𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
8.97K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
🖋 Gavin Kennedy – Danışıqlarla hər şeyi Razılaşdır (PDF)

📌Bu kitabda danışıqların aparılması üzrə dünyanın aparıcı ekspertlərindən biri olan Gavin Kennedy iddia edir ki, danışıqlarda hər şeyi razılaşdırmaq olar. Siz hər şeyin danışıqlarla həll edilə bilməyəcəyini düşünəndə, özünüzü, şirkətinizi və sizə mal satanları, yaxşı sövdə bağlamaq imkanından sadəcə olaraq məhrum edirsiniz. Danışıqlar sadəcə olaraq biznes əməliyyatının elə strukturlaşdırılmasıdır ki, ona daxil olan hər kəs maksimum xeyir götürsün. Öz saatını gözləyən daha yaxşı təklif həmişə var.

@kitab_severler 📚
Qurban Səid - Əli və Nino.pdf
1.2 MB
Qurban Səid - Əli və Nino(PDF)

📌Əli rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq,Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi üçün həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər Əli obrazını yaradır. Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin bəzi səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara,xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir.Ninonun atası isə əvvəlcə tərəddüd edir,lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.

@kitab_severler📚
Dünyada mənə heç bir şey təbiətən qəmgin bir insanın zorla gülümsəməyə çalışması qədər acı görünməmişdir..

🖋Səbahəddin Əli- Xəz paltolu Madonna

@kitab_severler📖
Anna Karenina - Lev Nikolayeviç Tolstoy ( PDFDrive.com ).pdf
4.3 MB
 🖋 Lev Tolstoy- Anna Karenina

Kitabın təsviri📖~ Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: həyat yoldaşı, oğlu, evi, sərvəti, adı. Amma, o, heç nəyə baxmadan bunların hamısından imtina edib, həyatını çətinləşdirir..

📝 Çox sevdiyin, amma geri qaytara bilməyəcəyin insanların ən pis tərəfi onları hər xatırladığında səni təkrar-təkrar tərk etmələridir..

@kitab_severler📚
F.M.Dostoyevski - İdiot.pdf
44.4 MB
🖋 Fyodor Dostoyevski- İdiot

Kitabın təsviri📖~ Fyodor Dostoyevski bu əsərində, sara xəstəsi bir gənc adamın mərkəzinə yerləşdirdiyi bir dünyada dürüst və açıq bir insan olaraq yaşamağın çətinliklərinə toxunmaqda və cəmiyyətin nə qədər də iki üzlü bir sistem üzərinə söykənərək ayaqda dayandığını göz önünə çıxarır. Belə bir dünyada dürüst olmaq "idiot" olmaqdır. Roman bir Dostoyevski klassikası olaraq son dərəcə axıcı və dərindir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir.

📝Nə çox şey istəyirdim. Amma indi heç bir şey istəmirəm. İstəmək də istəmirəm. Belə bir söz verdim özümə, artıq heç bir şey istəməyəcəyəm..

@kitab_severler📚
Dönüşüm - Franz Kafka ( PDFDrive.com ).pdf
377.3 KB
🖋 Franz Kafka- Dönüşüm

Kitab haqqında📖~ "Gregor Samsa bir səhər pis bir yuxudan oyananda özünü yataqda qorxulu bir böcəyə çevrilmiş halda görür."  Daha ilk cümləsi ilə belə kitabın sonunu maraqlandıran bir mövzu.. Səhifələr irəlilədikcə Gregorun həyatını böcək kimi davam etdirmək cəhdinin, ailəsi və yaxın çevrəsinin bu vəziyyət qarşısında tərəddüdünün şahidi oluruq.. Normal həyat axınında ortaya çıxan bu dəyişiklik əslində Frans Kafkanın cəmiyyətdəki stereotipik nizama qarşı üsyanıdır. Cəmiyyətdən fərqlənən insanların kənarda qalmasını tənqid edir.

📝Paltom belə mənə ağırkən, bütün dünyanı belimdə necə daşıyım?

@kitab_severler📚
Oğuz Atay - Tutunamayanlar.epub
594.7 KB
🖋 Oğuz Atay- Tutunamayanlar

Kitabın təsviri📖~ Səlim Işığın intihar etdiyini öyrənən Turgut Özbən, laqeyd olduğunu düşündüyü dostunun keçmişini izləməyə və Səlimin tanıdığı insanlar vasitəsi ilə onu tanımağa çalışır. Hər insana fərqli bir tərəf göstərən Səlim obrazı, Turqutun bu insanlarla danışması nəticəsində sizlər və Turqut üçün aydın olacaq. Romanda çox adam var, amma hər biri əslində Səlimin həyatında olan insanlardır və bütün hekayələr Səlim Işığı işıqlandırır. Səlim Işıq düşünən və sorğu -sual edən şəxsin simvoludur və buna görə də həyata tutuna bilmir və bacarıqsız olur..  

📝 Ən pisi də nə bilirsənmi?
İnandığın hər şeyin yalandan ibarət olduğunu fərq etmək.

