𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
8.96K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
🖋 Sabahattin Ali
📚 Yeni dünya
🌟 Frana Kafka 🌟

Doğum tarixi~ 3 iyul 1883

Doğum yeri~ Praqa, Bohemiya, Avstriya-Macarıstan (indiki Çexiya Respublikası)

Vəfat tarixi~ 3 iyun 1924 (40 yaşında)

Vəfat yeri~ Kirlinq, Klosternoyburq, Aşağı Avstriya, Avstriya

Dəfn yeri~ Yeni Yəhudi qəbiristanlığı
Frans Kafkanın qəbri

Vətəndaşlığı~ Avstriya, Çexoslovakiya

Milliyyəti~ işkinaz yəhudis

Atası~ Herman Kafka

Anası~ Yuliya Kafka

Təhsili~ Alman Karl-Ferdinand Universiteti, Praqa

Fəaliyyəti~ roman yazıçısı, təmsil yazıçısı, hekayə yazıçısı aforizmlər müəllifi, gündəlik yazıçısı, tərcüməçi, vəkil, ssenarist, şair-vəkil, claims adjuster, nasir, yazıçı

Fəaliyyət illəri 1904-cü ildən

Əsərlərinin dili~ alman

İstiqamət~ modernizm
absurdizm

Janr~ modernizm, Belletristika,hekayə, Pritça, roman

Tanınmış əsərləri~ alm. Die Verwandlung‎ (Çevrilmə)

alm. Der Process‎ (Məhkəmə)

alm. Das Urteil‎ (Hökm)

alm. Das Schloss‎ (Qəsr)

alm. Betrachtung‎ (Düşünmək)

alm. Ein Hungerkünstler‎ (Aclıq sənətçisi)

alm. Briefe an Felice‎ (Felisiyaya məktublar)
📚Çocuk Eğitiminde Pozitif İletişim

🖋Pedagog Adem Güneş

🌈 Ailede mutluluğun en temel esaslarından biri de ‘güven duygusu’dur. Daha önce
izah edilmeye çalışılan ‘duyusal’ iletişimde ‘fıtrî’ olma gayreti, aile fertlerinin aynı zamanda birbirine karşı ‘güven’ duygusu geliştirmesine de sebep olur. Zira aile içindeki fertlerin birbirleri ile kurdukları iletişimde, ‘yapmacıklığa’ ve ‘sanki
kendilerinden bir şey gizleniyormuş gibi’ iletişim kurulmasına tahammülleri
yoktur. Güven ihtiyacı da ‘fıtrî’ bir zorunluluktur, lüks değildir.
🖋Ernest Heminquey
📚Əlvida, silah!

🌈 O il yayın axırlarında biz kənddə dayanmışdıq, qaldığımız balaca evdən çay və düzəngah
görünür, bunlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağına günün altında quru və ağ
görünən qənbər və çınqıl döşənmişdi, su isə şəffaf və iti idi, axarlarda göm-göy olurdu. Evin
yanındakı yolun yanından qoşunlar keçirdi, onların qaldırdıqları toz ağacların yarpaqlarına
yatırdı. Ağacların gövdələri, də toz ilə örtülmüşdü və həmin il yarpaqlar tez tökülməyə
başlamışdı, biz də qoşunların yol ilə necə getməyinə, tozun burularaq havaya qalxmağına,
küləyin tökülən yarpaqları qabağına qatıb aparmağına, sonra isə ağaran boş yolda ancaq
yarmaqların tökülüb qalxmğaına baxırdıq...
Qarşımda nazlanıb yеnə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən dеsəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şеhə bənzəyir.

Sənin gülüşlərin bir ruzgar кimi
Əsərкən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar кimi
Ruhuma bir sərin işıq saçılır.

Söylə, gözəllərin dodaqlarından,
Bu oynaq gülüşlər umulmuşdur?
Sənin hər qəhqəhən ay кənarından
Кеçən buludmudur, uçan quşmudur?

