𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
8.97K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
Albert Camus - Taun.pdf
636.2 KB
🖋Albert Kamyu- Taun

Kitabın təsviri📖~ Taun Əlcəzairin şəhərlərindən biri olan Oranda başlayan taun epidemiyasına qarşı insanın mübarizəsini əks etdirir. Əslində romanda taun dünyadakı pislikləri təmsil edir. Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan sevdiklərindən gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir.

📝İnsanlıqdan yaranan ədalət və ya nifrət səbəbiylə barmaqlıqlar arxasında yaşamağa məhkum edilmiş, indiki halına səbirsiz, keçmişinə düşmən olan və gələcəyindən məhrum edilənlər kimiydik..

@kitab_severler📚
Bertrand Russell - Mutlu Olma Sanatı @kitabiyyat.pdf
689.7 KB
🖋Bertrand Russell- Xoşbəxt olma sənəti

Kitab haqqında📖~ Xoşbəxt olma sənəti Bertrand Russellin yaxşı bir həyat sürmək istəyənlər üçün hazırladığı reseptdir. Şəxsi İnkişaf kitablarının verəcəyini vəd etdiyi, amma vermədiyi xoşbəxtliyin sirlərini izah edir. Russellə görə xoşbəxtlik, bəzi insanların əlimizdən ala biləcəyi əsas insan haqlarından biri deyil. İnsan xoşbəxtliyi başqalarını günahlandırmaqla deyil, qarşıya qoyduğu məqsədlərə çatmaq üçün mübarizə aparmaqla və bu mübarizə zamanı əylənməklə əldə edir. Üstəlik, insan bu aləmlə iç dünyasına deyil, sosial həyatına müraciət edərək mübarizə aparmalıdır.

📝Çox bilənin dərdi çox olar və biliyini artırdıqca kədəri də artar..

@kitab_severler📚
Oscar Wilde - Ciddi olmanın önemi.pdf
5.7 MB
🖋Oskar Uayld- Ciddi olmanın önəmi

Kitab haqqında📖~ Oskar Uayldın yumor hissini, yaradıcı gücünü və sosial reallığın güclü tənqidini mükəmməl şəkildə birləşdirdiyi Ciddi olmağın əhəmiyyəti bir şah əsər sayılır. Wilde bu əsəri "absurdun mükəmməl məntiqi" ilə yazıb. Hekayədəki süjet də absurddur və birinci hərəkətin sonunda absurdluq öz aydın ifadəsini tapır. Viktoriya İngiltərəsinin sosial riyakarlığı, ənənəvi cəmiyyətdə örtülmüş maskalar; Aristokrat sinifin əxlaqı və adətləri yalançı kimliklər, gizli əlaqələr və süni nəzakət hissi ətrafında bir sıra şən süjetlər vasitəsilə tənqid olunur. Müəllifin öz sözləri ilə desək, Ciddi olmağın əhəmiyyəti "ciddi insanlar üçün qeyri -ciddi bir komediyadır".

📝Zəkadan bezmişəm..bu günlərdə hamı guya ağıllıdır. Hara getsən, qarşında bir dənə. Cəmiyyətdə bir xəstəlik halına gəlib. Kaş bu ağıllı bolluğunda bir neçə saxta dəli qalsaydı..

@kitab_severler📚
🖋Günün fikiri:

Sahib olmadıqlarına çatmaq üçün çabalarkən, sahib olduqlarını unutduğun üçün xoşbəxt deyilsən.

-Shakespeare

@kitab_severler📚
William Golding - Sineklerin Tanrısı.pdf
2.7 MB
🖋Uilyam Qoldinq- Milçəklər tanrısı

Kitab haqqında📖~"Milçəklər Tanrısı" günümüzdə bir atom müharibəsi za­manı kimsəsiz adaya düşən bir qrup məktəbli uşağın gəldikləri dünyanın adət və ənənələrindən uzaqla­şaraq, insan yaradılışının təməlindəki qorxunc gerçəyi ortaya qoymalarını dilə gətirir. Qoldinq bu əsəri ilə kimsəsiz adadakı yaşayışın çətinliklərini, kədərini və ya xoşbəxtliyini anmağı deyil, daha çox, insanlığın düşdüyü mühiti, fərdlər arasındakı mübahisələrin hansı nəticələrə gətirib çıxartdığını göstərməyə çalışır.

