Özünüzlə var olmağı, xoşbəxtliyi özünüzdə tapmağı, günəş şüalarını ruhunuzda dərindən hiss etməyi, sevməyi, həyata ümid dolu baxmağı, nə qədər dəyərli olduğunuzu hər gün ruhunuzun qulağına pıçıldamağı unutmayın.🌹
Uğur şəfəqlərinin həyatınıza işıq saçdığı günlərə... Sabahınız xeyir.🦋🌸

❤3
Diqqət əskikliyin var? Və tam da dərsə adaptasiya olduğun anda diqqətinmi yayınır? 🥲
Anonymous Poll
29%
Hədən ziayədə diqqətsizlik yaranıb😐
49%
Diqqətim tez dağılır🙄
22%
Bəzən düşünürəm ki, məndə ümumiyyətlə diqqət yoxdur 🥲
💡Diqqət
Koqnitiv psixologiyada diqqət məfhumu şəxsin həmin an içində olduğu mühitdə informasiyanı aktiv şəkildə işləməsi yollarını əhatə edir. Bu kitabı oxuyarkən siz eyni zamanda ətrafınızda fərqli şeylər görür, səslər eşidir və duyğular alırsınız - əlinizdəki kitabın ağırlığı, yanınızda telefonla danışan insanın səsi, üstündə oturduğunuz stulun sizə ötürdüyü hiss, pəncərədən görünən ağacların mənzərəsi, etdiyiniz axırıncı söhbətin xatirəsi və s. 🔍
🔹️Koqnitiv psixologiyanı öyrənən psixoloqlar insanın bütün bu müxtəlif duyğuları keçirərkən təkcə bir element və ya tapşırığa necə fokuslandığını başa düşmək istəyirlər.
✔Diqqətin 4 növü var:
• Fokuslanmış diqqət
• Davamlı diqqət
• Bölünmüş diqqət
• Selektiv diqqət
#diqqət #psixologiya
https://www.instagram.com/p/CpFK6I9AyMt/?igshid=YmMyMTA2M2Y=

👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Niyə pozitiv düşüncə? 🌝
Çünki hər şey düşüncədən başlayır.
Bu cümləni daha sadə şəkildə izah etməyə çalışacam.✨
Biz bir şeylərə reaksiya veririk. Və bu reaksiyan düşüncələrimizdən yaranır.
Məsələn, qarşımdakı insan mənə kobud şəkildə səsləndi ya da çox incə şəkildə cavab verdi. Kobud səslənən insana qarşı beynimizdə mənfi düşünsək, mənfi reaksiya da verəcəyik. Eynilə də bizimlə xoş danışan insana qarşı müsbət düşündüyümüz üçün yaxşı reaksiya veririk. 😊
Nə düşünürüksə, buna uyğun şəkildə də hiss edir və hərəkət edirik🫶🏻
Xoş axşamlar ❤️

❤4🥰1
Bir azdan qapını döyəcəyimi düşün…
Təəccübləndirməyi sevirəm bilirsən
Bu da sənə son surprizim olsun…
İndi səninlə yaşanan günləri atəşə verirəm…
Məni gözəl xatırla…
Gedirəm…
Mikayıl Müşfiq

👍10❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Günaaydııın💜
Düşünürəm ki, hər gün səhərlər mental sağlığınız üçün faydalı olacaq tapşırıqlar qeyd edim🌝
Bu gün üçün ediləcək:
4 saniyədə nəfəs al və 4 saniyədə nəfəs ver. Bunu 5-6 dəfə təkrar et.💆🏻♀🫁
Aşağıda etdim deyə qeyd et❤️

👍6❤2
Müəllif: Leyla Mətin
Xocalı💔
O qarlı şaxtalı müsibət dolu
Gecəni hələ də unutmamışıq.
Körpə harayına yetə bilməyən
Çarəsiz ananı unutmamışıq.
Nə əzab əziyyət çəkdi körpələr
Bədənlər ayrıldı bir neçə yerə
Qaranlıq gecədə ay yumdu gözün
Şahidlik etmədi bu vəhşiliyə.
Ağaclar budaqlar nalə çəkdilər
Daşlar qan gördükcə dəhşətə gəldi.
Çığrıqlar qulağı batırdı , əfsus
Düşmən çox qəddardı insaf etmədi.
#şeir
Xocalı💔
O qarlı şaxtalı müsibət dolu
Gecəni hələ də unutmamışıq.
Körpə harayına yetə bilməyən
Çarəsiz ananı unutmamışıq.
Nə əzab əziyyət çəkdi körpələr
Bədənlər ayrıldı bir neçə yerə
Qaranlıq gecədə ay yumdu gözün
Şahidlik etmədi bu vəhşiliyə.
Ağaclar budaqlar nalə çəkdilər
Daşlar qan gördükcə dəhşətə gəldi.
Çığrıqlar qulağı batırdı , əfsus
Düşmən çox qəddardı insaf etmədi.
#şeir
👍5
Elxan Elatlı - Cəhənnəmdən Gələn Səs (@pdf_kitablar).pdf
1.6 MB
Detektiv romanlar müəllifi Elxan Elatlının Cəhənnəmdən gələn səs romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs olunur.
17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqda məlumat verir. Qadın özü kimi erməni əsirliyində olan Səid adlı oğlunun təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. Leopard ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir...
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.