𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.05K subscribers
1.14K photos
216 videos
2.69K files
218 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Stress diliniz hansıdır?"

•Savaş

•Donub qalmaq

•Qaçmaq


@kitab_severler💘
❤7❤‍🔥4👍2🕊1🐳1🏆1🤝1💘1
Necə ki biz hər gün qida qəbul edirik,bu bizim sağlamlığımız və gümrah olmağımız,enerjimiz üçün vacib amildir,eyni zamanda düşüncələrimizi də qidalandırmalıyıq.Şəxsiyyətimizi inkişaf etmək üçün oxumalıyıq,cəhdlər etməliyik,eləcə yerində sayanlardan olmamalıyıq.🫶🏻


@kitab_severler
❤‍🔥8👍6🕊1😍1🆒1
•Ümid olduqca hər yeni gün yeni bir başlanğıcdır..🫶🏻

@kitab_severler
❤‍🔥9❤5🍓2💅1🆒1
Bəzən həyat bizi tanış yollarla yox, tam fərqli istiqamətlərə aparmaq üçün silkələyir. Dəyişiklik qorxulu ola bilər, amma eyni yerdə qalmaq daha təhlükəlidir. Sən güclüsən, yeniliklərə açıq ol və özünü məhdudiyyətlərə yox, imkanlara fokusla!🤌🏻

Unutma:
• Rahatlıq zonası böyümək üçün deyil, dincəlmək üçündür.
•Əgər yol səni həyəcanlandırmırsa, deməli, doğru yolda deyilsən.
• Dəyişiklik külək kimidir – ya ona qarşı gedərsən, ya da qanad açıb uçarsan!

Yeni imkanlar, yeni yollar və daha güclü sən!🫶🏻💘

@kitab_severler
❤‍🔥6❤5🤩1🕊1😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir daha əsla bu yaşda olmayacaqsan.
Buna görə də xoşbəxt olacağın şeylər et!💘


@kitab_severler
❤‍🔥8🕊2🍓2❤1🌚1💋1
Bəzən təbiət insanın ən yaxşı dostudur, səni dinləyir və dərdini bölüşür.
bəzən özümüzü təbiətin qoynunda tərk etməli oluruq, onu daha yaxından bilmək üçün əminəm ki, bu qayalar, bu otlar, bu lal sular insanlardan daha anlayışlıdır..💘


@kitab_severler
❤‍🔥5🕊4❤3🌚3💯3💋1
Bəzən özümüzü yüklü, böyük bir məsuliyyətin altında hiss edə bilirik və bizdən gözlənilən nəticəni almadıqda bu, bizə təsir edir, bəzən özümüzü günahlandırır, istəmədən özümüzə zərər veririk.
Amma unutmayaq ki, “bizdən dəyərli heç nə yoxdur”. Nə olursa olsun, olsun. Ölümdən başqa hər şeyin çarəsi var...🫶🏻💞

@kitab_severler
❤10🌚4❤‍🔥2🤩1🕊1🍓1🆒1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xüsusilə də imtahana az qaldığı bir dönəmdə bu postu paylaşmağı özümə borc bildim.

Uşaqlıq dövründə övladınıza etdiyiniz basqılar,onları başqaları ilə müqayisə etmək onların gələcək həyatına çox təsir göstərir. Onların "yaxşı nəticə toplamağını" istəməyinizi anlayıram,lakin bunu onları sıxaraq dilə gətirməyiniz heç xoş hal deyil. Bu kimi hallar travmalara səbəb ola bilər. Gələcəkdə övladınız daim özünü "yetərsiz" hiss edəcək və daim özünü başqaları ilə müqayisə etmək məcburiyyətində olacaq. Əziz valideynlər,övladınıza " daim yanındayam, başqaları səndən artıq deyil,nə qədər bal toplamağın vacib deyil. Önəmli olan necə bir şəxsiyyət olaraq yetişməyindir və nə olur olsun biz səni sevirik" deməyi unutmayın. İmtahan dövründə çox ailələr övladlarını sıxır,təzyiq göstərirlər. Bu da onların həddən artıq stress keçirməyinə,qorxmağına səbəb olur. Hətta bəzi abituriyentlər buna görə intihar edir. Bunların hamısını nəzərdən keçirin və övladınızın çətin dönəmlərində onlara dəstək olun...🫶🏻🌷