📝Kitabda baş verən hadisələr İkinci dünya müharibəsindən sonra uydurulan nüvə müharibəsi illərində baş verir. Uilyam Qoldinq bu kitabı İkinci dünya müharibəsindən sonra gördüyü vəhşiliklərdən sonra insan təbiətinin içindəki pisliyi və vəhşiliyi əks etdirmək üçün yazmışdır.

💬O qədər ki, əsl bilinən şeylər izah olunmaz bir yuxuya çevrildi..

@kitab_severler📚
Zülfü Livaneli - Serenad.pdf
1.4 MB
🖋 Zülfü Livaneli- Serenad

Kitabın təsviri📖~ Serenad, İkinci Dünya Müharibəsi illərində Holokostdan qaçmağa çalışan cütlüyün hekayəsini, illər sonra İstanbula gəldikdə Struma Gəmisini yenidən ön plana çıxaran professor Maksimilian Vaqnerin gözü ilə izah edir.

📝Həyatımda xoşbəxt günlərim olmuşdu əlbəttə, amma məsələ sadəcə xoşbəxtlik deyildi. Vacib olan yaşadığını, həyatın bir mənasını, bir dəyəri olduğunu hiss etməkdi.

@kitab_severler📚
🖋Günün fikiri:

Sakit yaşayır, təntənə ilə ölürəm - bu ki, möhtəşəmdir, başdan-ayağa möhtəşəm!

Yeraltından Qeydlər- Fyodor Dostoyevski

@kitab_severler📚
Gabriel Garcia Marquez - Yüzyıllık Yalnızlık.pdf
5.6 MB
🖋Gabriel Garcia Marquez - "Yüz ilin tənhalığı"

Heç düşünmüsənmi? Gözlənilməz bir anda, gözlənilməz bir vəziyyət bizi illərlə geriyə aparır. İllərdir düşünmədiyimiz və varlığını unutduğumuz hadisələr bir anda ağlımızın qaranlıq dəhlizlərindən gün işığına çıxır..

@kitab_severler📚
𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
Jane Eyre - Charlotte Bronte.epub
🖋Şarlotta Bronte - Ceyn Eyr

Kitab haqqında📖~ XIX əsr İngiltərə yazıçısı Şarlotta Brontenin qəhrəmanı ən ağır sınaqlardan ləyaqətlə çıxaraq öz təmiz adını qoruyub saxlayır. Onun adı Ceyn Eyrdir. Yüzillər gəlib keçir, dünya dəyişir, amma hər gələn nəsil bu sadə, kimsəsiz qızın amansız taleyinə tabe olmaması, ağır sınaqları dəf edərək səadətə yetməsi haqqında özünün danışdığı həyat hekayətini sevə-sevə oxuyur.. Onun həyat yolu insanın mənəvi və əxlaqi qələbəsinin rəmzidir. “Ceyn Eyr” romanı dünya ədəbiyyatının qızıl fonduna daxil olmaqla bərabər ən çox ekranlaşdırılan əsərlərdən biridir. 

💬Həyat gözəldir, ancaq onun sərt üzü də var. Yaşamaq təkcə həyatdan zövq almaq deyil, həm də onun uğrunda mübarizə aparmaqdır. Heç nəyin təsadüf olmadığını sübuta yetirməkdir.

@kitab_severler📚
Jostein Gaarder- Sofinin Dünyası.pdf
3.6 MB
🖋Yusteyn Qorder- Sofinin Dünyası

Roman Norveçdə yaşayan Sofi Amundsen adlı yeniyetmə qız və onu fəlsəfə tarixi ilə tanış edən Alberto Knoks adlı ortayaşlı filosofdan bəhs edir. Sofinin dünyası orijinalda norveç dilində yazılmış və bestsellerə çevrilmiş bir əsərdir. Roman sonralar hətta 53 dilə tərcümə olunub. Bu kitab ölkədən kənarda böyük uğur qazanmış Norveç romanlarından biridir. Roman əsasında film çəkilmiş həmçinin kompüter oyunu yaradılıb.

📝Bir çox fəlsəfi suallara cavab verilsə belə, insanların heç vaxt təbiətin və kainatın tapmacalarına qəti və etibarlı həllər verə bilməyəcəyi qənaətində idi..

Fəlsəfədə bu cür yanaşmaya Septisizm deyilir.

@kitab_severler📚