Sənin gülüşlərin🌝
🖊 Mikayıl Müşfiq

Kitabsevərlər🌙
🖋Qabriel Qarsia Markes
📚Vəba günlərində eşq

💥Nobel mükafatçısı Qabriel Qarsia Markesin “Vəba günlərində eşq”
romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl
Fermina Dasanın məhəbbəti haqqındadır. Əsərin qəhrəmanı Florentina
Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı
şəxsə – doktor Xuvenal Urbinoya ərə gedir. Bu evlilikdə Ferminanın
atasının da böyük rolu olur. O, kasıb teleqrafçının yox, tanınmış həkimin
qayınatası olmağı üstün tutur. Bunun üçün bir çox əziyyətlərə
qatlaşaraq xoşluqla olmasa da qızını yolundan döndərə bilir.
Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz
məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı
günə olan inamı onu heç vaxt tərk etmir.
Ağrı-acılar, təsadü￾i eşqlərlə dolu zaman keçir və Florentina da varlı,
cəmiyyətin hörmət etdiyi şəxs olur. Və düz 51 il 9 ay 4 gündən sonra
sevgisinə – illərlə həsrətini çəkdiyi Ferminasına qovuşur. Bununçün o,
səbirlə doktorun ölümünü gözləyir.

Kitabsevərlər📚
💎 Məhəmməd Füzuli _dühası_ 💎

✍🏻 _Məhəmməd ibn oğlu Süleyman(1494,Kərbəla-1556,Kərbəla)_
_Orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur._

Yaradıcılığı ✨

✍🏻 _Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir_
✍🏻 _Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir._
✍🏻 _Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir_
✍🏻 _Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır._

Əsərləri ✨

✍🏻 _Fars və Azərbaycan dilində divan_
_"Qəsidələr divanı"-_
_Azərbaycan, fars və ərəb dilində yazılmış divan;_
_"Mətləül-etiqad"- ərəbcə fəlsəfi traktat_

_Farsca əsərləri:_
_"Həft cam" (Yeddi cam) və ya "Saqinamə" — alleqorik poema;"Səhhət və Mərəz"- farsca və nəsrlə yazılmış_ _alleqorik əsər;"Rindü Zahid"-_
_nəsrlə yazılmış iki baxışın dialoqu._

_Türkcə (azərbaycanca) əsərləri:_
_"Bəngü Badə" (Tiryək və Şərab)-poema;"Söhbətül-əsmar" (Meyvələrin söhbəti)- poema;"Leyli və Məcnun" — poema (alleqoriya olmayan yeganə poeması);_
_"Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) – şairin həcmcə_ _ən böyük əsəri_
_ənənəvi-müştərək mövzuda yazılıb._

Füzulisevərlər ✨
Kitabsevərlər📚✨
🖋Gabriel Garcia Marquez
📚POLKOVNİKӘ MӘKTUB
YOXDUR
🖋 Jose saramago
📚 Bilinmeyen bir adanın öyküsü

✏️ bilinmeyen adaların kalmadığına inanılan bir dönemde bilinmeyen ada arama cesaretine sahip bir adamla böyle bir cesareti görüp hayatını değiştirebileceğine inanan bir kadının büyük usta aaramago'nun eşsiz anlatısında edebiyat tarihine geçen yolculukları böyle başlar.

_kitapdan birkaç alıntı_
🕸️ sevmek sahiplenmenin en güzel biçimidir herhalde, sahiplenmek ise sevmenin en kötü biçimi.
🕸️ eğer kendinden çıkamazsan, asla bilemezsin kim olduğunu.

_xoş oxumalar_ 🎈
kitabsevərlər📚
Yalnız Ulu Türkə, Xəlil Rzaya,
Yalnız öz ruhuna inamın olsun.
Ey arslan ürəklim, dönmə quzuya,
Qələbə ən böyük məramın olsun
Yalnız öz ruhuna inamın olsun !

