𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.01K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
Salamm💚

İlk məlumatlandırıcı postda düşüncələr haqqında bilgiləndik. İndi isə düşüncə xətalarıdır mövzumuz.🤩

Niyə düşüncə ilə başlayıb və düşüncə xətaları ilə davam edirəm? 👀

✅ Çünki dəyişim düşüncələrdən başlayır. Düşüncələrimiz, eləcə də, düşüncə xətaları haqqında məlumatlı olduğumuz zaman daha məntiqli düşünməyə başlayırıq. Məntiqsiz düşüncələri dərk edir, onları daha əsaslı, pozitiv, qəbul ediləcək düşüncələrlə dəyişirik.

📍Önəmli not
Bu düşüncə xətaları "İyi hiss etmek" kitabına əsaslanır.

#düşüncə #düşüncəxətaları #psixologiya #səndəyişirsən

https://www.instagram.com/p/Coc6Eeurrl6/?igshid=YmMyMTA2M2Y=
👍1
~ Alice harikalar ülkesinde ~
❤1
Sorğu zamanı😁

Ən əhəmiyyətli işlərin hansılardır?
Əslində kiçik bir şeylə xoşbəxt olmaq bu qədər sadədir.🦋
❤1
📚Korluq əsərindən alıntılar

💚Axı ürəyin səsinin gözlərə ehtiyacı yoxdur.

💚Beyninin içini görə bilmək üçün, çünki orada görməklə görməməyi bir-birindən ayırmaq olmur.

💚Çünki insanın düşüncələrinin, həm də ağılsızlıqlarının tez-tez təkrarlandığı bəllidir.

💚Sizə doğrusunu deyim ki, hamımızın üzərimizdə ikinci bir dəri kimi danışdığımız eqoistlik adlandırılan şeydən məhrum insan hələ ki, dünyaya gəlməyib.

💚Evdən çıxdım qocaldım, evə gəldim sağaldım.

💚Kaş ki mən də ağlaya biləydim, hər şeyi göz yaşlarımla söyləyib, sözsüz keçinə biləydim və məni anlayaydılar.

💚Ölümdən qabaq ölmək lazım deyil, lazım olanda o özü gələcək və bizdən soruşmayacaq.


💚İnsanın anlaşılmaz kədər və sevinclərinin əbədi silsiləsinin yenidən başlanması üçün cəmi bir neçə damcı yaş yanaqlarıyla ağır-ağır diyirlənib ağzının kənarlarında yox oldu.

#alıntı
Mental sağlığım üçün nə edə bilərəm?😍
Əli Kərim – Qayıt🌾

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!

#şeir #qayıt
👤Knut Hamsun

📚Açlık
👍2