𝓟𝓸𝔃𝓲𝓽𝓲𝓿 𝓭𝓾̈𝓼̧𝓾̈𝓷𝓬ə 🦋
9.02K subscribers
1.14K photos
216 videos
2.69K files
219 links
Lütflə çiçəklən♥️ Dəyişirəmsə, özüm üçündür...🎀

♾Düşüncə ➡️Duyğu ➡️Davranış✅

©Kanaldakl postları başqa kanallarda paylaşmaq qadağandır‼️

💌Əlaqə və reklam üçün: @topluvreklam
Download Telegram
Forwarded from Omar Aslan
Mir.az_Mir.az-aylin-atmaca-zamani-nece-idare-etmeli.pdf
5.3 MB
Mir.az_Mir.az-aylin-atmaca-zamani-nece-idare-etmeli.pdf

~Uğur Qazanmağın Yolları~ 🪐
Kitabda olan Alıntılardan biri✨🌸
👍6
Nüsrət Kəsəmənli
🪶Getmək istəyirsən bəhanəsiz get

Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri
Səsin həmin səsdir, baxışın ögey
Gedirsən səsin də yad olsun barı.

Sən dəniz qoynuna tullanmış çiçək
Üstünə dalğalar atılacaqdır
Saxta məhəbbətin, saxta sənəd tək
Nə vaxtsa üstünə tutulacaqdır.

Demirəm sən uca bir dağsan əyil,
Demirəm əlacım qalıbdır sənə,
Nə səndə məhəbbət qara pul deyil,
Nə məndə dilənçiyəm əl açım sənə.

Döşənim yollar tək ayaqlarına
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.

Getmək istəyirsən o yol o da sən
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi geriyə dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən nə danış nə din
Yaxın yol uzaqlar, dumanda-çəndə.
Nəyimi sevmişdin deyə bilmədin
İndisə yüz eyib görürsən məndə…

Getmək istəyirsən bəhanəsiz get
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir baxışın ögey
Gedirsən səsin də yad olsun barı.

#şeir
❤5👍1
👤Jose Saramago
📒Korluq

Korluq bir epidemiya kimi bütün şəhərə yayılır, sadəcə bir nəfərin gözləri kor olmur.. Bu oldürücü olmur, lakin bütün əxlaqi dəyərləri yox etməyə qadir olur. Müəllif sadə obraz və sözlərdən məharətlə istifadə etmiş, insanların məruz qaldığı sağlam olmayan mühiti ustalıqla yaratmışdır...🪶

🔹️Qorxu bizi kor edib, qorxu bizə görməyə imkan vermir.

🔹️Axı ürəyin səsinin gözlərə ehtiyacı yoxdur.

🔹️Beyninin içini görə bilmək üçün, çünki orada görməklə görməməyi bir-birindən ayırmaq olmur.

🔹️Elə şeylər var ki, onlara ümid bəsləmək dəlilikdir.

🔹️Görən kimi gəzirsən gəz, amma danışanda kor kimi danış.

🔹️Hələlik keçmişin yaddaşıyla yaşayırıq, indiki həyatın necə olduğunu görməyə heç göz də lazım deyil.

https://www.instagram.com/p/CotkJ5IqXEh/?igshid=YmMyMTA2M2Y=

#korluq
👍2
Psixoloq Lorens Kolberqin "Heinz dilemması" 🖇


#kitab
👍4