Güllə tükənərsə avtomatında,
Baxışın güllədir, əsirgəmə,vur.
Tankın büdrəyirsə əlin altında,
Tankdan, raketdən də güclü qardaşım,
Vur, fateh külünü göylərə sovur.
Baxışın güllədir, əsirgəmə,vur !

Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni çopur.
Dön qaynar polada ilan ağzında,
Vur,ölən daşnakdır, adam deyil,vur !

Daşnak – planetə ən böyük yağı
Ayağı altında vulkan olmalı !
“Dənizdən dənizə…” deyən alçağı
Boğmağa ildırım, ümman olmalı.
Ayağı altında vulkan olmalı !

Çağırır Zəngəzur: – Zərbəni bərk vur !
Səngərdə möhkəm dur !.. Çağırır Göyçə.
Laçınım, Şuşa adlı sonsuz cahanım –
Natəmiz əllərdə qalan gülqönçə…

Çağırır ox kimi minarələri,
Müqəddəs heykəli devrilənlərim.
Yıxılan baş daşı, məzarı, qəbri
Nəbatat bağına çevrilənlərim,
Müqəddəs heykəli devrilənlərim.

“İntiqam” Qışqırır yaralı dağlar,
Qanları çaylara qarışanlarım.
Dağılan tifaqlar, sönmüş ocaqlar,
Şikəst taleyilə barışanlarım,
Qanları çaylara qarışanlarım.

“İntiqam” qışqırır yaralı çaylar –
Zarıslı, Xəlfəli, Xaçınçay, Tərtər.
Çaylara nə söylər ulduzlar, aylar:
Qul kimi sürünmək ölümdən betər !

Qalıbsa canında bircə damla qan,
İnanma saxtakar sülhbazlara sən.
Şuşadan, Laçından əl çəkən, inan,
Kor olur, əl çəkir iki gözündən
İnanma, saxtakar sülhbazlara sən.

Əgər ölməyibsə eşqin,qeyrətin,
Vur,ölən daşnakdır, zərbəni bərk vur !
Odur ilk düşməni bəşəriyyətin.
Yırtıcı nifrətim düşməni qovur,
Gəbərən daşnakdır, adam deyil,vur !

🖋 Xəlil Rza Ulutürk
⚜ "Vur" şeiri

KitabSevərlər📚
📌İbtidai sinif dərsləri keçirilir 🤩
🧮📝Azərbaycan dili və Riyaziyyat fənnindən dərslər keçirilir.
📍Həftədə 3 dəfə 2 saat olmaqla keçiriləcək dərslərimiz
📍Üç aylıq paketlə
Qiymət : aylıq 60 azn
📖🖇Dərslər qrammatika və test tapşırıqlarının 1 ci sinifdən başlayaraq üç aydan bir yeni sinifə keçid etməklə dəvam edəcək.
📚Dərslər pedaqoq tərəfindən keçiriləcək.
Əlaqə üçün: @GMaisli
𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋 pinned «📌İbtidai sinif dərsləri keçirilir 🤩 🧮📝Azərbaycan dili və Riyaziyyat fənnindən dərslər keçirilir. 📍Həftədə 3 dəfə 2 saat olmaqla keçiriləcək dərslərimiz 📍Üç aylıq paketlə Qiymət : aylıq 60 azn 📖🖇Dərslər qrammatika və test tapşırıqlarının 1 ci sinifdən başlayaraq…»
Axşamınız xeyir, kitabsevərlər ailəsi☺️

Biz bir müddətlik paylaşımları dayandırırıq. Çünki imtahanlarımız var.🙁
İnşAllah gələn aydan davam edəcəyik. Ümid edirəm ki, bu müddət ərzində kanaldan ayrılmazsınız.😊
Təşəkkürlər📚🌹