@kitab_severler 📚
Marc Levy – Üfüqün Əks Tərəfi @pdf_kitablar.pdf
34.9 MB
🖋Marc Levy- Üfüqün əks tərəfi

Kitabın təsviri 📖~ “Üfüqün əks tərəfi” əsəri nevroloji elmlər sahəsində təhsil alan üç tələbənin həyatından bəhs edir.
Coş, Luk və Hop adlı bu üç gənc, beyin hüceyrələri arasındakı əlaqələr toplusunu özündə birləşdirən və insan yaddaşındakı bütün informasiyaları birlikdə toplaya bilən bir informasiya kartı hazırlamaq qərarına gəlir. Lakin gənclərdən birinin ölümcül xəstəliyə düçar olması, onların tədqiqatlarının məğzini dəyişir. Beləliklə, onlar reallaş­dırılması mümkünsüz görünən ideyalarını həyata keçirtmək üçün işə girişirlər. Üfüq sadəcə bir sərhəddir, onun əks tərəfində mümkünsüzlük yox, sərhədsizlik mövcuddur. Reinkarnasiyaya inananlar üçün bu roman gələcək haqqında sətiraltı mesajdır, inanmayanlara fantastika.
Realistlər üçün utopiyadı, xəyalpərəstlər üçün ümid..🎐

📝Ancaq xoşbəxt olmaq üçün risk etmək lazımdır. Məncə, sən bu monoton həyatının divarlarını yıxmağa hazır deyilsənsə, bəlkə də xoşbəxt bir həyat istəmədiyin üçündür..

@kitab_severler📚
Bu gün Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə erməni generalını və polkovnikini öldürərək Polad Həşimovun qisasını alan şəhidimiz Cəbrayıl Dövlətzadə'nin doğum günüdür. Ruhu şad olsun qəhrəmanımızın🤍
Sylvia Nasar - Akıl Oyunları.pdf
3.1 MB
🖋Silvia Nasar- Ağıl oyunları

Kitab haqqında📖~ Bu kitab Nobel mükafatı laureatı Riyaziyyat dahisi John F. Nashin dramatik həyat hekayəsidir. Karyerası qısamüddətli olan Nash, otuz illik şizofreniya xəstəliyindən sonra möcüzəvi şəkildə sağalır və Nobel mükafatına layiq görülür. Zehin Oyunları, dünyanın digər riyaziyyatçılarının "qeyri-mümkün" olaraq qələmə verdiyi bir sıra problemləri həll edərək riyaziyyat dünyasını heyran edən, otuz yaşlı əfsanəvi dahi Con Forbes Nashin göz qamaşdırıcı yüksəlişini nümayiş etdirir. Duygusal bir hekayə olan Ağıl Oyunları riyazi elmin sirli dünyasını və dəlilik faciəsini ortaya qoyur.

📝Xoşbəxt olmaq hər şeyin yaxşı olması demək deyil. Xoşbəxt olmaq, göz ardı etməkdə ustalaşmaqdır.

@kitab_severler📚
Başak Sayan - Sen Değişirsen Her Şey Değişir.pdf
1.9 MB
🖋 Başak Sayan- Sən dəyişsən hər şey dəyişər

Müəlifdən📖~ İnsan taleyini dəyişə bilərmi? İllər əvvəl bu sualı mənə versəydilər, qətiyyən yox deyərdim. Mənim üçün tale heç vaxt dəyişdirilə bilməyəcək bir şey idi və hər kəs bu taleyə boyun əyməli idi. O vaxt hələ öz daxili səyahətimə başlamamışdım və kainatın böyük sirlərini kəşf etməmişdim. Hər şey uzun illər əvvəl yaşadığım bir depressiyadan başladı. Niyə həmişə eyni şeyləri yaşayıram? Sual ağlımdan çıxmadı. Çünki insanlar dəyişsə də, yaşadığım hadisələr həmişə eyni olurdu. Sanki eyni yerdə sıxışan bir filmdə oynayırdım. Qarşımdakı oyuncular daim dəyişir, amma ssenari heç vaxt dəyişmirdi. Bunu başa düşdüyüm zaman daxilə səyahətim başladı. O zaman şüuraltımın dərinliklərində gizlənmiş əsas inanclarımın həyatıma necə təsir etdiyini bilsəydim, onları necə dəyişdirəcəyimi və həyatı istədiyim kimi yaratmağı da bilirərdim.

📝 Kaş ki, hər kəs öz sehrli lampasının olduğunu və istədiyi hər şeyin gerçəkləşəcəyini bilsəydi..

@kitab_severler 📚
🖋Günün fikiri:

"İnsan öz uşaqlığını istədiyi qədər lənətləyə bilər, bütün uğursuzluq, zəiflik və qüsurlarında valideynlərini qınaya bilər, onları sərt həyat sınaqlarında təqsirli tuta bilər, lakin son nəticədə hər bir insan taleyinə özü cavabdehlik daşıyır və özü olmaq istədiyi insan olur."

📝Mark Levy

@kitab_severler📚