həddindən artıq narahatçılıq🥲

✔️Əhval-ruhiyyənin yaxşı olmaması☹️

✔️Telefonda saatlarca vaxt keçirmək📱

✔️Test işləyərkən bir suala ilişib qalmaq📚

✔️Çətinlik çəkdiyiniz dərsləri oxumamaq❌

✔️Ətraf mühit faktorlarından təsirlənmək💆‍♀

✔️Dərs oxuyarkən hədəfləri düşünməmək🎯

✔️Çalışmadığın üçün vicdan əzabı çəkmək🥹
👍2