@kitab_severler
❤‍🔥3🍓3🤩2🌚2🔥1🕊1🍾1💅1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Övladlarınızın yanınızda olmağınız onları təsəvvür etdiyinizdən qat-qat xoşbəxt edir..Təkcə maddi dəstəklə onlar özgüvənli olmaz. Onlardan mənəvi dəstəyinizi əsirgəməyin... Xüsusilə də ən çox ehtiyacı olan dönəmlərdə..🫠🫶🏻

@kitab_severler
❤‍🔥9❤7😍2🌚2🤩1🕊1
Bayramınız mübarək, gözəl xanımlarım💗
❤‍🔥13❤7🍓5😍2🤩1💯1💘1
Ömrümüzün dörddə biri məktəb həyatında, dörddə üçü isə həyat məktəbində keçir. Həyat məktəbi üçün ən zəruri məlumatları məktəb həyatında öyrənə bilmirik. Biz məktəbdə oxumağı öyrənirik, amma öyrənmək haqqında çox şey oxuya bilmirik. Buna görə də öyrənərkən sıxılırıq, yoruluruq, tez bezirik və dərslərdə uğursuz oluruq. İndi öyrənməyi yenidən öyrənmək vaxtıdır! Biz daha sürətli , daha asan və daha qalıcı öyrənməyi öyrənə bilərik. Düzgün üsullarla yaddaşımızı gücləndirə və zehnimizi daha çevik edə bilərik.🫶🏻

@kitab_severler
❤9😍8❤‍🔥2🔥2🕊1🍓1💘1
Sabahınız xeyir olsun, əziz izləyicilərim🫶🏻

Bəzilərimiz nə qədər çalışsalar da xoşbəxt olmadıqlarından gileylənirlər. Bəs niyə xoşbəxt ola bilmirlər? Maraqlıdır.. Bu barədə bir az düşünsək,axtarış etsək müxtəlif versiyalarla qarşılaşacağıq,lakin hamımız bir nöqtədə kəsişəcəyik. Bəlkə də, biz xoşbəxtik,amma bunu anlamırıq? Yəni "xoşbəxtlik" konsepsiyasını dərk edə bilmirik... Xoşbəxtliyin içində xoşbəxt olduğumuzu bilmirik. Çoxumuz gizlin xoşbəxtik,amma dərk edə bilmirik.. Və xoşbəxtlik axtarışında olarkən zaman itirir,əlimizdəkinin qədrini bilmirik...🫠

Çalışın ki, "xoşbəxtlik" anlayışını dərk edəsiniz. Bir uşağın sizə gülümsəməsi ilə də xoşbəxt ola bilərsiniz, bir yaşlıya kömək edərkən də... Ya da işinizdə,ailə həyatınızda,qurduğunuz münasibətlərdəki uğurlarla xoşbəxt ola bilərsiniz.. Xoşbəxtlik böyük mala, mülkə,pula,bahalı evə və ya maşına sahib olmaq deyil.

Xoşbəxtlik kiçik əllərdə böyük ürəyə sahib olmaqdır,bəlkə də🫠💘

@kitab_severler🌷
❤‍🔥8🔥4❤3😍2💘2🍓1💋1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Başqalarının sizə necə davranacağını söyləyən sizsiniz..💞

@kitab_severler🌷
💅12❤‍🔥4🌚3🍓3🆒2🕊1💘1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mükəmməlliyətçi valideynlər və travmalı övladlar...

Valideynlər övladlarının hər bir nəticəsini qəbul etməlidirlər, pis ya yaxşı fərqi yoxdur.
Videodakı tipdə olan valideynlərə görə bu gün bir çox fərdlərimiz daim özünü yetərsiz hiss edir. Yaşadığı münasibətlərdə belə uğursuzluq olanda daim özündə günah axtarır,öz yetərsizliyinə görə xoşbəxt ola bilmədiyini düşünür. Övladlarınızın gələcəyi üçün belə şeylər etməyin.



@kitab_severler🫶🏻
❤11❤‍🔥3🌚2🤩1🕊1😍1💘1🦄1
Bayramınız mübarək,əziz izləyicilərim❤️
❤9❤‍🔥3🔥2🤩1😍1
Sabahınız xeyir olsun, əziz izləyicilərim🫶🏻

💥Günün sualı:

Daha çox keçmişi düşünürsünüz yoxsa gələcəyi?🫠
❤‍🔥3🤩2🕊2🦄2❤1🔥1🍓1🍾1